Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 6
  • Putin Ukrayna danışıqlarını yenə dalana dirədi- Kreml indiyə qədər açıqlanmayan bir şərt irəli sürdü…

Putin Ukrayna danışıqlarını yenə dalana dirədi- Kreml indiyə qədər açıqlanmayan bir şərt irəli sürdü…

admin 06/02/2026
harkiv

 

Dünyanın diqqəti və ümidi Əbu-Dabidə keçirilən Ukrayna-ABŞ-Rusiya üçtərəfli danışıqlarına yönələrkən, Rusiyanın qısa müddətdə sülh əldə olunması üçün konkret addımlar atmaq əvəzinə yeni absurd tələblə çıxış etdiyi məlum olub.

Bu barədə öz mənbələrinə istinadla məlumat yayan aparıcı Qərb KİV-ləri dünən bağlı qapılar arxasında keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin Ukrayna və bütünlükdə Qərb qarşısında yeni “qırmızı cizgi” çəkdiyini yazır.

Belə ki, Kreml kompromis əvəzinə indiyə qədər açıqlanmayan bir şərt irəli sürüb: Moskva təkcə Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Luqansk vilayətlərindən tam çıxarılmasını deyil, həm də prosesdə iştirak edən bütün ölkələr tərəfindən Donbasın ilhaqının rəsmi tanınmasını tələb edir. Yəni, həm hələ işğal edə bilmədiyi və ən azı yaxın iki ildə işğal edə bilməyəcəyi ərazilərin boşaldılmasını istəyir, həm də bu ərazilərin rəsmən Rusiya torpaqları kimi tanınmasını tələb edir. Putinin irəli sürdüyü bu absurd tələb, əslində, Vaşinqton və Kiyevdən mücərrəd atəşkəs razılaşması əvəzində Ukraynanın bölünməsini qanuni şəkildə rəsmiləşdirmək tələbidir.

Məlum olduğu kimi, danışıqalrın birinci raundunda əsas məsələlər cəbhədə demilitarizasiya zonasının və ya əsirlərin “hamının hamıya” mübadilə formatının texniki detallarına yönəlmişdi. İndi isə Rusiya müzakirəni işğal etdiyi və işğalını istədiyi ərazilərin tam legitimləşdirilməsi sahəsinə keçirir. Bu da bir daha danışıqaları dalana dirəmək istəyinin açıq təzahürüdür.

Qeyd edək ki, bu tələbin qışın ortasında Ukraynanın enerji sektoruna edilən olduqca təsirli kütləvi zərbələrdən dərhal sonra səsləndirilməsi diqqət çəkir. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin də dediyi kimi, bu, Kiyevi təslim olmağa məcbur etmək cəhdlərinin tərkib hissəsidir. Cəbhədə ciddi uğur, irəliləyiş qazana bilməyən Moskva klassik “terror üstəgəl ultimatum” ssenarisinə uyğun hərəkət edərək dinc şəhərlərə və əhaliyə qarşı raket və PUA hücumlarından maksimum dərəcədə istifadə etməyə çalışır.

Məlum məsələdir ki, Kiyev üçün Donbası Rusiya ərazisi kimi tanımaq şərti tamamilə qəbuledilməzdir. Bu, nəinki Konstitusiyaya ziddir, həm də son sorğulara görə, Ukrayna əhalisinin yarıdan çoxu nəinki Donbasın rəsmən Rusiya ərazisi kimi tanınmasına, ümumiyyətlə, de-fakto Ukrayna qoşunlarının hələ işğal edilməmiş ərazilərdən çıxmasına qarşıdır. Hətta müharibənin daha da şiddətlənəcəyi ehtimalına rəğmən. Bu halda nə Zelenski, nə də Ukraynadakı hansısa digər siyasi qüvvə bu addıma gedə bilməz. Çünki bu, təkcə həmin tələbə razılıq verəcək şəxs üçün siyasi intihar deyil, həm də Ukraynanın dövlət, cəmiyyət kimi parçalanması təhlükəsidir.

Beynəlxalq hüququn və ölkələrin ərazi bütövlüyü prinsipinin açıq-aşkar tapdalanmasının legitimləşdirilməsinə, rəsmən tanınmasına nəinki Ukrayna özü, o cümlədən, hər nə qədər Putinçi siyasət yürütməsinə baxmayaraq, nə Tramp administrasiyası, nə də xüsusilə Avropa getməyəcək, gedə bilməz. Bunu bilə-bilə Putinin bu tələblə çıxış etməsi növbəti blef olmaqla yanaşı, görünür, Kremlin Tramp administrasiyasının cəsarətini bir daha sınamaq cəhdidir: Görək, ABŞ tez-tələsik sülh naminə 1945-ci ildə Yaltadan bəri ən böyük beynəlxalq hüquqi presedentə razılaşmağa hazırdırmı, ya yox? Yoxsa, daha cəsarətli davranaraq, Ukraynaya hərbi, maliyyə dəstəyini, Rusiyaya qarşı isə sanksiyaları və digər təzyiq vasitələrini gücləndirəcək? Hələlik Tramp administrasiyasının ritorikası Putini “sığallamaq” və “yola gətirmək”, Ukraynanı isə təzyiq altında saxlamaq üslubuna daha yaxındır…

Əbu-Dabidəki Qərb mənbələri danışıqlardakı atmosferi “son dərəcə gərgin” adlandırıb. Rusiya tərəfi və ABŞ görüşləri “müsbət” adlandırsa da, Kiyev daha təmkinli görünür və qeyd edir ki, Rusiya “təcavüzə görə mükafat almayacaq”. Yəni, işğal legitimləşdirilə bilməz.

İndi söz ABŞ-nindir. Zelenski son açıqalmasında danışıqların üçüncü raundunun ABŞ-də keçirilə biləcəyini deyib. Lakin hadisələrin gedişi onu düşünməyə əsas verir ki, proses yenə vaxt uzatmağa və Ukraynanı tükəndirmək taktikasına xidmət edir. Və təəssüf ki, ABŞ administrasiyası da bu prosesdə Putinin “əlinə oynayır” kimi görünməkdədir… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Əbu-Dabi danışıqlarında müsbət heç nə yoxdur
Next: Bakıda məşhur klinika və şirkətlərin milyonlarla manat borcu üzə çıxdı (SİYAHI)

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.