Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 30
  • Tanış qab, naməlum zəhər: Marketlər saxta şampunlarla doldurulub – VİDEO

Tanış qab, naməlum zəhər: Marketlər saxta şampunlarla doldurulub – VİDEO

admin 30/01/2026
şampun
Sosial şəbəkələrdə məşhur “Head & Shoulders” markasına məxsus şampun qablarının saxta şəkildə doldurulmasına dair görüntülər yayılıb.
Videolarda üzərində tanınmış brendin adı olan qabların içinə mənşəyi naməlum mayenin doldurulduğu açıq şəkildə görünür.
Sözügedən görüntülər cəmiyyətdə ciddi narahatlıq yaradıb və geniş müzakirələrə səbəb olub.
Bir çox sosial şəbəkə istifadəçisi son vaxtlar saç tökülməsi, baş dərisində yaranan yaralar, kəpək və digər problemləri məhz bu cür saxta şampunlarla əlaqələndirdiklərini bildiriblər.
Saxta şampunlar saç və dəri üçün nə qədər təhlükəlidir?
Mövzu ilə bağlı açıqlamasında həkim-dermatoloq Bəxtiyar Paşayev bildirib ki, saxta yollarla istehsal olunan şampunların tərkibi ciddi təhlükə mənbəyidir:
Bakupost.az
“Bu məhsullar hazırlanarkən heç bir standartlara əməl olunmur. Çox vaxt pH səviyyəsi normadan xeyli aşağı olur, yəni turş mühitə yaxınlaşır. Nəticədə dərinin təbii pH balansı pozulur, hətta belə hallarda kimyəvi yanıq baş verə bilər”.
Dermatoloqun sözlərinə görə, bu cür məhsullarda qoruyucu maddələrdən istifadə edilmədiyi üçün bakteriya və göbələklərin inkişaf ehtimalı da yüksək olur:
“Uzun müddət istifadə zamanı dəridə kəpək yaranır, sızanaqlar əmələ gəlir, baş dərisi iltihablanır”.
B.Paşayev vurğulayıb ki, saxta şampunlar saçın strukturuna da ciddi zərər vurur:
“Saç keratin zülalından ibarətdir. Bu kimyəvi maddələr keratini denaturasiyaya uğradır. Nəticədə saç cansızlaşır, qırılır, parlaqlığını itirir və mexaniki cəhətdən zədələnir”.
“Saxta şampunların əsas istehsal məkanlarından biri Sumqayıtdır”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, əvvəlki illərdə şampunlarla bağlı şikayətlər daha çox olub:
Bakupost.az
“Saxta şampunların və ümumilikdə kimyəvi maddələrin istehsal olunduğu əsas yerlərdən biri Sumqayıt şəhəridir. Burada müxtəlif yuyucu tozlar, şampunlar hazırlanır. Bu məhsullar illərdir bazardadır, sadəcə son vaxtlar nisbətən azalıb”.
E.Hüseynov iddia edib ki, natural şampun biznesi ilə məşğul olan bəzi istehsalçılar da bazarın qorunması üçün ciddi addımlar atmır:
“Təəssüf ki, bu sahədə fəaliyyət demək olar ki, yoxdur. Bəzən elə təəssürat yaranır ki, bazardakı bu vəziyyətdə onların da dolayısı ilə marağı var”.
 
“Uşaq şampunu göz yandırırsa, deməli saxtadır”
Birlik sədrinin sözlərinə görə, onlara daha çox uşaqlar üçün nəzərdə tutulmuş şampunlarla bağlı müraciətlər daxil olur:
“Valideynlər deyir ki, uşağı çimizdirərkən daim ağlayırdı. Düşünürdülər ki, uşaq şampunudur, göz yandırmaz. Amma sonradan özləri istifadə edəndə görüblər ki, şampun gözü yandırır. Deməli, məhsul saxtadır”.
Bakupost.az
E.Hüseynov qeyd edib ki, saxta şampunlar və parfumeriya məhsulları əsasən Sədərək Ticarət Mərkəzində satılır:
“Elə şampunlar var ki, yağ kimi yapışır və nə qədər yuyulsa da, təmizlənmir. Şübhəli məhsullarla rastlaşan vətəndaşlara tövsiyə edirəm ki, (012) 599 76 00 nömrəsi vasitəsilə Prezident yanında Antiinhisar və Bazar Nəzarəti Dövlət Agentliyinə məlumat versinlər”./bakupost.az
 
PAYLAŞIN:

Continue Reading

Previous: “Pensiyalar qiymət artımı ilə əriyib getməsin…” – Əli Məsimli gözləntilərini açıqladı
Next: Gömrük generaliteti: Kabinetdə ağır döyüş yolu keçən Fuad Məmmədovun İLDIRIMSÜRƏTLİ YÜKSƏLİŞİ

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.