Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 5
  • Arayik və digərləri də Ermənistana təhvil verilə bilərmi? – Fazil Mustafa açıqladı

Arayik və digərləri də Ermənistana təhvil verilə bilərmi? – Fazil Mustafa açıqladı

admin 05/02/2026
fazil_mustafa

 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarına hökm oxunub.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinə müxtəlif cəzalar kəsilib.

Belə ki, Arayik Harutyunyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Arkadi Qukasyan və Bako Sahakyan isə 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilməyib.

Məhkəmə hər iki təqsirləndiriləni 20 illiyə azadlıqdan məhrum edib.

Bu xəbərlər Azərbaycan ictimaiyyətində sevinclə qarşılansa da, suallar da doğurub.

Belə bir fikirlər də var ki, onlar da Ermənistana təhvil verilə bilər.

Bu cür düşünməyə əsas isə daha əvvəl Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekçyan Ermənistana təhvil verilməsi olub.

Maraqlıdır, bu hal yenə baş verə bilərmi?

Bu barədə Milli Məclisin deputat Fazil Mustafa danışıb.

O bildirib ki, sülhlə bağlı məsələlər irəlilədikcə hər şey ola bilər.

“İnsanlar bundan qətiyyən hansısa bir pis nəticə çıxarmamalıdırlar. Böyük hədəfləri düşünəndə hansısa kiçik, əhəmiyyətsiz epizodlar üzərində başqa fikirlər cəmləmək, əslində, müəyyən problemlər də yarada bilər. İndi elə dövrdə yaşayırıq ki, Azərbaycan dövlətinin təhlükəsizliyi, maraqları bizim üçün daha vacibdir. Dövlətin maraqları tələb edərsə, ali məqsədə çatmaq üçün bu istiqamətdə də addımlar atmaqdan çəkinməməliyik. Bu, münasibətlərin inkişafından asılı məsələdir”.

Fazil Msutafa eyni zamanda deyib ki, gələcəkdə belə addımın olması sürpriz sayılmamalıdır:

“Təbii ki, bizim üçün əsas məsələlərdən biri də bu adamların cinayətlərini aşkara çıxararaq onlara qarşı iddialarımızı sübut etmək idi və məhkəmə də bunu göstərdi. Bu baxımdan, gələcəkdə hansısa bir təhvil vermə və başqa məsələlərin olması da sürpriz sayılmamalıdır. Əsas sülh müqaviləsinin bağlanması istiqamətində addımların yekunlaşmasıdır. Ancaq hələlik bu barədə danışmaq tezdir. Dediyim kimi, ali məqsədə çatmaq üçün hansısa bir epizodlarda güzəştə getmək normal qarşılanmalıdır. Necə ki, bundan əvvəl azadlıqdan məhrum edilmiş dörd erməninin təhvil verilməsi də Azərbaycanın bir müəyyən prosesə fayda verəı biləcək jesti kimi qiymətləndirildi. Ali məqsədimizi əsas götürməliyik. Tez-tez bunu sperkulasiya eləməyə çalışanlar deyir ki, Xocalıda qətl törətmişlər…Əlbəttə, biz Xocalıda cinayət törətmiş bütün cinayətkarların cəzalanmasını təmin etməliyik və müəyyən qismini də təmin edirik.

Amma Xocalının qisasını təkcə ayrı-ayrı şəxsləri məhkum etməklə almırıq, həm də torpağı azad etmək, abadlaşdırmaqla alırıq, almışıq. İndi Xocalıya yeni insanlar, orada yaşayanların övladları köçürsə, Xocalını görmədən ölmək istəməyənlərin orada məskunlaşması bizim həm də bu qisası almağımız deməkdir. Bir sözlə, məsələyə bir az geniş kontekstdə baxmaq lazımdır”./gununsesi.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Əbu-Dabidə keçirilən görüş bizi sülhə bir qədər də yaxınlaşdırdı”
Next: “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.