Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 23
  • MİDA-nın maliyyə hesabatlarına rəy verən şirkətlərin özlərinin audit yoxlamasına ehtiyac var

MİDA-nın maliyyə hesabatlarına rəy verən şirkətlərin özlərinin audit yoxlamasına ehtiyac var

admin 23/02/2026
mida-loqo

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxsi tərəfindən AR Mənzil İnşaatı Dövlət Agentliyinin 2025-ci il üzrə mühasibat uçotunun Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun maliyyə hesabatlarının və müstəqil auditor rəyinin hazırlanması xidməti üzrə 20.10.2025-ci ildə başlanılmış kotirovka sorğusu proseduruna yekun vurulub. Müsabiqənin qalibi “NEXİA AZERBAİJAN” Qapalı Səhmdar Cəmiyyəti seçilib və tərəflər arasında 28.202 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 19.02.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, bu Mənzil İnşaatı Dövlət Agentliyi ilə “NEXİA AZERBAİJAN”  QSC arasında bağlanan ilk satınalma müqaviləsi deyil.

AR Mənzil İnşaatı Dövlət Agentliyinin 2024-cü il üzrə mühasibat uçotunun Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun maliyyə hesabatlarının və müstəqil auditor rəyinin hazırlanması xidməti üzrə Mənzil İnşaatı Dövlət Agentliyi ilə “NEXİA AZERBAİJAN”  QSC arasında 30.680 manat məbləğində satınalma müqaviləsi 18.02.2025-ci ildə bağlanılıb.

Maraqlıdır, “NEXİA AZERBAİJAN”  QSC MİDA-nın maliyyə hesabatlarını Beynəlxalq Standartlara uyğun hazırlamaq iqtidarındadırmı?

Bakı Dövlət Universiteti tərəfindən 11.12.2025-ci il tarixində Bakı Dövlət Universiteti tərəfindən 2024-cü ilin maliyyə hesabatlarına rəy verilməsi üçün auditor xidmətinin satın alınması məqsədilə dövlət satınalmalarının vahid internet portalında elan edilmiş satınalma prosedurunun nəticələrinə əsasən “NEXİA AZERBAİJAN” QSC (VÖEN: 2001586411) “müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması” və “Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə Komitə tərəfindən aparılmış qiymətləndirmə nəticəsində minimum 4 (dörd) bal toplamış olması” meyarları üzrə satınalmadan kənarlaşdırılmışdır.

Bu məlumat onu göstərir ki, “NEXİA AZERBAİJAN”  QSC-nin işçi qüvvəsi müvafiq tələblərə cavab vermir. Sual yaranır. Bakı Dövlət Universitetinin tələblərinə cavab verməyən işçilər MİDA-nın tələblərinə necə cavab verəcək.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NEXİA AZERBAİJAN” (VÖEN: 2001586411) Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 05.10.2009-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan QSC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, SÜLEYMAN VƏZİROV, ev.35, qanuni təmsilçisinin isə Haqverdiyev Həsən Yaşar oğlu olduğu qeyd edilib.

QSC “EURO AUDİT” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatına alınıb. 25.04.2012-ci ildə adını dəyişərək “NEXİA EA” MMC olub. 16.04.2019-cu ildə təşkilati hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. 16.11.2024-cü ildən “NEXİA AZERBAİJAN”  QSC kimi fəaliyyət göstərir. Təsisçisi və ilk qnuni təmsilçisi Qarayev Elnur Maqsud oğlu olub.

Bu məlumatlardan da göründüyü kimi Mənzil İnşaatı Dövlət Agentliyi 2024-2025-ci illərdə mühasibat uçotunun Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun maliyyə hesabatlarının və müstəqil auditor rəyinin hazırlanması xidməti üzrə iki satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxsi 2024 və 2025-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılması üzrə 53.100 manat məbləğində bir satınalma müqaviləsi də 24.09.2025-ci ildə “GROVV AUDİT AND CONSULTİNG” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlayıb.

Bakı Dövlət Universiteti tərəfindən 11.12.2025-ci il tarixində Bakı Dövlət Universiteti tərəfindən 2024-cü ilin maliyyə hesabatlarına rəy verilməsi üçün auditor xidmətinin satın alınması məqsədilə dövlət satınalmalarının vahid internet portalında elan edilmiş satınalma prosedurunun nəticələrinə əsasən “GROVV AUDIT AND CONSULTING” QSC (VÖEN:1803794061) isə “satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığın və təcrübənin olması” meyarı ilə bağlı həmin Qanunun 35.1.3-cü maddəsinə (təchizatçı uyğunluq göstəriciləri barədə qeyri-dəqiq və natamam verdiyi məlumatı həmin Qanunun 23.11-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aradan qaldırmadıqda) əsasən iddiaçı müsabiqədən kənarlaşdırılmışdırlar

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GROVV AUDİT AND CONSULTİNG” (VÖEN: 1803794061) Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 12.01.2018-ci ildə tarixində dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı  281 600 manat olan QSC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, SABUNÇU RAYONU, BAKIXANOV ŞTQ, MUXTAR FƏTƏLİYEV , ev.35, m.60, qanuni təmsilçisinin isə Abdurahmanov Orxan Əlisəfa oğlu olduğu qeyd edilib.

MMC kimi fəaliyyətə başlayan şirkət 26.04.2023-cü ildən təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasının Auditorlar Palatasının rəsmi portalındakı məlumatlara görə “GROVV AUDİT AND CONSULTİNG”  QSC 2018-ci ildən etibarən Auditorlar Palatasının üzvüdür. Həmin məlumatda göstərilir ki, beynəlxalq şəbəkələrdə üzvlüyü yoxdur. Təşkilat 28 nəfərdən ibarət işçi heyətinə malikdir. Onlardan yalnız 1-i icazəli auditordur. 9 nəfər beynəlxalq, 5 nəfər yerli sertifikatlara malikdir. Beynəlxalq layihələrdə iştirakı yoxdur.

Qeyd edək ki,  “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi də 10.06.2025-ci ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun şəkildə tərtib edilməsi üzrə auditin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satınalınması (01.01.2024-31.12.2024 dövr) üzrə 25.960 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Amma “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfində satınalmalarına portalına 15.08.2025-ci il tarixdə yerləşdirilmiş elanda bildirilir ki,  “01.01.2024–31.12.2024 dövrünü əhatə edən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun şəkildə tərtib edilməsi üzrə auditin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satınalınması” ilə bağlı “Grovv Audit and Consulting” QSC ilə bağlanmış müqavilə üzrə xidmətin planlı, vaxtında və səmərəli şəkildə yerinə yetirilməməsi, qarşılıqlı əməkdaşlıq və operativ əlaqə imkanlarının təmin olunmaması, eləcə də müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 30 (otuz) gün müddətində xidmətlərin başa çatdırılması öhdəliyinin yerinə yetirilməməsi (müqavilənin xüsusi şərtlərinin 6 və 7-ci bəndləri, portalın “Çatdırılma müddəti” bölməsi, əsas şərtlər toplusunun Forma 2 – Fəaliyyət cədvəli və xidmətlərə dair tələblər bölməsinə uyğun olaraq) nəzərə alınaraq, göstərilən xidmətlərin icra olunmaması səbəbilə 15 iyul 2024-cü il tarixində Satınalma Komissiyası tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edilmişdir.”

Göründüyü kimi Mənzil İnşaatı Dövlət Agentliyi maliyyə hesabatlarının və müstəqil auditor rəyinin hazırlanmasını fəaliyyətində ciddi nöqsanlar olan iki şirkətə həvale ediib. Hansı ki, həmin şirkətlərin hər ikisinin də ciddi audit yoxlamasına ehtiyac var.

 

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: Ermənistan Hindistan raketləri alır – Hədəf Azərbaycanın “Barak MX” HHM sistemləridir
Next: İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

OXŞAR MÖVZULAR

nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026
1732887242_mirelem-skoro-1536x983

Mirələm Cəlalov rəhbəri olduğu Təcili Tibbi Yardım Mərkəzində nə kimi işlər çevirir…

admin 14/04/2026
yusif-tender

Adı şübhəli satınalmalarda hallanan Yusif Yusifli yenə qalmaqal yaradır – “Nihat” MMC-nin pulunu vermir

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.