Skip to content
01/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 5
  • Bakıdakı hərbi caniləri müdafiə edənlər şərt irəli sürürlər – Seyidov faktları açıqladı

Bakıdakı hərbi caniləri müdafiə edənlər şərt irəli sürürlər – Seyidov faktları açıqladı

admin 05/02/2026
semed-seyidov (3)

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov suallarımızı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Səməd müəllim, müasir dünya tarixində Azərbaycan nadir ölkələrdəndir ki, ərazi bütövlüyünü və tam suverenliyini öz gücü ilə, heç bir yerdən yardım almadan, bütün təzyiqləri dəf edərək bərpa etdi. Eyni zamanda müharibə cinayətlərini törətməkdə ittiham olunan şəxslərin mühakiməsinə nail oldu. Beləliklə, Azərbaycan öz gücü və qətiyyəti hesabına vətəndaşlarına münasibətdə ədaləti təmin etdi. Amma buna baxmayaraq, keçirilən məhkəmə prosesi ilə bağlı Azərbaycana xaricdən əsassız siyasi təzyiqlər var idi. Bu kimi təzyiqlərin məqsədi nə idi?

– Əslində Azərbaycan beynəlxalq ictimaiyyətin görəcəyi işi özü ən yüksək səviyyədə həyata keçirdi. Bu heç də birinci dəfə deyil. Çünki beynəlxalq qanunlar Qarabağın Ermənistanın işğalından azad olunması ilə bağlı tələbləri ortaya qoysa da, onun icrası təmin edilməmişdi. Bunun reallaşmasının qarşısı erməni lobbisi, revanşist qüvvələr və Azərbaycanın müstəqilliyinə qarşı çıxan bəzi mərkəzlər tərəfindən həmişə alınırdı. Bu xüsusda BMT, Avropa Şurası, Avropa İttifaqının çıxarmış olduğu qətnamələri qeyd etmək olar. Amma reallıq o idi ki, sözdə ərazi bütövlüyünü tanıyan beynəlxalq təşkilatlar özlərinin çıxarmış olduqları qətnamələri belə yerinə yetirmirdilər.

Hazırda də təxmini olaraq eyni proses müşahidə edilir. Faktiki olaraq, beynəlxalq səviyyədə hərbi cinayətləri törətmiş insanlar qınaq obyektinə çevrilməlidir. Bakıda gedən məhkəmə prosesi bu mənada ədalətin təntənəsi kimi dünya birliyi tərəfindən qəbul olunmalıdır. Lakin həmin o beynəlxalq təşkilatların içərisində bu cinayətləri törədən şəxslərə “müdafiə kampaniyası” təşkil olunur. Hətta onlara hansısa səviyyədə bəraət qazandırılması kimi məsələlər gündəmə gətirilir.

– Sizcə, bunlar nəyə görə edilir? Cinayətləri sübuta yetirilmiş şəxslərin açıq şəkildə müdafiə edilməsi beynəlxalq hüquq müstəvisində necə şərh oluna bilər?

– II Dünya müharibəsinin gedişində də insanlığa qarşı həyata keçirilmiş hərbi cinayətlər sonradan hüquqi səviyyədə öz layiq olduğu qiyməti aldı. Ona görə də, Azərbaycanda hazırda mühakimə edilən hərbi canilər əslində elə ədalətin təntənəsidir. Çünki sonrakı proseslər göstərdi ki, erməni separatizminin, revanşizminin kökü tam şəkildə kəsilməyib. Lobbi və Ermənistanın daxilində olan, onun keçmiş rəhbərləri arasında, onların revanşist ideyalarına dəstək verən ölkələr tərəfindən bu məsələ saxlanılırdı. Məhz bu qüvvələrin vasitəsi ilə yenə də köhnə, ədalətsiz, Azərbaycana qarşı olan narrativlər gündəmə gətirilir.

Prezident İlham Əliyev Azərbaycanın suverenliyini, xalqımızın iradəsi və ordusunun gücü əsasında həll edib birdəfəlik köhnə narrativlərə son qoyduğu halda Ermənistanın, onun diasporunun, Qafqazda ağalıq iddiasında olanların adları hələ də tarixin kirli səhifələrindən silinməyib. Əksinə olaraq, bu qüvvələr Ermənistanda hazırda hakimiyyətdə olan Baş nazir Nikol Paşinyan və onun ətrafında olan insanlara qarşı, xaricdə isə beynəlxalq təşkilatlar içərisində erməni lobbisinin dəstəyi və köməyi əsasında qəbul edilmiş “qətnamələr”, müxtəlif siyasətçilərə qarşı hədə qorxu kampaniyası davam edir. Eyni zamanda Cənubi Qafqazda özlərinin məkirli niyyətlərini həyata keçirmək imkanı olmadıqları halda, Azərbaycan tərəfindən proseslərdən kənarlaşdırılmış qüvvələr yenə də bu regiona nüfuz etmək üçün bu “kartdan” yararlanmaq istəyir. Bunun səbəbi bundan ibarətdir.

– Bakıdakı hərbi canilərin məhkəmə prosesinə hansı halda birmənalı yanaşmanın olması mümkün ola bilərdi?

– Reallıqda ədalətli məhkəmənin gedişi beynəlxalq müstəvidə yüksək səviyyədə dəstəklənməli idi. Buna sözsüz ki, dəstək də mövcuddur. Amma onun qarşısını alan qüvvələr məhz bu niyyətlərinə və digər problemlərə görə hələ də “iş” aparırlar. Sözsüz ki, bütün bunlara qarşı Azərbaycanın gücü, böyüklüyü, qüdrəti imkan verir ki, ədalət mühakiməsinin təntənəsini görmək mümkün olsun. Beləliklə, Azərbaycana xalqına qarşı uzun on illər cinayətlər törətmiş şəxslərin layiq olduqları cəzaları alması heç kəsdə qəti şübhə doğurmamalıdır./teleqraf.az

PAYLAŞIN:

Continue Reading

Previous: Əliyevin Pezeşkiana təklifi: Bakı nələr edə bilər?
Next: Xamenei Türkiyənin təklifini rədd etdi

OXŞAR MÖVZULAR

az-arm-şahin

Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb

admin 29/04/2026
WhatsApp Image 2026-04-28 at 17.27.56 (2)

Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

admin 29/04/2026
zel-ilham-qebele

Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir?

admin 29/04/2026

XƏBƏR LENTİ

  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026
  • Sumqayıtda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş konfrans keçirilib 30/04/2026
  • Nikahların sayı tarixi minimuma endi, boşanmaların sayı iki dəfə artdı – Ailə böhranı tendensiyası niyə genişlənir? 30/04/2026
  • Türkiyədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu kəskin artırılıb 30/04/2026
  • Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi 30/04/2026
  • Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib 30/04/2026
  • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? 30/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.