Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 24
  • Avropada az işləyir, çox maaş alırlar, bizdə isə… – “Deyirlər ki, səhərdən axşama qədər çalışmalısan”

Avropada az işləyir, çox maaş alırlar, bizdə isə… – “Deyirlər ki, səhərdən axşama qədər çalışmalısan”

admin 24/02/2026
avro-az

 

Azərbaycanda bir işçiyə düşən orta aylıq iş saatnın miqdarı ötən il 149,5 saat təşkil edib.

Rəsmi məlumatlara görə, bu göstərici əvvəlki illə müqayisədə artıb. Belə ki, 2024-cü ildə orta aylıq iş saatı 148,9 saat olub, artım 0,6 saat təşkil edib.

Statistika göstərir ki, ölkədə bəzi sahələrdə iş yükü daha yüksəkdir. Xüsusilə ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışanlar ən çox işləyən kateqoriyaya daxildir. Bu sahədə orta aylıq iş saatı 156,1 saat olub ki, bu da əvvəlki illə müqayisədə 0,9 saat çoxdur. Ən az iş saatı isə təhsil sahəsində qeydə alınıb. Təhsil işçiləri ay ərzində orta hesabla 141,4 saat çalışıblar. Bu göstərici də əvvəlki illə müqayisədə 0,8 saat artım deməkdir.

2025-ci ildə iqtisadi fəaliyyət növləri üzrə orta aylıq iş saatları belədir:

– Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 151,5 saat

– Mədənçıxarma sənayesi – 147,3 saat

– Emal sənayesi – 148,4 saat

– Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 153,4 saat

– Su təchizatı, tullantıların təmizlənməsi və emalı – 155,1 saat

– Tikinti – 155,3 saat

– Ticarət, nəqliyyat vasitələrinin təmiri – 156,1 saat

– Nəqliyyat və anbar təsərrüfatı – 144,9 saat

– Turistlərin yerləşdirilməsi və ictimai iaşə – 154,5 saat

– İnformasiya və rabitə – 147,9 saat

– Maliyyə və sığorta fəaliyyəti – 153,4 saat

– Daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 144,3 saat

– Peşə, elmi və texniki fəaliyyət – 143,9 saat

– İnzibati və yardımçı xidmətlərin göstərilməsi – 151,9 saat

– Dövlət idarəetməsi və müdafiə; sosial təminat – 156,6 saat

– Təhsil – 141,4 saat

– Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi – 143,2 saat

– İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 151,7 saat

– Digər sahələrdə xidmətlərin göstərilməsi – 142,1 saat.

Rəqəmlərdən göründüyü kimi, dövlət idarəetməsi və müdafiə sahəsində çalışanlar 156,6 saatla ən yüksək göstəriciyə malikdir. Tikinti, su təchizatı və ticarət sahələrində də aylıq iş saatları 155 saatdan yuxarıdır.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanda orta aylıq iş saatı 149,5 saat olduğu halda, Avropanın bir sıra ölkələrində göstəricilər daha aşağıdır.

Məsələn, Almaniyada illik orta faktiki iş saatı təxminən 1340–1360 saat civarındadır. Bu, aylıq hesabla təxminən 112–115 saat deməkdir.

Fransada 35 saatlıq rəsmi iş həftəsi tətbiq olunur. Faktiki illik iş saatı təxminən 1500 saatdır ki, bu da aylıq orta hesabla 125 saat civarındadır.

Niderlandda yarımştat iş rejimi geniş yayılıb. İllik faktiki iş saatı 1400 saatdan bir qədər çoxdur, aylıq orta göstərici isə təxminən 117–120 saat təşkil edir.

İsveçdə illik orta iş saatı 1440–1450 saatdır. Aylıq hesabla bu, 120 saat ətrafında dəyişir.

Şərqi Avropada isə iş saatları nisbətən yüksəkdir. Polşada illik orta iş saatı 1750–1800 saat civarındadır ki, bu da aylıq 145–150 saat deməkdir.

İqtisadçı Xalid Kərimli şərhində bildirib ki, Avropada iş saatlarının Azərbaycandan daha az olmasının əsas səbəblərindən biri iqtisadiyyatın sektor strukturudur: “Bu məsələni qiymətləndirmək üçün Azərbaycanın məşğulluq strukturuna və Avropa ölkələrinin iqtisadi modelinə baxmaq lazımdır. Çünki bəzi sahələr texnoloji tutumlu, digərləri isə əmək, avadanlıq və material tutumludur. Azərbaycanda məşğulluqda tikinti, kənd təsərrüfatı, pərakəndə satış və xidmət sektoru üstünlük təşkil edir. Bu sahələr əsasən fiziki əmək tələb etdiyindən iş saatları daha uzun olur. Avropada isə texnologiya, maliyyə və peşəkar xidmət sahələri daha geniş yer tutur”.

İqtisadçı əlavə edib ki, ikinci mühüm amil əmək məhsuldarlığıdır: “Avropada texnologiyanın inkişaf səviyyəsi və işçi qüvvəsinin səmərəliliyi eyni istehsal həcminə daha az işçi ilə nail olmağa imkan verir. Azərbaycanda isə eyni nəticə üçün daha çox insan əməyindən istifadə olunur. Misal olaraq yanacaqdoldurma məntəqələrini göstərmək olar. Avropada bir çox yanacaqdoldurma məntəqələrində özünəxidmət sistemi tətbiq olunur. İnsan əməyi bahalı olduğu üçün əlavə işçi saxlanılmır. Satış həcmi isə Azərbaycandakı səviyyədən geri qalmır. Bizdə isə demək olar ki, hər məntəqədə işçi var. İşçi qüvvəsi ucuz olduğuna görə onun yerini texnologiya ilə əvəz etmək stimulu zəifdir. Eyni vəziyyət pərakəndə ticarət sektorunda da müşahidə olunur. Avropada özünəxidmət kassalar geniş yayılıb, Azərbaycanda isə bu praktika məhduddur”.

İqtisadçı qeyd edib ki, Avropada distant və yarımştat iş formaları geniş yayılıb, Azərbaycanda isə belə imkanlar məhduddur: “Avropada əmək bazarı daha çox işçinin xeyrinədir. Azərbaycanda isə əksinə, əmək bazarı işçinin xeyrinə olmadığından sahibkar işçini daha uzun müddət işlədə bilir. Sahibkar işə götürdüyü işçiyə deyir ki, “səhərdən axşama qədər çalışmalısan”. İşçinin alternativ imkanları zəifdir və bir işdən çıxıb digərinə keçdikdə də oxşar şərtlərlə qarşılaşır”.

Xalid Kərimli hesab edir ki, iş saatlarında 0,6 saatlıq artım əsasən iqtisadiyyatın strukturu ilə bağlıdır. Onun fikrincə, ötən il əmək bazarında kəskin pisləşmə baş verməyib.

O əlavə edib ki, buna orta aylıq əməkhaqqının artımı da müəyyən təsir göstərə bilər: “Bəzi hallarda sahibkar əlavə işçi götürməkdənsə, mövcud işçini yarım və ya bir saat artıq işlədərək maaşını müəyyən qədər artırmağa üstünlük verir”. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Cheesella MMC”-nin məhsulları Qoşqar Təhməzlinin gözündən iraq düşüb –VİDEOFAKT
Next: ADY-nin mənzil siyahısında saxtalaşdırma – müstəqil həmkarlar ittifaqı komitəsində nə baş verir?

OXŞAR MÖVZULAR

2022-07-14-09-19-40sJ0KhkqSemVvCuXPYZKD_file

Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq?

admin 01/05/2026
imtahan-yeni

Buraxılış imtahanının nəticələri elan olundu

admin 01/05/2026
f15b1c6c9789245a5e734e1063cce228_Untitled-1

Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.