Skip to content
01/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 10
  • Aqrar Sığorta Fondunun fiziki şəxs Mətanət Əliyeva ilə bağladığı müqavilədə nə kimi şübhəli məqamlar var

Aqrar Sığorta Fondunun fiziki şəxs Mətanət Əliyeva ilə bağladığı müqavilədə nə kimi şübhəli məqamlar var

admin 10/02/2026
aqrar sığorta-2

 

Aqrar Sığorta Fondu bir mənbədən satınalma metodu tətbiq etməklə, yəni dövlət satınalmalarının vahid internet portalında keçirilmədən icarə xidmətlərinin satınalınması üzrə fiziki şəxs Əliyeva Mətanət Camal qızı ilə 117.600 manat məbləğində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 09.02.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Aqrar Sığorta Fondu fiziki şəxs Əliyeva Mətanət Camal qızı ilə icarə xidmətlərinin satınalınması üzrə bir müqavilə də 14.08.2025-ci ildə bağlayıb. Bu müqavilə də bir mənbədən satınalma metodu ilə bağlanılıb və dəyəri 117.600 manat təşkil edib.

Göründüyü kimi  Aqrar Sığorta Fondu son 7 ay ərzində icarə xidmətlərinin satınalınması üzrə fiziki şəxs Əliyeva Mətanət Camal qızı ilə ümumi dəyəri 235 200 manat dəyərində iki müqavilə bağlayıb. Bu vəsaitlərin neçə ay icarə xidmətinə ödənildiyin i müəyyən etmək mümkün olmadı.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə (Maddə 15) Qanunun 15.3-cü maddəsinin tələbləri (məxfi məlumatlarla əlaqəli satınalmalar) nəzərə alınmaqla, satınalma yalnız portal vasitəsilə həyata keçirilir.

Göründüyü kimi Aqrar Sığorta Fondu bir mənbədən satınalma metodu tətbiq etməklə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini açıq-aşkar pozub.

“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq edilə bilər. (Maddə 49)

satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda: təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

Göründüyü kimi Qanun da göstərilən halların heç biri Aqrar Sığorta Fondunun icarə xidmətlərinin satınalınması üzrə bir mənbədən satınalma metodu bağlamaöa əsas vermir.

Aqrar Sığorta Fondu yalnız nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin razılığı əsasında bir mənbədən satınalma metodu ilə müqavilə bağlaya bağlaya bağlaya bilər.

Sual yaranır. Fiziki şəxs Əliyeva Mətanət Camal qızı kimdir və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Aqrar Sığorta Fonduna bi şəxslə müqavilə bağlamağa icazə verib.

Qeyd edək ki, Aqrar Sığorta Fondu satınalmaların portalında dərc etdiyi məlumatda fiziki şəxs Əliyeva Mətanət Camal qızının VÖEN-i kimi səkkiz rəqəmli ( 14529551) bir VÖEN göstərib. Azərbaycan Respublikasında vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi isə 10 rəqəmdən ibarətdir. Aqrar Sığorta Fondunun satınalmaların portalında dərc etdiyi bu rəqəmləri nəzarət orqanı olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi görmürmü?

Dövlət Vergi Xidmətinin reyestr məlumatları üzərindən apardığımız daha ətraflı araşdırmada məlum oldu ki, fiziki şəxs Əliyeva Mətanət Camal qızı fiziki şəxs kimi 13.08.2022-ci ildə vergi uçotuna alınıb. Əliyeva Mətanət Camal qızı (VÖEN: 2007543862) Bakı şəhəri, Xətai rayonu ev 20, 6-cı dairəvi ünvanında daimi qeydiyyatdadır. Vergi Xidmətinin məlumatlarında fiziki şəxs Əliyeva Mətanət Camal qızının VÖEN-i passiv olduğu göstərilir.

Aqrar Sığorta Fondu isə satınalmaların portalında fiziki şəxs Əliyeva Mətanət Camal qızının VÖEN-ini səkkiz rəqəmli ( 14529551) bir VÖEN kimi göstərib. Bu isə tərəflər arasında müqavilənin şübhəli yollarla bağlandığnı deməyə əsas verir.

Göründüyü kimi Aqrar Sığorta Fondunun fiziki şəxs Əliyeva Mətanət Camal qızının VÖEN-i kimi təqdim etdiyi səkkiz rəqəmli ( 14529551) şübhələri artırır. Fiziki şəxs Əliyeva Mətanət Camal qızına məxsus  VÖEN-i isə passiv haldadır.

Qeyd edək ki, mətbuata açıqlamalarında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov bildirmişdir ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.

Belə olan halda Aqrar Sığorta Fondu son 7 ay ərzində sahibkar kimi fəaliyyəti dayandırılmış Əliyeva Mətanət Camal qızı ilə ümumi dəyəri yüz minlərlə manat olan satınalma müqavilələrini hansı əsaslarla bağlayıb?

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Həşim oğlu Sadıqovdur. O bu vəzifəyə 2020-ci ilin oktyabrında təyin edilib. Buna qədər  “Günay Sığorta” şirkətinin Direktorlar Şurasının sədrinin müşaviri vəzifəsini daşıyıb. 2019-2020-ci illərdə Aqrolizinq ASC-də İdarə Heyəti sədrinin müavini, Aqrar Sığorta Sisteminin formalaşdırılması üzrə işçi qrupun üzvü olub

 

Aktualinfo.net

 

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi…
Next: Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti – Açıq şəkildə saxtakarlıq/FOTOFAKT

OXŞAR MÖVZULAR

saleh məmmədov

Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib

admin 01/05/2026
afaq-eliyeva

ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı

admin 01/05/2026
yasar-omerov-1

Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır?

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.