Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 19
  • “TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”

“TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”

admin 19/02/2026
tebib-mtv

TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanov işdən azad olunduqdan sonra qurumun fəaliyyətinə dair ictimai müzakirələr daha da intensivləşib. İctimaiyyətin və medianın diqqət mərkəzində olan əsas məsələlərdən biri isə səhiyyə müəssisələrində kadr təyinatlarının hansı prinsiplərlə həyata keçirilməsi və bu prosesdə qeyri-rəsmi təsir mexanizmlərinin olub-olmamasıdır. Redaksiyamıza daxil olan məlumatlara görə, son illər ərzində bir sıra iri şəhər və rayon xəstəxanalarının direktorları, eləcə də müxtəlif tibb müəssisələrinin rəhbər vəzifələrinə təyinatlar zamanı Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun “təqdimatı və ya razılığı” əsas rol oynayıb. Bu iddialar rəsmi şəkildə təsdiqlənməsə də, səhiyyə sektorunda uzun müddətdir müzakirə olunan “mərkəzləşdirilmiş kadr təsiri” mövzusunu yenidən gündəmə gətirir.
Mediatv.az xəbər verir ki, səhiyyə kimi strateji sahədə rəhbər təyinatlarının şəffaf prosedurlar və peşəkarlıq meyarları əsasında aparılması vacib hesab olunur. Əgər kadr seçimi müəyyən bir şəxsin “süzgəcindən” keçmə prinsipi ilə həyata keçirilirsə, bu, idarəetmənin peşəkarlıq deyil, şəxsləşmiş modelə yönəldiyini göstərən təhlükəli tendensiya kimi qiymətləndirilə bilər.Səhiyyə kimi strateji sahədə direktor təyinatları ciddi meyarlara əsaslanmalıdır: peşəkar təcrübə, idarəçilik bacarığı, şəffaf seçim mexanizmi. Belə modeldə direktor faktiki olaraq onu təyin edən instituta deyil, onu təqdim edən qeyri-rəsmi təsir sahibinə bağlı olur. Bu isə sistemli korrupsiya və idarəetmə monopoliyası risklərini artırır. Əldə olunan məlumatlar göstərir ki, söhbət tək-tək epizodlardan getmir. Direktorların əksəriyyəti eyni təsir dairəsi vasitəsilə formalaşdırılıbsa, bu artıq sistemli strukturlaşma deməkdir.Araşdırmalar göstərər ki,TƏBİB-də daha geniş  islahatlara ehtiyac vardır. Rəhbər təyinatları həqiqətən də qeyri-rəsmi təsir dairələri ilə formalaşıbsa, bu, bütün səhiyyə sistemində peşəkarlıq prinsipinin zədələnməsi deməkdir.

10 FZ 100 dövlət qeydiyyat nişanı, 400 minlik qalmaqal və vəzifə yüksəlişi

2023-cü ildə mediada yayılan məlumatlar Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun fəaliyyəti ilə bağlı ciddi iddiaları gündəmə gətirmişdi. Həmin məlumatlarda onun yaxın qohumlarını müxtəlif vəzifələrə yerləşdirməsi, hətta təcrübəsi və tibbi təhsili olmayan şəxslərin işə götürülməsi iddia olunurdu.Dövlət tibb müəssisəsi şəxsi ailə strukturu deyil və orada işə qəbul meyarları qanun və normativ aktlarla tənzimlənir.Mediada yayılan digər məlumatlarda direktorun bahalı avtomobillər alması, yüksək dəyərli mənzillərə sahib olması və ailə üzvlərinin adına müxtəlif obyektlərin açılması barədə iddialar yer almışdı.

Sosial şəbəkələrdə və tibbi çevrələrdə müzakirə olunan məsələlərdən biri də  Fazil Alməmmədovun 10-FZ-100 dövlət qeydiyyat nişanlı bahalı avtomobildir. İddialara görə, nömrədəki “FZ” hərfləri rəhbərin adının  Fazil — baş hərfləri ilə üst-üstə düşür. Bu uyğunluq təsadüf kimi təqdim oluna bilər. Lakin dövlət tibb müəssisəsinin rəhbərinin yüksək dəyərli avtomobil və “şəxsi identifikasiya” xarakteri daşıdığı iddia edilən nömrə ilə gündəmə gəlməsi ictimai rəy baxımından əlavə suallar yaradır.
Mediada yer alan digər  xəbərlərə görə, ötən il Adil Vilayət oğlu Məmmədzadə tərəfindən Fazil Alməmmədova qarşı 400 min manatlıq borc iddiası ilə məhkəmə müraciəti olunmuşdu. İddialara əsasən, məsələ sonradan “başqa müstəvidə” həll edilib.Daha diqqətçəkən məqam isə budur: 2025-ci ildə Adil Vilayət oğlu Məmmədzadəun həmin mərkəzdə direktor müavini təyin edildiyi bildirilir.Bütün bu iddialar — qohumların işə yerləşdirilməsi, bahalı həyat tərzi, iri borc qalmaqalı və sonradan vəzifə təyinatı — bir yerdə qiymətləndirildikdə artıq ayrı-ayrı təsadüfi hadisələr kimi görünmür.

Tibb sistemində “oliqarx” imici: Fazil Alməmmədov ətrafında formalaşan reputasiya nəyi göstərir?

Tibbi çevrələrdə bəzi rəhbər şəxslərin qeyri-rəsmi şəkildə “oliqarx” kimi tanınması təsadüfi reputasiya deyil — bu, adətən uzun illər ərzində formalaşan təsir dairəsi, geniş əlaqələr şəbəkəsi və qərarvermə proseslərində dominant rol iddiaları ilə bağlı olur. Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun da tibbi heyət arasında belə xarakterizə olunması, səhiyyə sistemində idarəetmə balansına dair sualları daha da artırır.Əgər müxtəlif xəstəxana rəhbərlərinin təyinatında müəyyən bir şəxsin təqdimatı və ya razılığı mühüm rol oynayırsa, bu, həmin şəxsin formal səlahiyyətlərdən daha geniş təsir imkanına sahib olduğu təəssüratı yaradır. Nəticədə, tibb işçiləri arasında “mərkəzi fiqur” obrazı yaranır.Fazil Alməmmədovun tibbi heyət arasında “oliqarx” kimi tanınması iddiaları — doğru və ya şişirdilmiş olmasından asılı olmayaraq — səhiyyə idarəçiliyində şəffaflıq, balans və institusional idarəetmə barədə ciddi suallar doğurur. Ən sağlam çıxış yolu isə rəsmi açıqlıq, maliyyə hesabatlarının şəffaflığı və kadr siyasətində açıq mexanizmlərin tətbiqidir./mediatv.az

PAYLAŞIN:

Continue Reading

Previous: “Söhbət hətta milyardlardan gedir…” – “Bu, artıq milli təhlükəsizlik məsələsidir”
Next: Azərbaycanda kriptovalyuta bazarı: Hüquqi boşluqlar və vergi riskləri

OXŞAR MÖVZULAR

anar-arxkom

Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb

admin 15/04/2026
yeni_klinika

Yeni Klinikada böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”

admin 14/04/2026
şapka mamed

“Aqrarkredit”lə “Azərinşaatservis” arasında milyonluq qalmaqal: Əmlaklar hara yoxa çıxıb?

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.