Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 23
  • Kamran Əsədov məhkəmə zalında həbs edildi

Kamran Əsədov məhkəmə zalında həbs edildi

admin 23/01/2026
kamrane
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
İş üzrə şahid qismində tanınan Ramin Abdullayev ifadəsində bildirib ki, Əfsanə adlı müəllimin vasitəsilə Gündüz Abbasovu tanıyıb: “Əfsanə müəllim övladımın təhsildə zəif olduğunu bilirdi. Mənə Gündüzün nömrəsini verərək dedi ki, belə adam var, imtahandan keçməyə kömək edəcək. Gündüzlə görüşdüm. O, mənə övladımın imtahandan keçməsinə kömək edəcəyini söylədiyi balaca bir şey, yəni qulaqçıq göstərdi. Mən də razılaşdım. Əvvəlcə 18 min manat istədilər. Onlara 9 min ödədim. Övladım Gəncədə verdiyi imtahandan kəsildi. Hələ də pulu geri almamışam”.
Prosesdə çıxış edən DİM-in nümayəndəsi bildirib ki, bu vasitələr ilk dəfə Azərbaycan Dövlət Aqrar Universitetində imtahan verən iki abituriyentdən tutulub. İşin üstü isə bundan sonra açılıb.
Digər şahid, imtahanlarda iştirak edən abituriyent Fərid Abdullayev ifadəsində deyib ki, Gündüz Abbasovu hazırlıq keçən müəllim kimi tanıyıb: “Gündüz Abbasovun imtahanda mənə kömək edəcəsyini atama dedim. Daha sonra biz Gündüz Abbasova müraciət etdik. İmtahana girməzdən öncə qulaqlıq taxmalı idim”.
İş üzrə şahid qismində tanınan Ruslan Çobanov məhkəmədə təqsirləndirilən şəxsləri tanımadığnı bildirib: “Mənə Anar adlı tanışım zəng etdi. İmtahanda qızına köməklik istədi. Mən də Gəncədən olan Namiq adlı tələbə yoldaşıma vəziyyəti dedim. Namiq məni Gündüzlə əlaqələndirdi. Bu iş üçün mənə 125 min dollar pulun lazım olduğunu dedilər. Mən bu məbləği valideynə dedim və o razılaşdı, məbləği mənə verdi. Mən həmin məbləğdən 77 min manatı onlara verdim və qalan pulu özümdə saxladım. İşin üstü açıldıqdan sonra bütün məbləğ qarşı tərəfə ödənilib”.
Daha sonra məhkəmədə iş üzrə təqsirləndirilən Kamran Əsədovun köməkçisi, qohumu Bəhman Huseynli ifadə verib.
O bildiriib ki, təqsirləndirilən Gündüz Abbasov Kamran Əsədovun tələbə yoldaşıdır: “Gültən adlı valideyn bizim yanımza gəldi. Kamran müəllimdən xahiş etdi ki, oğlunun imtahandan keçməsi üçün ona köməklik etsin. Kamran müəllim ona dedi ki, bunun məşğul olan insanlar var. Kamran müəllim də Gültən xanımı Gündüz Abbasovun yanına göndərdi. Bir dəfə də Gündüz bizim otağa qullaqlıqlar gətirdi. Gündüz Abbasov orada məşqlər edirdi. Sonra Gündüz tutuldu. Kamran müəllim də mənə otaqda olan qulaqlıqları istintaqa aparmağımı tapşırdı. Mən tapşırığı yerinə yetirdim”.
Prosesə sədrlik edən hakim deyib ki, Naftalan şəhər Polis Şöbəsinə Mehman Cəfərov adlı şəxsin də eyni hallarla bağlı Kamran Əsədov və Gündüz Abbasovdan şikayətçi olduğunu bildirib.
Hakim, qarşıdan gələn imtahanlarda da eyni halın baş verə biləcəyini deyib.
Dövlət ittihamçısı isə Kamran Əsədovun barəsində olan polis nəzarəti altında olma qətimkan tədbirinin tələblərini pozduğunu, ona görə də onun barəsində həbs qərarı çıxarılmasını istəyib.
Bundan sonra məhkəmə müşavirəyə gedib.
Müşavirədən qayıdan məhkəmə heyəti təqsirləndirilən Kamran Əsədovun barəsində məhkəmə müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. O, məhkəmə zalında həbs edilib və istintaq təcridxanasına göndərilib.
Proses fevralın 12-də davam etdirələcək.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.
PAYLAŞIN:

Continue Reading

Previous: Qiymət artımları davam edəcək: mənzil bazarında bu il bizi nələr gözləyir?
Next: Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:…Prezident fərmanı niyə yadına düşmürdü?

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.