Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 5
  • 6 ildir davam edən “ötəri çətinlik”… – Deputatın iddiası və reallığı əks etdirən RƏQƏMLƏR

6 ildir davam edən “ötəri çətinlik”… – Deputatın iddiası və reallığı əks etdirən RƏQƏMLƏR

admin 05/02/2026
musa-dept

 

Azərbaycanda quru sərhədlərinin bağlı saxlanması uzun müddətdir cəmiyyətin gündəmində qalmaqda davam edir. Mövzu vaxtaşırı ictimai müzakirələrə çıxarılsa da, faktiki olaraq vəziyyət dəyişməyib, ölkənin quru sərhədləri 2020-ci il fevralın 28-də bağlanıb və bu tarixdən bu günə — 04 fevral 2026-cı ilədək artıq 2168 gün keçib. Başqa sözlə, quru sərhədlər təxminən 5 il 11 aydır ki, bağlıdır. Bu müddət ərzində sərhədlərdən keçidə qoyulan məhdudiyyətlərin yumşaldılması istiqamətində hər hansı real addım atılmayıb, mövcud qadağalar qüvvədə saxlanılıb.

İllərdir hökumətə yaxın mənbələr də başda olmaqla, müstəqil siyasi ekspertlər, iqtisadçılar, sıravi vətəndaşlar quru sərhədlərinin açılması istiqamətində çağırışlar etsə də, mövcud durumun əhalinin vəziyyətinə mənfi təsir etdiyini bildirsələr də, kulislərdə əks arqument səsləndirənlər, təhlükəsizlik məsələsini qabardanlar da az deyil.

Məsələn, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu günlərdə “Musavat TV”nin canlı efirində çıxışı zamanı quru sərhədlərinin bağlı qalmasını təhlükəsizlik amilləri ilə əlaqələndirib. Eyni zamanda bunun vətəndaşların həyatına ciddi mənfi təsir etmədiyini bildirib. Onun sözlərinə görə, insanlar artıq bu şəraitə uyğunlaşıblar və əvvəl avtomobillə səfər edənlər indi sadəcə təyyarədən istifadə edirlər ki, bu da qlobal problem deyil, ötəri çətinlikdir…

“Sərhədlərin açıq və ya bağlı olması arasında, əlbəttə, fərq var. Amma bu qərar Azərbaycan vətəndaşının həyatına çox ciddi mənfi təsir etməyib. Artıq 4–5 ildir ki, insanlarımız bu şəraitdə yaşayır və həyatlarına davam edirlər. Düzdür, əvvəl avtomobillə Gürcüstana gedirdilərsə, indi təyyarə ilə getməyə məcburdurlar. Amma bu, qlobal problem deyil, ötəri çətinlikdir. Müharibə və ya fövqəladə vəziyyət zamanı insanlar mövcud şərtlərlə razılaşmalı olurlar. Reallıq bunu tələb edir. Bu, Qarabağ müharibəsi və ya COVID-19 pandemiyası kimi həll olunmaz qlobal problem deyil. Sadəcə müvəqqəti çətinlikdir və zamanla öz həllini tapacaq”, -deyə deputat qeyd edib.

Bəs maraqlıdır, həqiqətənmi bu “ötəri çətinlik” Azərbaycan vətəndaşı üçün elə də ciddi problem yaratmır?

Suala cavab tapmaq üçün bu barədə qısa bir araşdırma aparmaq qərarına gəldik. Məlum olduğu kimi, Azərbaycanın 5 ölkə ilə quru sərhədi var – Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan. Əlbəttə, məlumdur ki, Ermənistanla quru əlaqəmiz pandemiyadan əvvəl ümumiyyətlə olmayıb, indi də hələ bərpa edilməyib.

Həmçinin Türkiyə ilə də pandemiyadan əvvəlki və sonrakı dövrlərdə, elə indinin özündə də Naxçıvan qeydiyyatında olan şəxslərin qardaş ölkəyə quru yolu ilə gediş-gəlişinə, həmçinin dogər bölgələrdən olan vətəndaşlarımızın da ölkəyə girişi zamanı Türkiyədən Azərbaycana daxil olmasında hər hansı bir maneə yoxdur. Bu səbəbdən araşdırmanı 3 ölkə – Gürcüstan, İran və Rusiya üzərindən aparmaq qərarına gəldik.

Məlumat üçün qeyd edək ki, 2025-ci ildə Gürcüstana səfər edən azərbaycanlıların sayı 226 min 92 nəfər olub. Quru sərhədlər bağlanmamışdan əvvəl Bakı–Tbilisi qatarı ilə Gürcüstana səyahət etmək mümkün idi və biletin qiyməti cəmi 25 manat təşkil edirdi. Hazırda isə quru yol bağlı olduğu üçün vətəndaşlar Gürcüstana yalnız hava nəqliyyatı ilə getməyə məcburdurlar və hətta bileti 1 ay öncədən almaq şərti ilə belə qiymətlər 97 manatdan aşağı olmur. Nəticədə bir nəfər üçün yol xərci minimum 72 manat artıb. Sadə hesablamaya əsasən, ötən il təkcə Gürcüstan istiqamətində quru sərhədlərin bağlı qalması səbəbindən Azərbaycan vətəndaşları ümumilikdə 16 milyon  manatdan artıq əlavə vəsait ödəyiblər. Bu məbləğə hava limanına gediş-gəliş, baqaj ödənişləri və mövsümi bahalaşmalar daxil deyil.

Eyni vəziyyət Rusiya istiqamətində də müşahidə olunur. 2025-ci ildə Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarının sayı 306 min 630 nəfər təşkil edib. Quru sərhədlər açıq olduğu dövrdə Bakı–Moskva qatarı ilə səyahət mümkün idi və biletlər 83 manatdan başlayırdı. Hazırda isə quru yol bağlı qaldığı üçün vətəndaşlar hava nəqliyyatından istifadə etməyə məcburdurlar. Mövcud qiymətlərə görə, Bakı–Moskva istiqamətində aviabileti hətta bir ay əvvəl almaq şərti ilə də 229 manatdan ucuz tapmaq mümkün deyil. Bu isə bir nəfər üçün minimum 146 manat əlavə xərc deməkdir. Nəticədə, ötən il Rusiyaya səfər edən azərbaycanlılar təkcə nəqliyyat xərcləri üzrə ümumilikdə 45 milyon manata yaxın əlavə vəsait ödəyiblər.

İran istiqamətində vəziyyət daha da kəskindir. 2025-ci ildə İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı 205 min 700 nəfər olub. Quru sərhədlər açıq olduğu dövrdə Naxçıvan–Təbriz–Tehran–Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyət göstərirdi, Bakıdan isə avtobuslar işləyirdi. Qatarla bu marşrut üzrə biletin qiyməti 60 manat, avtobuslar isə 50-80 manat idi. Hazırda isə quru yol bağlı qaldığı üçün İrana səfər edənlər hava nəqliyyatına üz tuturlar və Bakıdan Tehrana ən ucuz aviabiletin qiyməti 215 manatdan başlayır. Bu da bir nəfər üçün minimum 150 manat əlavə xərc deməkdir. Sadə hesablamaya görə, ötən il İrana səfərlər üzrə vətəndaşların üzərinə düşən əlavə yük 32 milyon manata yaxın təşkil edib.

Beləliklə, yalnız Gürcüstan, Rusiya və İran istiqamətləri üzrə aparılan hesablamalar göstərir ki, 2025-ci ildə quru sərhədlərin bağlı qalması nəticəsində Azərbaycan vətəndaşları təkcə yol xərcləri üzrə ümumilikdə minimum qiymətlər nəzərə alınmaqla 90 milyon manatdan artıq əlavə vəsait ödəyiblər. Nəzərə alsaq ki, quru sərhədlər artıq təxminən 6 ilə yaxındır bağlıdır və bu ölkələrə səfər edənlərin sayı illər üzrə ciddi dəyişiklik göstərmir, ümumi məbləğı də hesablamaq olar. Sadə vurma əməliyyatı ilə hesabladıqda məlum olur ki, son altı il ərzində Azərbaycan vətəndaşları yalnız bu üç istiqamət üzrə təxminən 500 milyon manat əlavə nəqliyyat xərci çəkiblər.

Düzdür, hesablamalar yeni tariflər məlum olmadığından qatar və avtobuslarda tətbiq edilən köhnə qiymətlər əsasında aparılıb. Ancaq eyni zamanda hesablamaya təyyarədən istifadə etdikdə vətəndaşın xərcləmək məcburiyyətində olduğu hava limanına gediş-gəliş, baqaj ödənişləri və biletlərdəki mövsümi artımlar da daxil edilməyib. Hətta qatar və avtobus qiymətləri müəyyən qədər artsa belə, Azərbaycan vətəndaşlarının son 6 ildə bu üç istiqamət üzrə əlavə nəqliyyat xərcinin təxminən 300 milyon manatdan yuxarı olduğu şübhə doğurmur.

Quru sərhədlərin bağlı qalmasının təsiri yalnız fərdi səyahət xərcləri ilə məhdudlaşmır. Turizm sektoru da bu qərardan ciddi zərər görüb. Rəsmi statistikaya görə, 2019-cu ildə Azərbaycana gələn xarici turistlərin ölkədə xərcləmələri 3 milyard manata yaxın olub. Pandemiyadan sonra quru sərhədlərin açılmaması səbəbindən bu göstərici kəskin şəkildə aşağı düşüb. 2020-ci ildə turist xərcləri 415 milyon manata enib, 2021-ci ildə 1,912 milyard, 2022-ci ildə 1,9 milyard, 2023-cü ildə isə 2,4 milyard manat təşkil edib. Yalnız 2024-cü ildə COP-29 tədbiri ilə əlaqədar bu göstərici artaraq 5,1 milyard manata çatıb.

Sadə müqayisə metodu ilə, yəni 2019-cu ilin göstəricilərini baza kimi götürdükdə, 2020–2024-cü illər ərzində turizm sektorunda yaranmış potensial itkinin təxminən 3 milyard manatdan artıq olduğu ortaya çıxır. Bu rəqəm quru sərhədlərin bağlı qalmasının ölkə iqtisadiyyatına vurduğu zərərin miqyasını açıq şəkildə göstərir.

Bununla yanaşı, quru sərhədlərin uzun müddət bağlı qalması sərhədyanı rayonlarda yaşayan əhalinin sosial-iqtisadi rifahına da mənfi təsir edir. Bu ərazilərdə yaşayan insanların əhəmiyyətli hissəsi Rusiya, İran və digər qonşu ölkələrlə ticarət, kiçik sahibkarlıq və digər iqtisadi əlaqələr hesabına dolanırdı. Quru keçidlərin bağlanması sərhəd bölgələrində yaşayan insanların alternativ gəlir mənbələrini ciddi şəkildə zəiflədib.

Bütün bu faktlar fonunda deyə bilərik ki, deputat Musa Quliyevin “quru sərhədlərinin bağlı qalması əhaliyə ciddi təsir etməyib” fikri reallıqdan tamamilə uzaqdır. Faktlar göstərir ki, sərhədlərin bağlı qalması nə təkcə ötəri bir narahatlıqdır, nə də əhaliyə təsiri olmayıb. Əksinə, bu müddət ərzində vətəndaşların nəqliyyat xərcləri əhəmiyyətli dərəcədə artıb, nəticədə minlərlə insan hər il əvvəlkindən qat-qat artıq vəsait xərcləməyə məcbur olub. Vətəndaşların gündəlik xərcləri, həm də ölkə iqtisadiyyatı üçün yaranmış uzunmüddətli itkilər göstərir ki, quru sərhədlərin bağlı qalması ötəri bir “çətinlik” yox, artıq sadə vətəndaşa baha başa gələn ciddi bir problemə çevrilib. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Məlhəm” hospitalı ilə yazar ailəsi arasında borc mübahisəsi böyüyür
Next: Qəddafinin oğlunu kim öldürdü? – Maskalı dörd nəfər…

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.