Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 20
  • Tramp Ukraynaya yardımı tam dayandırıb – Avropa təhlükəsizliyi iki şok zərbə alıb

Tramp Ukraynaya yardımı tam dayandırıb – Avropa təhlükəsizliyi iki şok zərbə alıb

admin 20/02/2026
tramp-stop

 

Polşa Xarici İşlər naziri: “Biz real pul xərcləyirik, ABŞ isə pul qazanır”

Belə görünür ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı “əsas missiyasını” uğurla yerinə yetirməkdədir. Belə ki, son bir ildə ABŞ-nin Ukraynaya yardımı tam dayandırılıb və Tramp Avropanı Ukrayna Silahlı Qüvvələrini silahlandırmaq üçün ondan silah almağa məcbur edib.

Bu mövzuyla bağlı “Axios”-da dərc edilən yazıda deyilir ki, Rusiyanın Ukraynaya hücumunun dördüncü ilində Avropa ölkələri Ukryananın sağ qalması üçün əsas fəaliyyətlərdə hiss olunmadan ABŞ-ni əvəz ediblər.

Nəşrin də qeyd etdiyi kimi, ABŞ Prezidenti Donald Tramp bu böyük müharibənin xərclərini Vaşinqton deyil, Avropanın çəkməli olduğunda uzun müdətdir ki, israr edirdi. İndi isə məlum olur ki, Tramp bu istəyinə demək olar, tam nail olub. Belə ki, nəşrin Kiel İnstitutuna istinadla verdiyi məlumata görə, 2025-ci ildə Avropa ölkələrinin Ukraynaya hərbi yardımı 67%, maliyyə və humanitar dəstəyi isə 59% artıb. ABŞ-nin yardımı isə ötən il ərzində tam dayandırılıb. Əvəzində, Tramp NATO müttəfiqlərini Amerika silahlarını almağa və Ukraynanın müdafiəsini özləri maliyyələşdirməyə məcbur edib.

Jurnalistlər qeyd ediblər ki, yüksək vəzifəli Avropa rəsmilərinə görə, bu yeni dinamika onlara Ukraynaya dair danışıqlar masasında yer tutmaq haqqı verir. Hansı ki, həmin masada ABŞ danışıqçıları aylardır Ukraynaya müharibəni dayandırmaq üçün təzyiq göstərirlər. Lakin Tramp administrasiyası Avropaya danışıqlar masasında yer verməyə qətiyyən həvəsli deyil.

“Biz real pul xərcləyirik, ABŞ isə əslində bu müharibədən pul qazanır. Bu, bizə razılaşmalarda və nəticələrdə söz demək imkanı verir”, – deyə Polşa Xarici İşlər naziri Radek Sikorski bildirib.

Qeyd olunur ki, Almaniya kansleri Fridrix Merts də Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən oxşar fikirlər səsləndirib və AB-nin, xüsusən də Almaniyanın bir ildən çoxdur ki, Ukraynanın ən vacib hərbi sponsoru olduğunu deyib.

Həqiqətən də, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesablamalarına görə, 2025-ci ilin sonuna qədər Avropanın Ukraynaya dəstəyi Amerikanın dəstəyini üstələyib. Bundan əlavə, Rusiya qoşunları təxminən 415.000 itki verib.

“Biz Moskvaya görünməmiş itkilər verdirdik və ziyan vurduq. Əgər Moskva nəhayət sülhə razılaşarsa, bu, həm də buna görə olacaq”, – Merts deyib.

Lakin, nəşrin qeyd etdiyi kimi, bütün bunlara baxmayaraq, reallıq budur ki, Amerika kəşfiyyatı, sanksiyaların tətbiqi və ABŞ-nin silah satışı Ukraynanın müdafiəsində əvəzsiz rol oynamağa davam edir.

Yazıda qeyd edilir ki, ümumilikdə bu onillikdə Avropa təhlükəsizliyinə iki şok zərbə vurulub: Birincisi Rusiyanın Ukraynaya müdaxiləsi, ikincisi isə Trampın Ağ Evə qayıtmasıdır.

Xatırladaq ki, Cenevredə başa çatan Ukrayna danışıqlarının üçüncü raundu da heç bir ciddi nəticə verməyib. Baxmayaraq ki, Ağ Ev yenə onları “kifayət qədər uğurlu” hesab edir.

ABŞ administrasiyasından fərqli olaraq, Almaniya kansleri Fridrix Merts müharibənin danışıqlar yolu ilə tez bir zamanda sona çatma şansının az olduğunu deyib. Onun fikrincə, bu müharibə “yalnız tərəflərdən birinin hərbi və ya iqtisadi resursları tükəndikdə” bitəcək. Hazırda ən real qiymətləndirmə də məhz bu görünür… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ Yaxın Şərqdə yeni qüvvələr cəmləyir – İranla müharibə nə vaxt başlaya bilər?
Next: Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir

OXŞAR MÖVZULAR

0c333aaa-4130-48dc-85a6-a475d1ba94c6

Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir

admin 01/05/2026
amerika

ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid…

admin 01/05/2026
abş-ukr

Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir?

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.