Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 19
  • Azərbaycanda kriptovalyuta bazarı: Hüquqi boşluqlar və vergi riskləri

Azərbaycanda kriptovalyuta bazarı: Hüquqi boşluqlar və vergi riskləri

admin 19/02/2026
kriptoval
Hazırda kriptovalyutalar dünyada olduğu kimi, Azərbaycanda da çox diqqət çəkir. Onlar yalnız investorlar üçün maraqlı alət deyil, həm də ödəniş sistemləri, bank sektoru, texnologiya və dövlət tənzimləmələri üçün yeni bir istiqamətdir. 
Azərbaycanda isə bu sahə hələ tam hüquqi tənzimlənmir. Kriptovalyutaların statusu qeyri-müəyyəndir və onların ticarəti, nəğdləşdirilməsi və vergiyə cəlb olunması üçün konkret qaydalar yoxdur. Bu, bazarın inkişafını ləngidir və investorlar üçün risk yaradır. Bu sahə və bazarın hüquqi tənzimləməsi ilə bağlı maariflləndirmə çox zəifdir.
Kriptovalyuta ilə məşğul olmaq istəyən insanlar əksər hallarda hüquqi prosedurlardan ya xəbərsizdir, ya da tam məlumatsızdır. Ona görə də əksər hallarda müxtəlif problemlərlə qarşılaşırlar.
Müsahibimiz UNEC Biznes Məktəbinin müəllimi, “Crypto Consulting” MMC-nin direktoru Elnur Quliyevdir.
– Elnur bəy, kriptovalyuta treydinqi Azərbaycanda hansı fəaliyyət növü kateqoriyasına aid edilir?
– Azərbaycanda kriptovalyuta treydinqi hüquqi baxımdan tam ayrıca tənzimlənmiş sahə olmasa da, mövcud vergi və maliyyə qanunvericiliyi çərçivəsində qiymətləndirilir. Praktik yanaşmada kriptovalyutalar ilə əməliyyatları 3 istiqamət üzrə tənzimlənir:
* fiziki şəxs tərəfindən həyata keçirilirsə – bu, adətən əmlakın alqı-satqısından gəlir kimi qiymətləndirilir;
* davamlı və sistemli fəaliyyət halı varsa – artıq bu, sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilər və VÖEN açılması tələb oluna bilər;
* hüquqi şəxs tərəfindən aparılırsa – maliyyə-investisiya fəaliyyəti çərçivəsində uçota alınır.
Bu zaman əsas meyar fəaliyyətin davamlılığı və kommersiya məqsədidir.
– Bu gün Azərbaycanda kriptovalyuta əməliyyatlarının vergiyə cəlb edilməsi mexanizmi necədir?
– Azərbaycanda kriptovalyuta gəlirləri üzrə verginin ödənilməsi ancaq könüllük prinsipi əsasında ola bilər çünki hazırda kripto-investisiyaların və ya kriptovalyuta ticarəti üzrə əməliyyatların rəsmi izləməsi üçün hər hansı bir mexanizm yoxdur. Bundan əlavə, kriptovalyutalar mövcud qanunvericilik üzrə aktiv və ya əmlak kimi də tanınmır. Bu səbəbdən Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Bu zaman gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq 14% gəlir vergisi ödəməlidir.
– Kripto birjalardan çıxarışlar rəsmi sənəd kimi qəbul olunurmu?
– Ölkəmizdə istifadəçilər arasında daha çox populyar olan “Binance”, “BitGet”, “Mexc”, “Kraken”, “Bybit” kimi beynəlxalq platformalar istifadəçiyə əməliyyat tarixçəsi (transaction history), balans çıxarışı, depozit və withdraw hesabatı təqdim edir. Bu sənədlər maliyyə izahı üçün əsaslandırıcı sənəd kimi istifadə oluna bilər, lakin onlar Azərbaycan dövlət qurumları tərəfindən avtomatik “rəsmi maliyyə sənədi” kimi tanınmır və əlavə sübut (bank çıxarışı, müqavilə, əməliyyat izi) tələb oluna bilər. Praktikada bank və ya vergi orqanı mənbənin leqallığını sübut etməyi tələb edir.
– Elnur bəy, kriptovalyuta birjalarından vəsait necə rəsmi nağdlaşdırır?
– Birjalardan rəqəmsal aktivlərin nəğdləşdirmə prosesi adətən aşağıdakı kimidir:
1. Kripto aktivlər (btc, eth və s) birja daxilində satılır və USDT stabilkoinə konvertasiya edilir 
2. Vəsait bank hesabına (P2P ilə) köçürülür.
Bu zaman bank tərəfindən mənşə araşdırması (source of funds) aparıla bilər. Əgər məbləğ yüksəkdirsə, bank əməliyyat tarixçəsi, birja çıxarışı, alış qiymətinə dair sübut tələb edə bilər. Əsas şərt şəffaflığın təmin edilməsidir.
– Kripto birjalardan kartlara adətən köçürülmə halları baş verəndə, bir neçə dəfə təkrar köçürmədən sonra bəzən kartlar bank tərəfindən bloklana bilir. Bəs bank kartının bloklanmasının qarşısını necə almaq olar?
– Bank kartlarının bloklanması AML (Anti-Money Laundering) nəzarəti, şübhəli əməliyyatların monitorinqi və qanunsuz vəsaitlərin izlənilməsi məqsədi daşıyır. Banklar yüksək riskli əməliyyatları avtomatik monitorinq edir. Bloklanma riskini azaltmaq üçün birja hesabının KYC (şəxsiyyət təsdiqi) tamamlanmış olması, vəsaiti mərhələli şəkildə çıxarmaq, eyni gündə çoxsaylı və ya böyük həcmli əməliyyatlardan çəkinmək lazımdır. Bank və tənzimləyici orqanlar üçün ən vacib prinsiplər şəffaflıq, gəlirin düzgün bəyan edilməsi və mənbənin sənədlə təsdiqidir.
Müasir dövrün iqtisadi trendlərindən biri kimi kriptovalyutalar dünya maliyyə bazarlarında getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Onlar yalnız investorlar və treyderlər üçün maraqlı alət olmaqla qalmır, həm də ödəniş sistemləri, bank sektoru və hətta dövlət tənzimləmələri baxımından yeni çağırışlar yaradır. Azərbaycanda isə kriptovalyuta bazarı hələ tam hüquqi bazaya malik deyil və bu sahədəki hüquqi boşluqlar onun inkişafını müəyyən dərəcədə ləngidir./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: “TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”
Next: Vüsal Aslanov “Bakı Metropoliteni”ni idarə edə bilmir?

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.