ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin gəlişindən əvvəl Ermənistan və Azərbaycana Amerika Hərbi Hava Qüvvələrinin ən azı 20 hərbi təyyarəsi gəlib.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, təyyarələrin əksəriyyəti 4-8 fevral tarixləri arasında İrəvan və Bakıya çatıb:
“12 hərbi nəqliyyat təyyarəsi Ermənistana, doqquz təyyarə isə Azərbaycana enib. Təyyarələr əsasən ABŞ-dakı bazalardan uçub və yanacaq doldurma əməliyyatı Almaniyadakı “Ramşteyn” bazasında həyata keçirilib. Demək olar ki, bütün uçuşlar 77,5 tona qədər daşıma qabiliyyətinə malik ağır hərbi nəqliyyat təyyarəsi olan “Boinq C-17A Qlobmaster III”də həyata keçirilib”.
