Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 24
  • Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

admin 24/02/2026
xocalı-haaq2

 

Haaqada (Niderland) Avropada Xocalı soyqırımının yeganə abidəsinin önündə 34 il əvvəl silahlı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilən qətliam qurbanlarının xatirəsi yad olunub.

İştirakçılar bir dəqiqəlik sükutla soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

Tədbirə gələnlər abidəyə çələnglər və gül dəstələri qoyublar.

Qonaqlar arasında Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım, Azərbaycanın və Türkiyənin Niderlanddakı səfirləri Məmməd Əhmədzadə və Fatma Ceren Yazqan, Haaqa merinin müavini Saskia Brüns, Niderlanddakı Azərbaycan və Türkiyə cəmiyyətlərinin nümayəndələri, diaspor təşkilatlarının üzvləri və başqaları olub.

Niderland-Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın çıxışında Xocalı ağrısını ürəklərində hiss edərək bir araya gəldiklərini qeyd edib: “Biz o gecəni unutmadıq, çünki unutmaq ikinci dəfə öldürmək deməkdir”.

M.Əhmədzadə bildirib ki, Xocalı insanlıq əleyhinə cinayətdir. O, Xocalı hadisələrinin beynəlxalq hüquqi və siyasi qiymətinə nail olmaq və ədaləti bərpa etmək üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Türkiyə səfiri F.Yazqan isə bildirib ki, Xocalı ağrısı hamı tərəfindən bölüşülür.

Tədbirdə həmçinin Haaqanın icraçı meri S.Brüns və yerli ictimaiyyətin nümayəndəsi Bart ten Bruk da çıxış edib. Bart ten Bruk qeyd edib ki, hadisə barədə xatirələri burada, Niderland cəmiyyətinin mərkəzində paylaşmaq həmiyyətli təşəbbüsdür, yerli xalqın atalar sözündə deyildiyi kimi, “paylaşılan kədər, kədərin yarısıdır”.

Səhhətindəki problemlə əlaqədar tədbirlərdə iştirak edə bilməyən “Qarabağ üzərində qara buludlar” kitabının müəllifi tədqiqatçı və yazıçı Henri van Rensin çıxışının mətni oxunub: “Mən Xocalıya keçmişin “muzeyi”nə baxmaq üçün yox, tarixi öz ruhunda daşıyan insanların evlərində oturmaq üçün gəldim”.

Sonda “Xocalı simvolu” qısametrajlı filmi nümayiş olunub.

PAYLAŞIN:

Continue Reading

Previous: Bu gün Novruzun ilk – Su çərşənbəsidir
Next: Putin bu sözlərlə dünyanı inandırmağa çalışır – “Foreign Policy”

OXŞAR MÖVZULAR

milli-meclis-yeni

Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi

admin 01/05/2026
şahin-mus

Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı

admin 30/04/2026
nev-york

Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər

admin 29/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.