Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 25
  • Qış sərt, maaş az, tarif eyni… – Kənddə yaşayanlar üçün qaz və işıq tariflərində güzəşt ola bilərmi?

Qış sərt, maaş az, tarif eyni… – Kənddə yaşayanlar üçün qaz və işıq tariflərində güzəşt ola bilərmi?

admin 25/01/2026
işıq-qaz

 

Məlum olduğu kimi, Azərbaycanda qaz və elektrik enerjisi tarifləri ölkə üzrə eynidir. Məsələn, Bakı kimi iqlimi mülayim, gəlirləri yüksək şəhərlərlə qışı sərt keçən, sosial-iqtisadi imkanları məhdud rayonlarda yaşayan vətəndaşlar eyni kommunal tariflər üzrə ödəniş edirlər.

Xüsusilə dağlıq və ucqar rayonlarda qış aylarında temperaturun –15, hətta –20 dərəcəyədək düşdüyü hallarda əhalinin qaz və elektrikdən istifadə həcmi kəskin artır. Amma bu bölgələrdə yaşayanlar nə daha ucuz tarifdən, nə də fərqli güzəştdən yararlana bilir. Halbuki Bakıda və digər iri şəhərlərdə iqlim daha mülayimdir, istilik mövsümü daha qısadır və alternativ enerji mənbələrinə çıxış imkanları genişdir. Məsələnin digər tərəfi isə əmək haqqı fərqləridir.

Dövlət Statistika Komitəsinin ötən ilə olan məlumatına görə, Azərbaycanda Bakı şəhərində orta aylıq nominal əmək haqqı 1357,3 manat, Sumqayıtda isə 954,6 manat təşkil edib. Eyni zamanda, ölkə üzrə ən aşağı orta aylıq əmək haqqı Qax rayonunda — cəmi 570,3 manatdır. Xızı (625,8 manat), İsmayıllı (641,3 manat), Naftalan (656,4 manat), Ağsu (671,5 manat) kimi rayonlarda da maaşlar paytaxtla müqayisədə xeyli aşağıdır.

Belə olan halda, aylıq gəliri 570 manat olan Qax sakini ilə 1350 manat qazanan Bakı sakininin eyni qaz və işıq tarifini ödəməsi nə dərəcədə əsaslıdır?

Sözügedən məsələ bu günlərdə parlamentdə də gündəmə gətirilib. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldar İbrahimovun bu yaxınlarda səsləndirdiyi fikir məhz bu sualı yenidən gündəmə gətirib. Deputat kənd yerlərində kommunal xidmətlərin şəhərlərə nisbətən daha ucuz olmasını təklif edib.

“Camaat kənddən şəhərə niyə gəlir? Çünki kənddə yaşayan adamla şəhərdə yaşayan adamın işığa, qaza, suya görə ödədiyi pul eynidir. Halbuki kənddə az olmalıdır, çünki orada yaşayanlar şəhər sakinləri kimi zavodda işləyib maaş almırlar”, – deyə o qeyd edib.

Məlumat üçün qeyd edək ki, 2025-ci ilin yanvarından etibarən Azərbaycanda qaz və elektrik enerjisi tariflərində dəyişiklik edilib. Elektrik enerjisi üçün aylıq:

– 200 kVt/s-dək — 8,4 qəpik;

– 300 kVt/s-dək — 10 qəpik;

– 300 kVt/s-dən yuxarı — 15 qəpik;

Qaz üçün isə illik:

– 1200 m³-dək — 12,5 qəpik;

– 2500 m³-dək — 22 qəpik;

– Daha yuxarı həcm üçün — 30 qəpikdir.

Bundan əlavə, 2026-cı il yanvarın 1-dən etibarən əhali qaz və elektrik enerjisi üçün hərəsinə 1 manat olmaqla sabit tarif ödəyəcək. Tarif Şurası bu qərarı dekabrın 30-da elan edib. Bu o deməkdir ki, evində qaz və ya elektrik sayğacı olan hər kəs istifadə edib-etməməsindən asılı olmayaraq bu sabit tarifi ödəməli olacaq. Hətta mənzili boş olan və faktiki yaşamayan şəxslər belə, xidmət onlara əlçatandırsa, ödəniş etməlidir. Sahibkarlıq məqsədilə istifadə edənlər üçün isə sabit tarif 3 manat müəyyən edilib.

Bu barədə iqtisadçı Xalid Kərimli şərhində bildirib ki, kənddə yaşayan insanlar üçün kommunal – xüsusilə elektrik enerjisi tariflərinin ucuzlaşdırılması iqtisadi baxımdan səmərəli yanaşma deyil və bu addım enerji resurslarının israfına yol aça bilər.

Onun sözlərinə görə, daha ucuz tariflər enerji resurslarına qənaəti təşviq etmir, əksinə, insanların israfçı davranışına səbəb ola biləcək amilə çevrilir. Ucuz qiymətlər kənddə mövcud problemləri həll etməyəcək, sadəcə istehlakı artıracaq.

İqtisadçı vurğulayıb ki, kənddən şəhərə miqrasiyanın əsas səbəbi kommunal tariflərin eyni olması deyil: “Burada əsas problemlər iş yerlərinin çatışmazlığı, təhsil və səhiyyə xidmətlərinə çıxışla bağlıdır. Gənclər ali təhsil almaq üçün şəhərə gəlir, çünki iş, karyera imkanları və sosial həyat şəhərlərdə kəndlə müqayisədə daha genişdir. Kənddən şəhərə köçən insanlar üçün əsas problem hansısa xidmətin bahalığı deyil”.

Xalid Kərimli hesab edir ki, əgər hökumət bu sahədə dəstəyi artırmaq istəyirsə, bunu ünvanlı sosial yardım mexanizmi vasitəsilə etməlidir: “Yəni, ehtiyacı olan ailələrə daha çox vəsait ayrılmalı, minimum istehlak səbətində kommunal xidmətlərin payı artırılmalıdır. Bu halda xüsusilə həssas sosial qruplara dəstək yönəldilə bilər və kommunal xərclərin yüksək olması səbəbindən həmin şəxslərin həyat şəraiti yaxşılaşar”.

İqtisadçının fikrincə, kənd və şəhər arasında kommunal tariflərdə fərq qoyulması ədalətsiz nəticələr doğura bilər:”Belə ki, şəhərdə yaşayan kasıb ailə daha çox ödəniş edəcəyi halda, kənddə yaşayan varlı ailə daha az tarif ödəyəcək. Bu isə ciddi diskriminasiya problemi yarada bilər. Əgər məqsəd kənddən şəhərə miqrasiyanın sürətini azaltmaqdırsa, bunun yolu kommunal tariflərin endirilməsi deyil, kənd yerlərində iş yerlərinin açılması, kənd təsərrüfatının inkişafı və iqtisadi aktivliyin artırılmasıdır. Bu cür populist yanaşmalar qeyri-effektiv olacaq və dövlət resurslarının səmərəsiz istifadəsinə gətirib çıxara bilər”.

Xalid Kərimli qeyd edib ki, kənd üçün daha ucuz tarif müəyyən edilərsə, bu fərq faktiki olaraq şəhərdə yaşayan vətəndaşların hesabına kompensasiya olunacaq və şəhərlərdə yalnız varlılar yaşamır, hətta kəndlərdən də daha kasıb əhali qrupları mövcuddur.

Dünya təcrübəsi nə deyir?

Bir sıra ölkələrdə kommunal tariflər regionun iqlimi, əhalinin gəlir səviyyəsi və sosial vəziyyət nəzərə alınmaqla diferensiallaşdırılır.

Məsələn, Almaniyada tariflər bazar prinsipi ilə formalaşsa da, soyuq regionlarda yaşayanlar üçün istilik xərclərinə dövlət subsidiyaları verilir, həmçinin aşağı gəlirli ailələr üçün ayrıca enerji dəstəyi mövcuddur.

Fransada da “enerji çeki” sistemi var. Kənd və ucqar ərazilərdə yaşayan, gəliri az olan ailələr kommunal xərclər üçün birbaşa yardım alır, yəni tarif eyni olsa da, faktiki ödəniş fərqlənir.

İtaliyada dağlıq və soyuq bölgələrdə, xüsusilə Alp zonasında qaz və elektrik üçün regional kompensasiyalar tətbiq olunur, kənd yerlərində sosial tariflər mövcuddur.

Norveçdə isə şimal və sərt iqlimli bölgələrdə istilik xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanır.

Kanada da tariflər əyalətlər üzrə fərqlidir. Şimal və az məskunlaşmış bölgələrdə enerji xərclərinə subsidiya proqramları var, kənd yerləri üçün ayrıca dəstək mexanizmləri tətbiq olunur.

Türkiyədə də son illərdə “sosial tarif” tətbiq edilir. Belə ki, kənd yerlərində və aşağı gəlirli ailələr üçün qaz və işıqda endirimlər mövcuddur. Burada da iqlim və sosial durum nəzərə alınır. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Kreml Kadırovun ölümünə hazırlaşır” – Hakimiyyət kimə ötürülə bilər?
Next: Qərb dünyasında çatlar: ABŞ 50 trilyon xərclədiyi Avropadan niyə üz döndərdi?

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.