Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 23
  • Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?

Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?

admin 23/02/2026
keçid-p

 

Son illər piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat qəzaları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu fonda Azərbaycanda piyadaların hərəkət təhlükəsizliyi ilə bağlı yeni dövlət standartının qəbuluna hazırlıq aparılması mövzunu yenidən gündəmə gətirib. Belə ki, Azərbaycanda “Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər” dövlət standartının qəbulu gözlənilir. Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) məlumat yayıb.

Rəsmi qurumlar bu addımı yol infrastrukturunda təhlükəsizlik və keyfiyyət tələblərinin vahid çərçivədə tənzimlənməsi kimi dəyərləndirsə də, real vəziyyətlə bağlı fikirlər birmənalı deyil. Bir tərəf Bakının yol şəbəkəsinin piyadalar üçün kifayət qədər əlverişli olduğunu düşünür, digər tərəf isə piyada keçidlərinin, nişanlanmanın və ümumi şəhər mühitinin təhlükəsizliyə cavab vermədiyini bildirir.

Maraqlıdır, yeni dövlət standartı mövcud problemləri həll edə biləcəkmi? Dövlət standartlarının qəbulu bu sahədə hansı yeniliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?

“Yol infrastrukturu piyadalar üçün qismən əlverişlidir”

Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov bildirib ki, Bakı şəhərində mövcud olan hazırkı yol infrastrukturu piyadalar üçün qismən əlverişlidir: “Yeni “ağıllı” işıqforlar quraşdırılıb və piyada zonalarının yaradılması prosesi davam edir. Lakin hələ də çatışmazlıqlar mövcuddur. Bəzi keçidlərin yerləşməsi piyada axınına uyğun deyil, yeraltı keçidlərdə panduslar düzgün quraşdırılmayıb, eskalatorların işləməməsi isə yaşlı və əlilliyi olan şəxslər, eləcə də uşaqlar üçün əngəl yaradır. Piyadalar üçün ayrılan işıqfor vaxtı bəzən kifayət etmir və insanlar yolu qaça-qaça keçməli olurlar. Məsələn, Yusif Səfərov küçəsində çoxzolaqlı yolda işıqforun vaxtı qısa olduğundan piyadalar təhlükə ilə üz-üzə qalırlar. Ümumilikdə, piyadaların sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün keçidlərin yerləşməsi, işıqforların vaxtının yenidən nəzərdən keçirilməsi və infrastruktura aid digər təkmilləşdirmələr vacibdir. Xüsusən məktəblərə yaxın ərazilərdə təhlükəsizliyi təmin edən tədbirlərin görülməsi önəm daşıyır”.

Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?

Skuterlər piyadalara potensial təhlükə yaradırlar

Bəzi insanlar düşünürlər ki, skuter, velosiped və digər mikronəqliyyat vasitələrinin artması piyadalar üçün təhlükə yaradır. Mütəxəssis bildirir ki, şəhər mühitində mexaniki velosipedlər ümumiyyətlə təhlükəsiz hesab olunur: “Lakin digər mikromobillik vasitələrini idarə edən bəzi şəxslər, qaydaları bilməyən və məsuliyyətsiz sürücülər potensial təhlükə yaradırlar. Digər təhlükə isə odur ki, hazırda Bakı şəhərində velosiped zolaqlarını hər yerdə çəkmək mümkün deyil. Şəhərsalma planlamasında vaxtilə edilmiş nöqsanlar və tikinti özbaşınalıqları bu imkanları məhdudlaşdırır. Nəticədə, səkilərdə piyadalarla toqquşmalar baş verir, konflikt yaranır. Bu nəqliyyat vasitələrinin sürətinə və istifadə qaydalarına nəzarət artırılmalı, sürücülərin yol hərəkəti mədəniyyətinin formalaşması üçün müəyyən tədbirlər görülməlidir”.

Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?

Piyada təhlükəsizliyi layihələndirmədə əsas meyar kimi

E.Cəfərov vurğulayır ki, yeni standart şəhərsalma sahəsində ciddi və konseptual dəyişikliklərə yol aça bilər: “Bu standart qəbul olunduqda, piyada təhlükəsizliyi yol infrastrukturu layihələndirilməsində əsas meyarlardan birinə çevriləcək və prioritet olaraq nəzərə alınacaq. Yeni yollar və küçələr yalnız avtomobil hərəkəti üçün deyil, həm də piyadalar üçün planlaşdırılacaq. Piyada keçidləri, onların işıqlandırılması, görmə bucaqları və küçələrin işıqlandırılmasında istifadə olunan işıq dirəklərinin standartları yenidən müəyyən ediləcək. Məktəb, park və digər ictimai obyektlər ətrafında xüsusi təhlükəsiz zonaların yaradılması da bu standartın tələbi kimi qoyulacaq. Sərt tələblər tövsiyə xarakterli olmayacaq, texniki şərt kimi icra olunacaq”.

Şəhər daha çox piyadayönümlü olacaq

E.Cəfərov deyir ki, piyada təhlükəsizliyini artırmaq üçün ilk növbədə avtomobillərin səkiləri zəbt etməsinin qarşısı alınmalıdır: “Bütün yaşayış və qeyri-yaşayış obyektlərinin parklanmaları təşkil olunmalıdır. Bu, yalnız layihədə nəzərdə tutulmaqla kifayətlənməməli, reallıqda da icra edilməlidir. Piyada keçidləri işıqlandırılmalı, məktəb yaxınlığında olan ərazilərdə, yollarda sürəti məhdudlaşdıran tədbirlər görülməlidir. Xəbərdaredici və qadağanedici nişanların sayı da artırılmalıdır. Qadağanedici nişanlar şəhərdə kifayət qədər olsa da, xəbərdaredici nişanlar azdır və onların artırılması vacibdir. Şəhərin müxtəlif ərazilərində sürət həddi maksimum 60 km/saatdan 30 km/saatadək endiriləcək. Bu proses nəticəsində şəhər daha çox piyadayönümlü olacaq. Əgər bu standart düzgün tətbiq edilərsə, şəhərdə piyadalar daha qorunan tərəf olacaq”.

Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?

“Cəmiyyət yeni mühitə uyğunlaşmalıdır”

Yol infrastrukturu üzrə ekspert Yasin Mustafayev deyir ki, şəhər mühitində uzun illər əsas diqqət avtomobillərin hərəkəti üçün yolların salınmasına yönəlib, piyadaların rahat və təhlükəsiz hərəkəti isə nəzərə alınmayıb. Nəticədə bu gün bəzi ərazilərdə piyadaların hərəkəti real həyati risk daşıyır: “Düzdür, son illər müəyyən yerlərdə səkilər, piyada keçidləri, panduslar quraşdırılıb. Lakin hələ də bir sıra ərazilərdə ciddi problemlər var. Müsbət məqam ondan ibarətdir ki, bu istiqamətdə artıq daha sistemli və genişmiqyaslı addımlar atılır”.

Mütəxəssis bildirir ki, skuterlər və velosipedlər müəyyən mənada piyadalar üçün təhlükə yarada bilər. Amma cəmiyyət bu yeni hərəkət mühitinə uyğunlaşmalıdır: “Ümumiyyətlə, dinamik hərəkət edən hər bir nəqliyyat vasitəsi hər hansı maneə ilə toqquşduqda riskli vəziyyət formalaşdırır. Bu risk yalnız velosiped və skuterlərlə məhdudlaşmır. İnsanlar avtomobil yoluna çıxarkən necə ehtiyat edirlərsə, velosiped və skuter zolaqlarına münasibətdə də eyni davranış sərgiləməlidirlər. Yeni dövlət standartları beynəlxalq və dünya təcrübəsinə əsaslanaraq hazırlanır və yerli şəraitə uyğunlaşdırılır”.

PAYLAŞIN:

Continue Reading

Previous: Tikinti şirkətlərinin özbaşınalığına SON: Kompensasiya necə ödənilməlidir?
Next: Həm cibə, həm cana ziyan: Ramazan ayında fantastik qiymətə iftar menyuları təklif olunur

OXŞAR MÖVZULAR

2022-07-14-09-19-40sJ0KhkqSemVvCuXPYZKD_file

Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq?

admin 01/05/2026
imtahan-yeni

Buraxılış imtahanının nəticələri elan olundu

admin 01/05/2026
f15b1c6c9789245a5e734e1063cce228_Untitled-1

Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.