Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 30
  • Gömrük generaliteti: Kabinetdə ağır döyüş yolu keçən Fuad Məmmədovun İLDIRIMSÜRƏTLİ YÜKSƏLİŞİ

Gömrük generaliteti: Kabinetdə ağır döyüş yolu keçən Fuad Məmmədovun İLDIRIMSÜRƏTLİ YÜKSƏLİŞİ

admin 30/01/2026
fuad-general

1992-ci il təvəllüdlü bir məmur. 34 yaş. General-mayor ali xüsusi rütbəsi. Dövlət Gömrük Komitəsi sədrinin müavini. Bu faktlar artıq təkcə bioqrafiya deyil, ictimai sualdır. Çünki söhbət sıradan bir yüksəlişdən yox, “sistem sürətindən” gedir. Bu sürət isə Azərbaycanda çox nadir hallarda istedadla, əksər hallarda isə himayə ilə izah olunur.

Prezident İlham Əliyevin sərəncamı ilə general rütbəsi alan Fuad Elxan oğlu Məmmədov hazırda ölkənin ən gənc generalı kimi təqdim olunur. Amma cəmiyyətin verdiyi sual tamam başqadır: Bu qədər qısa vaxtda bu qədər yüksəliş nə ilə izah olunur?

“Uzun illər gömrükdə çalışıb” ironiyası

Rəsmi təqdimatda “uzun illər gömrük orqanlarında çalışıb” ifadəsi xüsusi vurğulanır. Rəqəmlərə baxaq: 2015-ci ildə gömrüyə qəbul olunur, 2025-ci ildə artıq general-mayor və sədr müavinidir. Cəmi 10 il… Bunun içində hərbi xidmət, akademiya, müəllimlik, doktorantura, beynəlxalq nümayəndəlik, idarə rəisliyi və nəhayət, general rütbəsi var.

Bu, artıq karyera deyil, “slayd-şou”dur. Normal dövlət sistemlərində bir məmur bu mərhələlərin yalnız birinə illərini verir. Burada isə sanki CV yox, reklam bukleti oxuyuruq. “Uzun illər” ifadəsi 34 yaşlı məmur üçün işlədilirsə, bu ya riyaziyyat səhvidir, ya da açıq istehza.

General rütbəsi: Xidmətə görə, yoxsa təqdimata görə?

Bundan əvvəl ölkənin “ən gənc generalları” kimi tanınan Babək Ələkbərov və Fərid Əliyev bu ali rütbəni 36 yaşında almışdılar. İndi isə həmin “rekord” da yeniləndi. Lakin rəqəmlərin kiçilməsi sualların miqyasını böyüdür: General olmaq üçün hansı fövqəladə xidmət göstərilib?

Bu bioqrafiyada Qarabağ döyüşləri yoxdur. Ön cəbhə yoxdur. Müharibə meydanında qərar verən, risk alan, can qoyan bir yol görünmür. Əvəzində yalnız kabinetlər, idarələr, təqdimatlar və beynəlxalq görüşlər var.

General rütbəsi, ənənəvi olaraq, xüsusi xidmət, fövqəladə məsuliyyət və ağır risk anlamına gəlir. Maraqlıdır, burada risk nə olub? Sənəd imzalamaq? Tarif cədvəli təsdiqləmək? Yoxsa gömrükdən keçən vətəndaşın cibində nəsə axtarmaq? Hər kəs, elə gömrükçülərin özləri də etiraf edirlər ki, bu sahədə problem heç vaxt əskik olmur. Bəlkə gənc dostumuz gömrükdə korrupsiyanın kökünü kəsəcək hansısa “ixtira” edib, bizim xəbərimiz yoxdur?

Qarabağ reallığı və sosial ədalətsizlik

Bu ölkədə Qarabağda can qoymuş minlərlə insan illərlə adi bir veteran sənədi almaq üçün qapılarda sürünür. Müharibədən qayıdan qazilər gündəlik sosial problemlərlə boğuşur, haqqını sübut etməyə çalışır. Digər tərəfdə isə sistemin pillələrini “ildırım sürətilə” keçən biri 34 yaşında general rütbəsinə ucalır.

Bu, artıq fərdi bir uğur məsələsi deyil, dövlətin ədalət tərəzisidir. Cəmiyyət haqlı olaraq soruşur: Bu qədər sürətli yüksəliş hansı meyarlarla əsaslandırılır? Əgər əsas meyar peşəkarlıqdırsa, bəs onda on illərlə vicdanla xidmət edən peşəkarlar niyə bu pilləyə yaxın dura bilmir?

Prezidentə təqdimat verənlər kimdir?

Ən kritik məqam da budur: Kim bu bioqrafiyanı “yuxarıya” “dövlət üçün əvəzolunmaz kadr” kimi təqdim edib? Kim bu anomal sürəti normal sayıb? Bəlkə də haqqıdır, bəlkə də layiqdir. Bəlkə mətbuatın iddia etdiyi kimi, atasının nüfuzuna görə deyil, məhz öz zəhməti hesabına yüksəlib. Cənab generalla qəti qərəzimiz yoxdur, hətta gələcək fəaliyyətində uğurlar diləyirik.

Fəqət, belə sensasiyalı təyinatları cəmiyyətə “bəh-bəhlə” təqdim etməzdən öncə, insanların bunu mənəvi olaraq həzm etməsi üçün müəyyən bir hazırlıq lazım deyilmi? Bu gün bütün sosial media bu şəxslə bağlı suallar yağdırırsa, deməli, bu təqdimatın strateji tərəfi düzgün hesablanmayıb. İctimai rəyi nəzərə alıb daha şəffaf və məntiqli bir təqdimat etmək daha yaxşı olmazdı?

Problem adamda yox, sistemdədir

34 yaşında general yetişdirən sistem sabah hansı meyarla ədalətdən danışacaq? Hansı üzlə Qarabağ qazisinin gözünə baxacaq?

Cəmiyyət bu gün susa bilər, amma bu suallar tarixin yaddaşına qeyd olunur. Tarix isə belə “ildırımsürətli” karyeraları, adətən, təriflə deyil, böyük bir şübhə ilə xatırlayır./yenicag.az

PAYLAŞIN:

Continue Reading

Previous: Tanış qab, naməlum zəhər: Marketlər saxta şampunlarla doldurulub – VİDEO
Next: ABŞ İran yaxınlığında 50 min hərbçi yerləşdirib – Xüsusi təyyarələr və gəmilər gətirilib

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.