Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 6
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -FOTOLAR

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -FOTOLAR

admin 06/02/2026
qht-agent3

 

Qrant bir təşkilata verilir, amma təqdimatda başqa bir “mərkəz” peyda olur. Üstəlik, bu ad belə düzgün yazılmayıb: “Yeni” azərbaycanca, “Gallery” isə ingiliscə

Bakı İncəsənət Mərkəzi Eksperimental Yaradıcılıq Birliyinin sədri Rafael Gülməmmədov eyni zamanda “Yeni Gallery” Mərkəzinə də rəhbərlik edir

 QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrinin təhlili davam etdikcə mənzərə getdikcə daha da ağırlaşır. Hər yeni gün yeni faktlar, hər yeni fakt isə daha dərin suallar ortaya çıxarır. Bu sualların mərkəzində isə eyni problem dayanır: qrantların verilməsində şəffaflıq, icra prosesində isə nəzarət yoxdur.

 Görünən odur ki, bəzi QHT-lər qrantları real fəaliyyətlərinə görə yox, tanışlıq və dostluq əlaqələrinə görə əldə edir, bəzilərinin layihələri isə “kor-koranə” maliyyələşdirilir və sonradan onların icrası ilə faktiki olaraq heç kim maraqlanmır.

Bu qənaətə gəlməyimizə səbəb olan faktlardan biri də 2025-ci ilin qrant qalibləri sırasında yer alan Bakı İncəsənət Mərkəzi Eksperimental Yaradıcılıq Birliyi ilə bağlıdır. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəsmi elan etdiyi nəticələrdə bu təşkilatın qalib olduğu layihənin adı açıq-aydın göstərilib: “İrəvan və Gəncə şəhərlərinin tarixi etnoqrafik xəritəsinin yaradılması”. Yəni iki şəhəri əhatə edən, miqyaslı və iddialı bir layihə. Bu layihəyəyə görə də 15 500 manat dövlət vəsaiti ayrılıb.

Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumatdan məlum olur ki, mənzərə tamamilə fərqlidir. Təqdimat mərasimində layihənin adı artıq dəyişdirilib və “İrəvan qala şəhərinin etnoqrafik xəritəsi” kimi təqdim olunub. Sadə dillə desək, layihədən Gəncə “yoxa çıxıb”. Heç bir rəsmi açıqlama, heç bir əsaslandırma, heç bir izah yoxdur. Sual açıqdır: ekspert komissiyası və Müşahidə Şurası tərəfindən iki şəhər üzrə təsdiqlənmiş layihə necə olur ki, sonradan bir şəhərlik layihəyə çevrilir? İki şəhərin adı ilə pul alınır, bir şəhər üzrə iş görülür. Qalan şəhərin taleyi isə sükuta qərq olur.

Bu hələ hamısı deyil. Təqdimat mərasimində istifadə olunan bannerlərdə və nümayiş etdirilən saytda icraçı təşkilat kimi tamam başqa bir ad gözə dəyir: “Yeni Gallery” Bakı İncəsənət Mərkəzi. Halbuki rəsmi sənədlərə görə layihəni icra etməli olan qurum Bakı İncəsənət Mərkəzi Eksperimental Yaradıcılıq Birliyidir. Bu necə olur? Qrant bir təşkilata verilir, amma təqdimatda başqa bir “mərkəz” peyda olur. Üstəlik, bu ad belə düzgün yazılmayıb: “Yeni” azərbaycanca, “Gallery” isə ingiliscə. Dilə, qanuna, qaydaya bu qədər etinasız yanaşma necə mümkün olur?

Daha da maraqlısı odur ki, layihənin icrası bitdikdən altı ay keçməsinə baxmayaraq, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən hələ də heç kim bu uyğunsuzluqlara reaksiya verməyib. Ən azından bu nöqsanlardan biri kimi, mövcud olan internet saytında QHT-nin adını dəyişə bilərdilər. Amma özlərinə əziyyət verib, heç saytı da gözdən keçirməyiblər.

Araşdırmalarımızla zamanı məlum olub ki, Bakı İncəsənət Mərkəzi Eksperimental Yaradıcılıq Birliyinin sədri Rafael Gülməmmədov eyni zamanda “Yeni Gallery” Mərkəzinə də rəhbərlik edir. Bu mərkəzdə müxtəlif sərgilər keçirilir. Bu fakt da özlüyündə ciddi suallar yaradır: qrant layihəsi ilə başqa bir mərkəzin tanıdılması və ya fəaliyyətinin önə çıxarılması arasında hansı əlaqə var? QHT-lərə Dövlət Dəstəyi  Agentliyi bunu görmür, yoxsa görmək istəmir?

Bəziləri üçün bu nöqsanlar xırda detal kimi görünə bilər. Amma məsələ detallarda gizlidir. Bu detallar göstərir ki, QHT-lərə Dövlət Dəstəyi  Agentliyi layihələri nə əvvəlcədən düzgün təhlil edə, nə də icra prosesində effektiv nəzarət mexanizmi qura bilir. Nəticədə isə bu cür uyğunsuzluqlar adi hala çevrilir, təşkilat adlarının dəyişdirilməsi, layihə məzmununun “kiçildilməsi” heç kimin diqqətini çəkmir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin toplantılarında pafosla bəyan edilir ki, QHT layihələrinin icrası ilə bağlı mediada saysız-hesabsız məlumatlar dərc olunur. Amma təkcə bu təşkilatın yaydığı bir məlumat kifayət etdi ki, biz ən azı iki ciddi nöqsanı üzə çıxaraq. Bu isə onu göstərir ki, qurum kəmiyyətə oynayır, şişirdilmiş statistikalarla əvvəlcə özünü, sonra isə dövlət rəhbərliyini aldatmağa çalışır.

Bütün bunların fonunda bir nəticə qaçılmazdır: səriştəsizlik, qrantların icrasına nəzarətsizlik və məsuliyyətsizlik QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətində sistemli problemə çevrilib. Daha acınacaqlısı isə odur ki, bu nöqsanlar bildirildikcə aradan qaldırılmaq əvəzinə, sanki daha da dərinləşir.

İndi əsas sual budur: nəzarət edən qurumlar hara baxır? Yoxsa, bu cür təşkilatların və bu cür layihələrin arxasında daha güclü qüvvələr dayanır və buna görə də hər kəs susmağa üstünlük verir? Dövlət vəsaitinin taleyi bu qədər asanlıqla sual altına düşməlidirmi? Bu sükutun özü artıq cavab qədər qorxuludur./yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ İrandakı vətəndaşlarına çağırış etdi: “Ölkəni dərhal tərk edin”
Next: Əbu-Dabi danışıqlarında müsbət heç nə yoxdur

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.