Skip to content
21/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 19
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
dç-kup
2026-cı il futbol üzrə dünya çempionatı (DÇ-2026) hələ başlamadan qlobal idman gündəminin mərkəzinə çevrilib. 
11 iyunda Meksika ilə Cənubi Afrika arasında keçiriləcək açılış matçı öncəsi futbolsevərlər geri sayımı davam etdirir, lakin diqqət daha çox turnirin ətrafında yaranan mübahisələrə yönəlib.
ABŞ, Meksika və Kanadanın ortaq ev sahibliyi edəcəyi turnir beş əsas başlıq ətrafında ciddi müzakirələr doğurub. Artıq DÇ-2026 sadəcə futbol turniri deyil, həm də siyasi və iqtisadi gərginliklərin mərkəzinə çevrilmiş kimi görünür.
1. Rekord səviyyəli bilet qiymətləri narazılıq yaradır
DÇ-2026-da ən böyük mübahisələrdən biri bilet qiymətləridir. Xüsusilə ABŞ-də keçiriləcək oyunların biletləri bir çox azarkeş üçün əlçatmaz hala gəlib.
12 iyunda ABŞ-Paraqvay matçının ən ucuz biletləri 1000 dolları keçib. Final üçün satışa çıxarılan bəzi VIP biletlərin qiyməti isə 32 min dollardan yuxarıdır.
Təkrar satış platformalarında qiymətlər daha da yüksəlib. FIFA-nın rəsmi satış sistemində bəzi biletlərin yüz minlərlə dollara təklif olunduğu bildirilir.
ABŞ prezidenti Donald Tramp qiymətləri tənqid edərək “açığı, mən də bu qiymətə bilet almazdım” deyib.
FIFA isə siyasətini müdafiə edərək hər oyun üçün ucuz biletlərin də satışda olduğunu və gəlirin futbolun inkişafına yönəldiyini bildirir. FIFA prezidenti Cianni İnfantino təşkilatın “bazar şərtlərinə uyğun hərəkət etdiyini” qeyd edib.
Bununla belə, uçuşlar, otellər və şəhərdaxili xərclərin də artması turniri bir çox azarkeş üçün əlçatmaz edir.
İdman şərhçisi Demih Sezerli bildirir ki, turnirin mahiyyəti dəyişir: “Dünya kuboku illərlə xalqın turniri olub. Amma indi getdikcə əlçatmaz bir tədbirə çevrilir”.
Onun sözlərinə görə, yüksək qiymətlər tribunadakı atmosferi və futbolun ruhunu da dəyişə bilər.
2. İran böhranı turnirin gündəmində
İranın turnirdə iştirakı ətrafında uzun müddət təhlükəsizlik və siyasi müzakirələr aparılıb. ABŞ–İran gərginliyi fonunda İran millisinin ABŞ-da  oynayıb-oynamayacağı sual altında idi.
Donald Tramp İranın ABŞ-də oynamasının təhlükəli ola biləcəyini deyib. İran Futbol Federasiyası isə FIFA ilə danışıqlar aparıb. Hətta bəzi matçların Meksikaya köçürülməsi variantı da gündəmə gəlib. İranın yerinə İtaliyanın dəvət olunması kimi ssenarilər müzakirə edilib.
Lakin son məlumatlara görə İran turnirdə iştirak edəcək. Komanda Yeni Zelandiya, Misir və Belçika ilə eyni qrupdadır.
Semih Sezerli bu barədə deyir: “FIFA uzun illər futbolun siyasətdən uzaq olduğunu desə də, praktikada bu artıq mümkün deyil”.
3. ABŞ və Meksikada təhlükəsizlik narahatlıqları
ABŞ-da miqrasiya siyasəti və ICE reydləri azarkeşlər arasında narahatlıq yaradıb. Sosial media yoxlamaları planı da tənqid olunur.
Meksikada isə kartellərlə bağlı əməliyyatlar və bəzi bölgələrdə zorakılıq halları təhlükəsizlik risklərini artırır. Xüsusilə Qvadalaxara və Mexiko Siti ətrafında etirazlar və gərginlik diqqət çəkir.
FIFA isə bütün ev sahibi ölkələrin təhlükəsizlik tədbirlərini gücləndirdiyini bildirir.
4. İlk dəfə iştirak edəcək ölkələr
Turnirin 48 komandaya genişlənməsi ilə tarixdə ilk dəfə bəzi ölkələr DÇ-2026-yavəsiqə qazanıb:
* İordaniya
* Kape Verde)
* Kurasao
* Özbəkistan
İordaniya Argentina ilə qarşılaşacaq. Özbəkistan isə Portuqaliya ilə eyni qrupdadır.
Kurasao cəmi 156 min əhalisi ilə turnirin ən kiçik ölkələrindən biridir.
Semih Sezərliyə görə, İordaniya və Kurasao tezliklə turnirdən ayrıla bilər, amma Özbəkistan sürpriz edə bilər.
5. Turnirin ulduzları
Favoritlər arasında İspaniya və Fransa ön plandadır. Gözlər isə yeni nəsil futbolçulardadır:
1. Lamin Yamal – gənc yaşda liderlik qabiliyyəti
2. Florian Virts – oyunun tempini dəyişən yaradıcılıq
3. Camal Musiala – dar məkan ustası
4. Endrik – Braziliyanın yeni ulduzu
5. Arda Güler – doğru rol taparsa böyük partlayış edə bilər
6. Kenan Yıldız – artıq “star” səviyyəsinə yaxınlaşır
Semih Sezerli Türkiyə millisindən də danışıb: “Uyğun rəqib və motivasiya ilə Türkiyə sürpriz edə bilər. 1/4 final mümkün görünür”.
O əlavə edib ki, ABŞ, Avstraliya və Paraqvay qrupunda Türkiyənin texniki üstünlüyü var.
Format necə olacaq?
2026 Dünya kubokunda ilk dəfə 48 komanda iştirak edəcək. Turnir:
* 104 matç
* 16 stadion
* 3 ölkə (ABŞ, Meksika, Kanada)
* 39 gün şəklində keçiriləcək./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva
Next: Quru sərhədlər açıldı: İlk ünvan Tiflis…

OXŞAR MÖVZULAR

türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026

XƏBƏR LENTİ

  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026
  • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir – İrəvanda and içdilər 21/05/2026
  • Rusiya Ermənistana hərbi müdaxilə edə bilərmi? – Şoyqunun açıqlamasındakı detal 21/05/2026
  • Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir? 21/05/2026
  • Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil” 21/05/2026
  • AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir 21/05/2026
  • İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri 21/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri 21/05/2026
  • “Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı” – Araları dəyib 21/05/2026
  • Gənclər buna görə evlənmək istəmir – Ekspert 21/05/2026
  • Çin tələsmir: Szinpin Putinə istədiyini vermədi… 21/05/2026
  • “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün gecə mərhələsi keçirilib 21/05/2026
  • Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır 21/05/2026
  • ABŞ silahlı qüvvələri Hörmüz yaxınlığında 90-a yaxın gəmini saxlayıb 21/05/2026
  • WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub 20/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.