Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 6
  • Tarixi silib ədəbiyyatı boğan mədəniyyət dərsi: Nazirliyin səssiz aparılan təhlükəli islahatı

Tarixi silib ədəbiyyatı boğan mədəniyyət dərsi: Nazirliyin səssiz aparılan təhlükəli islahatı

admin 06/02/2026
tn-emin

 

Ölkənin ümumtəhsil sistemində iki əsas fənnin – ədəbiyyat və tarixin birləşdirilərək “mədəniyyət” adlı yeni fənn kimi tədris olunmasına hazırlıq gedir. Bu proses nə ictimai müzakirə ilə müşayiət olunur, nə də cəmiyyətə açıq şəkildə izah edilib. “Mədəniyyət–2040” konsepsiyasına istinad edilsə də, bu istinadın təhsilə necə və hansı elmi əsaslarla tətbiq edildiyi qaranlıq qalır. Ən narahatedici məqam isə odur ki, bütün bunlar səssiz-səmirsiz həyata keçirilir.

Elmə yox, tələsik qərarlara söykənən yanaşma

Dosent İlham Əhmədovun da vurğuladığı kimi, bu addımın hansı elmi araşdırmalara əsaslandığı bəlli deyil. Təhsil kimi strateji sahədə edilən dəyişikliklər illərlə aparılan analizlərə, pilot layihələrə və geniş müzakirələrə söykənməlidir. Burada isə nə akademik mühitin rəyi var, nə müəllimlərin, nə valideynlərin, nə də cəmiyyətin. Bu, islahat deyil, riskli eksperimentdir.

Ədəbiyyat və tarixi “əridərək” mədəniyyət yaratmaq olmaz

Ədəbiyyat xalqın dili, düşüncəsi və mənəvi yaddaşıdır. Tarix isə millətin keçdiyi yol, yaşadığı faciələr və qazandığı dərslərdir. Bu iki fənn təkcə informasiya ötürmür, şəxsiyyət formalaşdırır. Onları bir fənn içində “əridib” ümumi mədəniyyət anlayışına çevirmək, mahiyyəti itirmək deməkdir. Mədəniyyət bu fənnlərin nəticəsidir, əvəzi yox.

Müəllim yoxdur, proqram yoxdur, dərslik yoxdur

Ən real və cavabsız sual budur: bu fənni kim tədris edəcək? Bu gün ölkədə nə “mədəniyyət” ixtisaslı müəllim var, nə də onları hazırlayan sistem. Müəllimlərin ixtisasartırma və təkmilləşdirmə mexanizmi faktiki olaraq işlək deyil. İllərdir mövcud fənnlər üzrə normal dərslik problemi həll olunmayıbsa, yeni və mürəkkəb bir fənn üçün dərslikləri kim, necə və hansı səviyyədə yazacaq?

Təhsilə daha bir zərbə riski

Elm və Təhsil Nazirliyi bu prosesi ciddi hazırlıq olmadan, tələsik və müzakirəsiz həyata keçirməklə təhsilə növbəti ağır zərbə vurmaq riski yaradır. Təhsil sistemi artıq illərdir plansız qərarların, yarımçıq islahatların və elmi əsasdan uzaq yanaşmaların nəticələrini yaşayır. Bu addım isə həmin səhvlərin davamı təsiri bağışlayır.

Alternativ var idi, amma seçilmədi

Əgər məqsəd, doğrudan da, mədəniyyət anlayışını gücləndirmək idisə, bunun daha sağlam yolu var idi. Mədəniyyət ayrıca fənn kimi, seçmə və ya mərhələli şəkildə tədris oluna bilərdi. Bunun üçün ədəbiyyat və tarix kimi iki əsas fənni qurban verməyə ehtiyac yox idi. Bu seçim göstərir ki, problem ideyada yox, yanaşmadadır.

Düşünülməmiş islahat gələcək nəsli zədələyir

Elm, müzakirə və planlama olmadan aparılan hər təhsil islahatı gec-tez öz fəsadlarını verir. Bu cür addımlar şagirdin dünyagörüşünü daraldır, müəllimi çətin vəziyyətdə qoyur, cəmiyyətdə isə etimadsızlıq yaradır. Təhsil sınaq meydanı deyil. Burada atılan hər addım gələcək nəsillərin taleyinə birbaşa təsir edir. Bu səbəbdən belə qərarlar ya dərhal izah edilməli, ya da dayandırılmalıdır.

Sonda açıq demək lazımdır ki, burada Emin Əmrullayevin dərdi nə yeni fənndir, nə dərslikdir, nə də şagirdin və müəllimin taleyi. Məsələ sırf “Mədəniyyət–2040” konsepsiyasında guya iştirak görüntüsü yaratmaqdır. Lazım gəlsə, sabah riyaziyyatla həndəsəni, o biri gün fizika ilə kimyanı birləşdirib adına da “mədəniyyətə inteqrasiya olunmuş elmi düşüncə” kimi pafoslu nəsə qoyarlar. Məntiq, elmi əsas, nəticə heç kəsi maraqlandırmır. “Limçay limandra” – əsas odur, kağız üzərində dəyişiklik olsun, hesabatda rəngli qrafik çıxsın. Təhsilin keyfiyyəti, şagirdin nə öyrəndiyi, müəllimin necə dərs dediyi isə bu prosesdə ən axırıncı, hətta əhəmiyyətsiz məsələdir./yenicag.az

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan Prezidenti İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Next: Avropa Birliyi Türkiyənin ayağına gəlir – AB komissarı Ankaraya niyə gedib?

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.