Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 25
  • Ağ ev böyük nefti Ankara ilə bölüşür – Bu bölgü İran neftini də əhatə edə bilərmi?

Ağ ev böyük nefti Ankara ilə bölüşür – Bu bölgü İran neftini də əhatə edə bilərmi?

admin 25/01/2026
erd-tr

 

Bu günlərdə Türkiyə Petrolları Anonim Ortaklığı (TPAO) ilə ABŞ neft nəhəngi Exxon Mobil qrupu arasında Böyük Orta Doğunu yenidən şəkilləndirmə potensialı daşıyan memorandum imzalanıb. İmzalanan sənəddə Aralıq dənizi, Qara dəniz akvatoriyalarında və digər əhəmiyyətli beynəlxalq ərazilərdə iki dövlətin birgə neft-qaz hasilatı nəzərdə tutulur. Bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar özünün “X” hesabında paylaşıb.

“Digər əhəmiyyətli beynəlxalq ərazilər” dedikdə, söhbətin Liviya, Suriya, İraq, Somali, Nigeriya kimi zəngin enerji hövzələrindən getdiyini Qərb və türk mətbuatı geniş şərhə yer vermədən, quru texniki məlumatlar arasında yerləşdiriblər. Qeyd edək ki, Exxon Mobil dünya neft sektorunda ABŞ-ni təmsil edən ən nəhəng şirkətdir və bu sektorda Birləşmiş Ştatların maraqlarının əsas təmsilçisidir. D. Tramp ilə V. Putin arasında Alyaskada keçirilən Ankoric görüşündə də məhz Exxon Mobilin yenidən Rusiya enerji sektoruna buraxılması iki prezident tərəfindən razılaşdırılmışdı.

Neftin Birləşmiş Ştatlar üçün nə dərəcədə böyük əhəmiyyət daşıdığını izah etməyə ehtiyac yoxdur. Ağ Evin uzun illərdir “Böyük Orta Doğu” adlandırılan coğrafiyada qurduğu bütün oyunların ana səbəbi neftdir. Sual yaranır: nə baş verir ki, ən yaxşı bildiyi iş pul saymaq olan Tramp Türkiyəni böyük neftə şərik edir?

Trampın açıqlamalarını yada salaq: “Öncə Amerika”, “Monro doktrinasını əsas götürməli və Amerika qitəsinə fokuslanmalıyıq”, “Suriyadan, İraqdan çəkilirik” və s. Yəni Birləşmiş Ştatlar Amerika qitəsindən başqa dünyanın qalan hissəsindən çəkilmək məcburiyyətindədir. O cümlədən “Böyük Orta Doğu”dan. Artıq bütün dünyanın jandarmı olmağa Amerikanın gücü yetmir. Amma yerini də xaotik şəkildə boşaldıb çıxmır. 

Regiona nəzarəti addım-addım Türkiyə ilə bölüşür. Sübutlar göz önündədir. Liviyada, Suriyada, İraqda, Qəzzada, Yəməndə, Somalidə bir nömrəli müttəfiqi olan İsrailin deyil, Türkiyənin dediyini deyir. Qərb düşüncə quruluşlarının açıq hesabatlarına görə, hər addımda İsrailin maraqlarını arxa plana ötürüb, Türkiyənin maraqlarından çıxış edən Ağ Ev Ankara ilə çox əhəmiyyətli işbirliyində qərarlıdır. Və bu işbirliyi dünyanın ən zəngin regionunun neft-qaz yataqlarının birgə istismarına qədər uzanır.

Ağ Ev heç bir dövlətə, heç bir beynəlxalq quruma göstərmədiyi isti münasibəti rəsmi Ankaraya göstərir. Tramp Avropa ölkələrini yeri gəldi-gəlmədi qamçılayır, Çini düşmən elan edir, Rusiyanı gah tərifləyir, gah da “kağız pələng” adlandırır və s. ABŞ liderinin bir tək Türkiyə və Ərdoğan sevgisi qəti və dəyişməzdir.

Ağ Evin Türkiyəyə yanaşmasının mahiyyətini Trampın Ərdoğan haqqında səsləndirdiyi iki sadə cümlə tam şəkildə açır: “Ərdoğanı sevirəm. Ərdoğan çətin adamdır”.

Bu iki cümlə ABŞ–Türkiyə münasibətlərinin o qədər də qüsursuz olmadığını və Ərdoğanın Türkiyənin maraqlarından bircə addım da geri çəkilmədiyini göstərir. Birləşmiş Ştatlar da daha böyük maraqlar naminə Türkiyəyə xeyli məsələdə güzəştə gedir.

Məlum məsələdir ki, Trampın Ərdoğan sevgisinin əsl səbəbi Türkiyə dövlətinin sahib olduğu real gücdür. Möhtəşəm ordu, modern hərbi-sənaye kompleksi, son dərəcə effektiv diplomatiya, bölgənin iliklərinə qədər işləmiş xüsusi xidmətlər şəbəkəsi, ən əhəmiyyətli ticarət yollarına nəzarət və digər üstünlüklər Türkiyə Cümhuriyyətini təkcə regionda deyil, dünya çapında çox böyük oyunçuya çevirir.

Birləşmiş Ştatlar Türkiyə ilə bağlı hər zaman iki seçim arasında vurnuxub: ya Ankaranı qarşısına almalı və enerjisini onunla mübarizəyə sərf etməli, ya da Türkiyə ilə çətin, amma sərfəli işbirliyinə getməlidir. Türkiyə gücləndikcə, Amerikanın seçimi də konkretləşir və praqmatik Tramp Ərdoğanla işbirliyini seçir.

Hadisələri bir qədər qabaqlayaraq belə bir geosiyasi kombinasiyanı nəzərdən keçirək. Tramp İranı vurmağa hazırlaşır. Əsas səbəb, əlbəttə ki, hansısa etirazçıların öldürülməsi deyil, İran neftidir. İran əhalisinin yarısı türkdür və Türkiyənin İran üzərindəki potensial təsir imkanları hər keçən gün artır. Deməli, İranda Türkiyəsiz addım atmaq risklidir. Exxon Mobil də region neftini Türkiyə Petrolları AO ilə bölüşmə memorandumu imzalayıb. Maraqlıdır, bu memorandum İran neftinə də şamil edilə bilərmi? /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Qərb dünyasında çatlar: ABŞ 50 trilyon xərclədiyi Avropadan niyə üz döndərdi?
Next: ABŞ-nin yeni müdafiə strategiyası açıqlandı – Rusiya NATO üçün “daimi, lakin idarəolunan” təhlükədir

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.