Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 20
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində… -Bu, hüquqi nihilizmdir

QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində… -Bu, hüquqi nihilizmdir

admin 20/02/2026
qht-1

 

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı əvvəlki araşdırmalarımızda ortaya çıxardığımız faktlar göstərir ki, burada təkcə səriştəsizlik və məsuliyyətsizlik deyil, sistemli xarakter daşıyan qanunsuzluq mövcuddur. 

Agentliyin istinad etdiyi əsas normativ sənəd – Nazirlər Kabineti tərəfindən 14 sentyabr 2023-cü il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası” – faktiki olaraq tətbiq edilmir.

Həmin Qaydaların 3.1.1, 4.1.1 və 5.1.1-ci maddələrində açıq şəkildə göstərilir ki, kiçik, orta və böyük qrant müsabiqələrində təqdim olunan layihələr QHT-nin nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olmalıdır. Bu norma formal deyil, əsas şərtdir. Çünki QHT-lərin hüquqi statusu və fəaliyyət sferası onların dövlət qeydiyyatı zamanı təqdim etdikləri nizamnamə ilə müəyyən olunur. Dövlət vəsaitinin ayrılması isə məhz bu hüquqi çərçivəyə uyğun həyata keçirilməlidir.

Lakin 2025-ci ilin qrant müsabiqəsinin nəticələrini təhlil etdikdə mənzərə tam fərqlidir. Aydın olur ki, bir çox hallarda maliyyələşdirilən layihələr nə təşkilatın nizamnamə məqsədlərinə, nə də adına uyğun gəlir. Bu isə təsadüfi texniki səhv deyil, sistemli hüquq pozuntusudur.

Məsələn:

  • “Kitab Yayımı İşinin İnkişafına Dəstək” İctimai Birliyi – “Bölgələrdə hibrid təhdidlər əleyhinə maarifləndirmə” layihəsi;
  • “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi – “Şəhid Ülvi Qulamlı xatirələrdə” layihəsi;
  • “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi – “Qərbi azərbaycanlıların Qars köçü” layihəsi;
  • “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi – “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş” layihəsi;
  • “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi – “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi.

Bu layihələrin mövzusu və ictimai əhəmiyyəti ilə bağlı heç bir irad ola bilməz. Eyni şəkildə, həmin layihələri icra edən QHT-lərin fəaliyyətini də hədəfə almaq niyyətində deyilik. Problem layihələrin mahiyyətində deyil – problem onların hüquqi əsaslandırılmadan, Qaydaların açıq-aşkar pozulması ilə maliyyələşdirilməsindədir.

Əgər Qaydalar açıq şəkildə layihələrin nizamnaməyə uyğunluğunu tələb edirsə, o zaman bu uyğunluq necə yoxlanılıb? Yoxlanılmayıbsa – bu səhlənkarlıqdır. Yoxlanılıb və yenə də maliyyələşdirilibsə – bu artıq qanun pozuntusudur.

             Sükutun məsuliyyəti və sistemli təkrarlanan pozuntular

Daha düşündürücü məqam isə odur ki, bu pozuntular təkcə 2025-ci il müsabiqəsinə aid deyil. Yenixeber.org olaraq bu istiqamətdə araşdırmalarımızla məlum olur ki, qaydalar təsdiq olunduğu tarixdən – 14 sentyabr 2023-cü ildən bu günə qədər keçirilmiş müsabiqələrin hamısında oxşar hallar müşahidə olunur. Bu isə problemin epizodik deyil, sistemli xarakter daşıdığını göstərir.

Agentliyin rəsmilərinin pafoslu çıxışlarında şəffaflıqdan, obyektivlikdən, qanunçuluqdan bəhs olunur. Lakin faktlar göstərir ki, Qaydalar real hüquqi mexanizm kimi deyil, formal istinad sənədi kimi istifadə olunur. Sanki sənəd yalnız mövcuddur ki, qərarların arxasında hüquqi pərdə yaratsın. Halbuki normativ aktın mövcudluğu onun icrasını zəruri edir. Əks halda, bu, hüquqi nihilizmin açıq təzahürüdür.

Daha bir təhlükəli məqam isə ondan ibarətdir ki, heç bir QHT açıq şəkildə bu problemi qaldırmağa cəsarət etmir. Çünki praktikada belə bir addımın nəticəsi qrant müsabiqələrindən kənarlaşdırılma və müxtəlif inzibati çətinliklərlə üzləşmə riski deməkdir. Məsələn: Ədliyyə Nazirliyi tərəfindən reyestr çıxarışının verilməməsi. Bu isə sağlam rəqabət mühitini və vətəndaş cəmiyyəti institutlarının müstəqilliyini faktiki olaraq iflic edir.

Hər il eyni ssenari təkrarlanır. Eyni tip pozuntular baş verir. Lakin nə daxili nəzarət mexanizmi, nə də kənar audit və ya digər dövlət qurumları tərəfindən effektiv hüquqi qiymət verilir. Halbuki hər bir qanun pozuntusu konkret vəzifəli şəxsin məsuliyyəti deməkdir. Qaydaların açıq şəkildə pozulduğu halda heç kimin məsuliyyətə cəlb olunmaması isə cəzasızlıq mühiti yaradır.

Əgər normativ sənəd qüvvədədirsə, ona əməl olunmalıdır. Əgər əməl olunmursa, o zaman ya sənəd ləğv edilməli, ya da pozuntulara hüquqi qiymət verilməlidir. Əks halda, dövlət vəsaitinin bölüşdürülməsi prosesi hüquqi çərçivədən kənara çıxır və bu, artıq təkcə idarəetmə problemi deyil – hüquqi dövlət prinsipinə zidd olan ciddi sistem böhranıdır./yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:Xanım direktorun fəaliyyəti təftiş ediləcək?!
Next: Trampın təhdidindən sonra İran – Hərəkətə keçdi

OXŞAR MÖVZULAR

şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026
zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.