Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 23
  • Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:…Prezident fərmanı niyə yadına düşmürdü?

Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:…Prezident fərmanı niyə yadına düşmürdü?

admin 23/01/2026
qobu-bl

 

Bəs indiyə kimi torpaq vergisi alanda niyə Prezidentin fərmanı Araz Nəcəfovun yadına düşmürdü? Yerquruluşu planından çıxarış sənədində sabiq sədr Əmiraslanovun adının qarşısına Araz Nəcəfov saxtakarcasına öz imzasını atanda Prezident fərmanı niyə yadına düşmürdü?

Bu sətirlər Vətəndaş Heydərov Məcid İmran oğlunun təmsilçisi (mülki etibarnamə ilə) Haqverdiyev Qoşqar Umud oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi cənab Əbülfət Rzayevə ünvanladığı və bir surəti də redaksiyamıza daxil olan müraciətdə yer alır. Biz səslənən iddialarla bağlı qarşı tərəfi də, dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu..

Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

Məlum edirəm ki, təmsil etdiyim Heydərov Məcid İmran oğluna Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən 01 aprel 2008-ci il tarixli 08 saylı qərar qəbul olunaraq 0,08 ha torpaq sahəsi ayrılmışdır. Bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyulub yerində təhvil verilmişdir. Təhvil verilmə Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışla və cizgi aktı ilə rəsmiləşdirilmişdir. Akta Abşeron rayonu Qobu bələdiyyəsinin o vaxtkı sədri Mübariz Bayramov, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq-Tikinti Şöbəsinin o vaxtkı müdiri Akif Əliyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin o vaxtkı müdiri Mübariz Vəliyev imza atmışlar. Eyni zamanda vətəndaş Heydərov Məcid İmran oğlu tərəfindən bələdiyyə büdcəsinə 29 dekabr 2007-ci il tarixində 500,0 manat torpaq rüsumu və 13 may 2008-ci il tarixində 10,0 manat torpaq vergisi ödənilmişdir.
Di gəl, vətəndaş Heydərov Məcid İmran oğlu həmin torpaq sahəsinə “çıxarış” sənədi almaq üçün müraciət edəndə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən imtina cavabı almışdır. Bundan sonra vətəndaş Məcid Heydərov Sumqayıt inzibati məhkəməsinə müraciət edərək, ona “çıxarış” sənədi verilməsi öhdəliyinin aidiyyəti qurumun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Bələdiyyənin məlum qərarının və aktının mövcudluğunu, vətəndaş Məcid Heydərov tərəfindən torpaq rüsumu və torpaq vergisinin ödənildiyini Qobu bələdiyyəsinin sədri Araz Nəcəfov vətəndaş Heydərov Məcid İmran oğlunun 17.11.2025-ci il tarixli ərizəsinə cavab olaraq elə həmin gün göndərdiyi 17 noyabr 2025-ci il tarixli 533 № li məktubunda da təsdiqləyir. Lakin eyni zamanda vurğulayır ki, vətəndaş Heydərov Məcid İmran oğluna torpaq sahəsinin ayrılması ilə bağlı Qobu bələdiyyə şurasının 01 aprel 2008-ci il tarixli 08 saylı qərarı Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2007-ci il tarixli 662 nömrəli fərmanından sonraya düşdüyü üçün sənəd Fərmana əsasən tərtib edilməmişdir.
Lakin bələdiyyə sədri Araz Nəcəfov daha əvvəl – 07 noyabr 2025-ci il tarixdə 525 №-li məktubu ilə Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq bildirmişdir ki, Abşeron rayon Qobu bələdiyyəsinin 2013-cü ilədək olan torpaqayırma sənədləri qorunması və mühafizə olunması üçün Abşeron rayon Dövlət Arxiv İdarəsinə göndərilmişdir. Eyni zamanda xatırlatma vermişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiq edilməsi barədə 23 noyabr 2007-ci il tarixində 662 nömrəli fərmanına əsasən bələdiyyələr torpaq sahəsinin satışını 30.11.2007-ci il tarixdən etibarən yalnız hərrac və ya müsabiqə yolu ilə əldə edə bilərlər: “Odur ki, sorğunuzda qeyd olunan vətəndaş Heydərov Məcid İmran oğluna torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon Qobu bələdiyyəsinin 01.04.2008-ci il tarixli 08 saylı qərarı qüvvəsiz hesab olunur”. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiq edilməsi barədə 23 noyabr 2007-ci il tarixli 662 nömrəli Fərmanına əsasən, bələdiyyələr torpaq sahəsinin satışını 30.11.2007-ci il tarixdən etibarən yalnız hərrac və ya müsabiqə yolu ilə əldə edə bilərlər.
Maraqlıdır, Araz Nəcəfov görəsən, on gün əvvəl məhkəmə sorğusuna yazdığı cavab məktubunda niyə axtarılan torpaqayırma sənədindən (Bələdiyyənin 01.04.2008-ci il tarixli qərarından və aktından) söz açmayıb? Amma Prezidentin 23 noyabr 2007-ci il tarixli Fərmanını xatırlatmağı unutmayıb?
Araz Nəcəfovdan soruşan da yoxdur ki, vəzifəyə gəlməsindən ötən müddət ərzində o özü və bələdiyyədə rəsmi və ya qeyri-rəsmi işə götürdüyü, torpaq dəllallığı ilə məşğul olan qohumları sözügedən torpaq sahəsində vətəndaş M.Heydərovun hasar bünövrəsi saldığını, 3 yük maşını daş tökdüyünü, 7 ağac əkdiyini heç görməyiblərmi? Araz Nəcəfovdan soruşulmalıdır ki, nəyə görə Məcid Heydərova verilən Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarış sənədinə sabiq sədr Ə.Əmiraslanovun əvəzinə saxtakarlıq edərək özün imza atmısan?
Bələdiyyə sədri Araz Nəcəfov vətəndaş Məcid Həmidova həmin 8 sot torpaq sahəsini almaq üçün aşağı qiyməti 7000 (yeddi min) manatdan başlayan hərracda iştirak etməyi təklif edib. Haqlı sual yaranır: Bəs indiyə kimi torpaq vergisi alanda niyə Prezidentin fərmanı Araz Nəcəfovun yadına düşmürdü? Yerquruluşu planından çıxarış sənədində sabiq sədr Əmiraslanovun adının qarşısına Araz Nəcəfov saxtakarcasına öz imzasını atanda Prezident fərmanı niyə yadına düşmürdü?
Odur ki xahiş edirəm, qeyd etdiyim faktların araşdırılması, qanunsuzluqlara, vəzifə saxtakarlığına rəvac verən şəxslərin əhatə dairəsinin dəqiqləşdirilməsi və onların məsuliyyətə cəlb olunması təmin olunsun./yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Kamran Əsədov məhkəmə zalında həbs edildi
Next: Azərbaycanda əməkhaqqılarla bağlı yenilik: Bəzi şəxslərin maaşları ARTACAQ

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.