Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 20
  • Ölkəmizdə balıq ehtiyatları tükənir: Çaylar və kollektorlar kimlərə satılıb? – SENSASİON iddialar – VİDEO

Ölkəmizdə balıq ehtiyatları tükənir: Çaylar və kollektorlar kimlərə satılıb? – SENSASİON iddialar – VİDEO

admin 20/02/2026
balıqcı
Son günlər balıq bazarında qiymətlərdə kəskin artım müşahidə olunur. Satıcıların sözlərinə görə, əvvəlki vaxtlar alıcı sayının artması tələbatı yüksəldib və bu da qiymətlərə təsirsiz ötüşməyib.
Bildirilib ki, xüsusilə xaricdən idxal olunan balıqların qiymətində son bir həftə ərzində hər kiloqram üzrə 1-2 manat artım qeydə alınıb. Hazırda balıq məhsulları əsasən İran, Rusiya və Türkiyədən idxal olunur.
Satıcıların sözlərinə görə, əvvəllər 33-34 manata satılan ağ balıq hazırda 36-37 manata təklif olunur. Levrək 20, çupra 18, forel isə 12-13 manata satılır. Xaricdən gətirilən forellərdə də təxminən 1 manat artım müşahidə edilir. İran mənşəli forel və suprada da qiymət artımı qeydə alınıb.
Bəs son günlər balıq bazarında qiymətlərin kəskin artmasının səbəbləri nələrdir? Növbəti aylarda balıq qiymətlərində artımın davam etməsi gözlənilirmi?
Mövzu ilə bağlı danışan Azərbaycan Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev bildirdi ki, qiymət artımının səbəbi yanvar ayından mart ayının sonları, aprel ayına qədər Azərbaycanda və bir çox ölkələrdə ən çox tükənən məhsullardan birinin balıq olmasıdır:
“Balıq çox yeyilir, restoranlarda geniş istifadə olunur və qiymətlərin artmasında bunun da rolu var. Qiymət artımı daxili bazarda olan yerli məhsullarda daha çox müşahidə olunur. Çünki Xəzər və daxili su hövzələrimizin balığı daxili bazarın, deyərdim ki, heç 2-3 faizini əhatə etmir. Ona görə də idxala üz tuturuq və tələbat çox olduğu üçün balıq gətirilən ölkələrin yerli bazarlarında da bu dövrdə qiymət artımı baş verir. Mart ayında qiymətlərin bir daha kəskin şəkildə artacağı gözlənilir. Çünki Azərbaycanda mart ayı əsasən bayramların olduğu aydır və bu dövrdə, xüsusilə cənub zonasında süfrələrdə ən çox istifadə olunan məhsullardan biri balıqdır. Bütün bunlar balığın qiymətinin yenidən artmasına təsir edəcək”.
 
Əfqan Əliyevin sözlərinə görə, əsas problemlərdən biri də ölkənin daxili su hövzələrinin lazımi səviyyədə qorunmamasıdır:
“Bu hövzələrə daxil olan kollektorların və çayların qorunmaması çox böyük itkilərə səbəb olur. Çünki həmin kollektorlar və çaylar, xüsusilə cənub zonasında balığın miqrasiya yollarıdır. Balıqlar bu çaylar vasitəsilə kanallara, kollektorlara daxil olur və həmin yerlərdə kürü verir. Lakin bu ərazilər 20 ildən artıqdır ki, satılıb. Halbuki mart ayından aprel ayının sonlarına, maksimum may ayının ortalarına qədər balıqların kürü vermə prosesi başa çatır. Azərbaycanda isə təəssüf ki, kürüvermə dövrü ilə bağlı qadağa yalnız may ayında başlayır və sentyabr ayına qədər davam edir. Bu isə absurddur. Çünki bu səbəbdən su hövzələrimizdə balıq ehtiyatları 90 faiz azalıb. Bu rəsmi məlumatdır. Nəticədə yerli məhsullar Azərbaycan bazarının cəmi 1-2 faizini əhatə edir və biz idxaldan asılı vəziyyətə düşürük. İdxal olunan balıqların qiyməti də mövsümə görə dəyişir. Adətən aprel ayından etibarən qiymətlərdə müəyyən enmə müşahidə olunur”.
Ə.Əliyev bildirdi ki, son illər daxili su hövzələrimizdə balıq ehtiyatları azaldıqca idxal olunan balıqların qiymətində ümumi artım müşahidə edilir və bu proses bir müddət davam edəcək:
“2025-ci ildə balıqçılıq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Ümid edirik ki, bundan sonra bu sahəyə vicdanlı mütəxəssislər cəlb olunacaq, su hövzələrinin qorunması istiqamətində ciddi addımlar atılacaq və sənaye balıqçılığına daha çox diqqət ayrılacaq”.
Ə.Əliyev qeyd etdi ki, hazırda qiymətlərin düşəcəyini demək mümkün deyil:
“Şəxsən Azərbaycan Balıqçılar İttifaqının rəhbəri olaraq bildirirəm ki, artıq 12 ildir bu sahəni diqqətlə izləyirəm, monitorinqlər aparırıq, reydlərdə iştirak edirik. Qeyri-dövlət təşkilatı olaraq su hövzələrimizə yüz minlərlə balıq buraxmışıq. Düzdür, bu fəaliyyətə lazımi qiymət verilməyib, lakin biz yenə də işimizi davam etdiririk”.
İttifaq rəhbəri vurğuladı ki, daxili su hövzələrimizdə aidiyyəti qurumların əli olmaqla tok aparatlarından istifadə edilərək balıqların kürüvermə dövründə qanunsuz ov aparılır:
“Tok aparatları ilə ov, qanunsuz balıqçılıq və Xəzər dənizindən daxili su hövzələrinə birləşən çayların qarşısının alınması balıq populyasiyasına ciddi zərbə vurur. Halbuki bu çaylar balıq populyasiyasının qorunması və artırılması üçün həyati əhəmiyyət daşıyır”.
Əfqan Əliyev əlavə etdi ki, idxal olunan dəniz məhsullarında qiymət artımının əsas səbəblərindən biri də logistika xərclərinin artmasıdır:
“Daşınma xərcləri hər il artır və bu da daxili bazarda balıq və digər dəniz məhsullarının qiymətinə təsir edir. İrandan idxal olunan balıqlar da bahalaşıb. Ümumilikdə İrandan gətirilən məhsullarda təxminən 10-15 faiz qiymət artımı müşahidə olunur ki, bu da əsasən logistika xərcləri ilə bağlıdır.
Bura Neftçala rayonunda, Kür çayının Xəzərə birləşən hissəsidir. Balıq Xəzərdən bu çaylara daxil olmalıdır. Lakin hazırda bəzi yerlərdə bu yollar bağlanıb və balığın təbii miqrasiyası mümkün deyil. Bu əsl qətliamdır.
 
Bir neçə yerdə – Şirvan kanalı, Mil-Muğan kollektoru, Qızılağac qoruğu və Lənkəran çayı kimi ərazilərdə vəziyyət eynidir.
Ümumilikdə Azərbaycanda bu sahədə ciddi və sistemli tədbirlərin görülməsinə ehtiyac var”./bakupost.az

PAYLAŞIN:

Continue Reading

Previous: “Azərbaycanın Sülh Şurasına təsisçi üzv statusu ilə qoşulması dövlətimizin nüfuzundan xəbər verir”
Next: Restoranda iftar etmək neçəyə başa gəlir?

OXŞAR MÖVZULAR

2022-07-14-09-19-40sJ0KhkqSemVvCuXPYZKD_file

Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq?

admin 01/05/2026
imtahan-yeni

Buraxılış imtahanının nəticələri elan olundu

admin 01/05/2026
f15b1c6c9789245a5e734e1063cce228_Untitled-1

Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.