Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 25
  • Qərb dünyasında çatlar: ABŞ 50 trilyon xərclədiyi Avropadan niyə üz döndərdi?

Qərb dünyasında çatlar: ABŞ 50 trilyon xərclədiyi Avropadan niyə üz döndərdi?

admin 25/01/2026
tr-abş50
“ABŞ-la Avropa arasında qarşıdurmanın kökləri əslində daha dərindir və bu, Tramp amili ilə məhdudlaşmır. Tramp sadəcə bu istiqamətdə həyata keçiriləcək strategiyanın avanqardında dayanır”.
Bunu açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli ABŞ-Avropa İttifaqı qarşıdurmasını və onun qlobal dünyaya təsirini şərh edərkən deyib.
Ekspert qeyd edib ki, bu qarşıdurma həm siyasi-fəlsəfi, həm də iqtisadi amillərlə bağlıdır:
“II Dünya müharibəsindən bu günə qədər Avropanın təhlükəsizliyi əsasən Amerikanın üzərində olub. Son 80 ildə ABŞ Avropanın təhlükəsizliyi üçün təxminən 50 trilyon dollar vəsait xərcləyib. Avropa isə bu müddət ərzində hərbi xərclərə ÜDM-nin cəmi 1 faizini ayırıb”.
Natiq Cəfərli deyir ki, nəticədə Avropa ölkələri öz vətəndaşlarının sosial rifahını artırmağa nail olublar:
“Beləliklə, orta statistik danimarkalı, belçikalı və ya norveçli orta statistik amerikalıdan daha yaxşı yaşayır. Məhz buna görə də Ağ Ev Avropa ölkələrindən ÜDM-nin 5 faizini hərbi xərclərə yönəltməyi tələb edir. Bundan əlavə, tərəflər arasında ticarət dövriyyəsində də ABŞ mənfi saldo ilə üzləşir. Amerika Avropaya daha az məhsul satır, əvəzində isə oradan daha çox idxal edir. Nəticədə ABŞ üçün hər il təxminən 250–300 milyard dollar həcmində mənfi ticarət balansı formalaşır”.
Natiq Cəfərli bildirib ki, Aİ ölkələrinin əksəriyyəti hazırda sol yönümlü psevdo-liberal elitalar tərəfindən idarə olunur:
“Bu siyasi çevrələr Trampın sağ-mərkəzçi yanaşmasına açıq şəkildə nifrət edirlər. Məhz buna görə də tərəflər arasında qarşıdurmanın daha da dərinləşəcəyinin şahidi ola bilərik. Alternativ variant Avropada siyasi elitanın dəyişməsidir ki, bunun da baş vermə ehtimalı kifayət qədər yüksəkdir. Qarşıdakı iki il ərzində Avropanın 27 ölkəsindən 20-də seçkilər keçiriləcək. Əgər elita dəyişərsə, Ağ Evlə Aİ arasında konsensusun formalaşması mümkündür”.
Partiya sədrinin sözlərinə görə, mövcud şərait Azərbaycanın manevr imkanlarını artırır:
“Bakının Vaşinqtonla yaxşı münasibətləri qoruması, eyni zamanda Avropa ilə ticarət əlaqələrini genişləndirməsi tamamilə məntiqidir. Çünki Azərbaycanın ABŞ-a qaz və neft satmaq imkanı yoxdur. Sata biləcəyimiz enerji daşıyıcılarının əsas alıcısı məhz Avropadır”.
ABŞ-Aİ gərginliyinin Çinin maraqlarına uyğun olduğunu deyən Natiq Cəfərli əlavə edib:
“Yaranmış vəziyyətdən istifadə edən Çin öz mövqelərini daha da gücləndirə bilər. ABŞ-la münasibətlərin soyuması fonunda Avropa İttifaqının Pekinlə yaxınlaşması ehtimalı artır”.
Bununla belə, həmsöhbətimiz mövcud gərginliyi müvəqqəti hesab edir:
“Əgər Trampdan sonra ABŞ-da hakimiyyətə ona qarşı olan qüvvələr gələrsə, böyük ehtimalla Vaşinqton-Brüssel münasibətlərində normallaşma baş verəcək. Bu isə Qərbdə dərin və davamlı parçalanmanın real olmadığı anlamına gəlir. Lakin bütün hallarda Avropa baş verənlərdən ciddi nəticə çıxarmalıdır”.
Qeyd edək ki, Donald Trampın yenidən Ağ Evə qayıdışı Vaşinqtonla Avropa İttifaqı arasında münasibətlərin kəskinləşməsi ilə müşayiət olunur. Bu gərginlik demək olar ki, qlobal miqyasda baş verən bütün proseslərdə özünü göstərir. Belə ki, tərəflər arasında Ukrayna müharibəsi, Qrenlandiya məsələsi, NATO-nun maliyyələşdirilməsi, hətta Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı ciddi ziddiyyətlər mövcuddur. Bu da onların vahid mövqedən çıxış etməsinə mane olur. Mövcud vəziyyətdən isə Qərbin digər rəqibləri öz maraqları naminə yararlanmağa çalışırlar. /qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Qış sərt, maaş az, tarif eyni… – Kənddə yaşayanlar üçün qaz və işıq tariflərində güzəşt ola bilərmi?
Next: Ağ ev böyük nefti Ankara ilə bölüşür – Bu bölgü İran neftini də əhatə edə bilərmi?

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.