Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 24
  • Daşınmaz əmlaka alternativ: Azərbaycanda investiya bazarı niyə məhduddur?

Daşınmaz əmlaka alternativ: Azərbaycanda investiya bazarı niyə məhduddur?

admin 24/02/2026
emlak-invest
Azərbaycanda insanların müxtəlif sahələrə investisiya qoymaq imkanları hələ də məhduddur. Ölkədə qiymətli kağızlar və səhm bazarı demək olar ki, inkişaf etməyib, digər alternativ investisiya alətləri isə kifayət qədər yayılmayıb. Nəticədə vətəndaşlar öz vəsaitlərini qorumaq və artırmaq üçün əsasən daşınmaz əmlaka üstünlük verirlər.
Ekspertlər bu vəziyyəti müxtəlif iqtisadi amillərlə əlaqələndirir və investisiya bazarının inkişafı üçün bir sıra həll yolları təklif edirlər.
Bəs, Azərbaycanda investisiya imkanları həqiqətən məhduddur? Bu bazarı necə canlandırmaq olar?
İnvestiya bazarının imkanları barədə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda investisiya bazarları həqiqətən də məhduddur, çünki ölkədə qiymətli kağızlar və səhm bazarı mövcud deyil.
“Qonşu ölkələrə baxsaq görərik ki, məsələn, Türkiyədə qiymətli kağızlar bazarında təxminən 11 milyon insan iştirak edir. Onlar səhm alır-satır, bazarda aktivdirlər və nəticədə bu fəaliyyət onların alternativ investisiyalarına çevrilir”, deyə ekspert qeyd edib.
Natiq Cəfərli vurğulayıb ki, Azərbaycanda insanların investisiya etmək üçün əsas iki sahə var – daşınmaz əmlak və qızıl:
“Qızılın qiyməti son zamanlar kəskin bahalaşıb və qiymətlərin dəyişmə riski olduğundan insanlar bu sahəyə investisiya qoymaqdan çəkinirlər. Ölkədə digər investisiya alətləri olmadığından insanlar daşınmaz əmlaka yatırım edir. Nəticədə, xüsusən Bakı şəhərində mənzil qiymətləri həddindən artıq bahalaşır”.
O bildirib ki, paytaxtda mənzil qiymətləri anormal səviyyədədir və bunu iqtisadi məntiqlə izah etmək mümkün deyil:
“Azərbaycanda əhalinin sayına və iqtisadi potensiala baxsaq, görərik ki, Bakıdakı bəzi mənzillərin qiyməti Avropanın bəzi şəhərlərindəki qiymətlərdən daha bahadır. İnsanlar daşınmaz əmlakı hələ gəlir gətirən bir investisiya kimi gördüklərindən bu bazara yönəlirlər. Mən əminəm ki, Azərbaycanda digər investisiya alətləri – qiymətli kağızlar, səhm bazarı, dövlət və şirkət borc kağızlarının faiz nisbətində dövriyyəsi formalaşsa, daşınmaz əmlak bazarına da müsbət təsir göstərə bilər. Bu, qiymətlərin müəyyən dərəcədə azalmasına səbəb olar. Hazırda daşınmaz əmlak bazarındakı qiymətlər tələb-təklif qanununa görə deyil, insanların investisiyalarını qorumaq istəyi ilə müəyyənləşir”.
İqtisadçı qiymətli kağızlar bazarının formalaşması üçün qanunvericilik bazasının yaradılmalı və insanlarla maarifləndirici tədbirlərin keçirilməli olduğunu vurğulayıb:
“Əvvəlcə qanunvericilik bazası yenidən qurulmalıdır. Bu baza insanların investisiya qoyarkən qorunmasını təmin etməli və aldatılma riskini minimuma endirməlidir. Bundan əlavə, şirkətlər də şəffaf olmalıdır. Onlar səhmlərini bazara çıxararkən tələb-təklif qaydalarına uyğun qiymət formalaşdırmalıdır. Hazırda insanlarda bu sahəyə inamsızlıq var; onlar hələ də başa düşmürlər ki, səhm nədir və onun dividendləri necə hesablanır. Bu səbəbdən bazarın mahiyyəti, gəlir gətirmə mexanizmi və istifadəsi barədə təbliğat və maarifləndirmə işləri aparılmalıdır. Bu məsələlər həll olunarsa, insanların səhm bazarına marağı artacaq”./Qaynarinfo.az

 

PAYLAŞIN:

Continue Reading

Previous: Hökumətdən varlılara güzəşt qərarı?! – Bunun üçün daha vergi ödəməyəcəklər…
Next: O Rusiya artıq yoxdur… – Və ya Putinin etiraf edə bilmədiyi ən böyük səhvi!

OXŞAR MÖVZULAR

2022-07-14-09-19-40sJ0KhkqSemVvCuXPYZKD_file

Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq?

admin 01/05/2026
imtahan-yeni

Buraxılış imtahanının nəticələri elan olundu

admin 01/05/2026
f15b1c6c9789245a5e734e1063cce228_Untitled-1

Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.