Skip to content
04/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 24
  • O Rusiya artıq yoxdur… – Və ya Putinin etiraf edə bilmədiyi ən böyük səhvi!

O Rusiya artıq yoxdur… – Və ya Putinin etiraf edə bilmədiyi ən böyük səhvi!

admin 24/02/2026
pt-bomb

 

İşğalçı müharibənin 4 ili ruslara nələrə başa gəldi?

“Ukrayna artıq qalibdir, sadəcə, Putin hələ bunu bilmir…”

Bu gün kimsə 2022-cil 24 fevraldan öncəki toxunulmaz, qüdrətli, varlı, eləcə də ordusuna yan baxmağa belə kimsənin cəsarət etmədiyi Rusiyanı xatırlamır. Çünki o Rusiya artıq yoxdur. Artıq nəinki ABŞ, hətta qorxaq və riyakar mahiyyətli aparıcı Avropa dövlətləri belə Moskvaya meydan oxuyur, onun valyuta ehtiyatlarını, neft tankerlərini həbs edir, ruslara ikinci sort “izqoy” münasibəti göstərir və sair. Vladimir Putinin son 4 ildəki “I Pyotorluğu”nun acı nəticələrindən biri də budur…

Tarixlərə xüsusi önəm verən və özünü “böyük tarixi şəxsiyyət – İmperator” kimi görən Putinin əmrilə düz 4 il əvvəl bu gün, yəni, 23 fevral “ordu bayramı”nın səhəri günü Rusiya qoşunları çoxları üçün gözlənilmədən Ukraynaya soxuldu. Bu hücum sayəsində bir nüçə gün ərzində işğalçı ordu geniş əraziləri ələ keçirə bildi. Onlar hətta Kiyevin həndəvərinə qədər gəlib çıxdılar, şəhər ətrafında döyüşlər baş verdi. Lakin Ukrayna Silahlı Qüvvələri yenidən qruplaşmağı və təcavüzkarı geri atmağı bacardı, müharibənin ilk günlərində ələ keçirilmiş ərazilərin 70%-dən çoxunu azad etdi.

Rusiya ordusunun və komandanlığının səriştəsizliyini, imkanlarının şişirdildiyini görmək üçün 2022-ci ilin mart və 2026-cı ilin fevral aylarına olan Ukraynadakı hərbi əməliyyatların xəritələrini müqayisə etmək kifayətdir. Canlı qüvvə və texnika baxımından fəlakətli itkilərə məruz qalan Rusiya ordusunun bunun qarşılılğında qazandıqları müqayisə edilməyəcək dərəcədə azdır.

Ən aşağı hesablamalara görə, Rusiyanın itkiləri (ölən və yaralananlar) 1.200.000 əsgər və zabiti ötür. Rusiyanın gündəlik maliyyə itkiləri isə bir neçə milyard (!!!) dollar təşkil edir. Bundan əlavə, müharibə Rusiyanın öz sərhədləri daxilində onun bütün Avropa hissəsinə yayılıb. Ukrayna Silahlı Qüvvələri hər gün Rusiya şəhərlərinin infrastrukturuna zərbələr endirir, neft zavodlarını vurur, elektrik və istiliklə bağlı problemlər yaradır. Rusiya hava limanları Ukrayna dronlarına tabe olub, onların fəaliyyətindən asılıdır.

Putinin sayəsində ruslar internetə tam, normal çıxışı itirib, büdcənin 40%-dən çoxu “SVO”-nun təmin edilməsinə xərclənir, ruslar işlərini, gəlirlərini, xaricə səyahət imkanlarını və s. itirir, ölkənin demoqrafik vəziyyəti getdikcə pisləşir, hər il ölənlərin sayı yeni doğulanları xeyli üstələyir. “Rus dünyası” hər yerdə nifrətlə qarşılanır, ruslara “barbar” damğası vurulur. Bu damğanı silməyə isə bəlkə də onilliklər belə bəs etməyəcək.

Zelenskini təlxək və yararsız biri kimi təqdim etmək cəhdləri fiasakoya uğradı. Əksinə, daxil olduğu hər toplantıda, hər beynəlxalq tədbirdə adlı-sanlı siyasətçilər, liderlər onu ayaq üstə alqışladı. Ukrayna xalqı heç vaxt Rusiyanı arzulamadığını və ona boyun əyməyəcəyini sübut etdi. Ukrayna ordusu isə Kremlin təqdim etdiyindən fərqli olaraq, döyüşə hazır, qələbəyə qadir ən müasir orduya çevrildi. Rusiya ordusu yalnız Qırmızı Meydanda paradlar üçün uyğun olan “konsert-parad” ordusu olduğunu göstərdi. Son iki yüz ildə heç bir ordu rus ordusunun Ukraynada süründüyü qədər yavaş sürətlə irəliləməyib…

Bəli, Ukrayna üçün də çox ağırdır. Amma Ukrayna bu müharibəyə 4 il dözdü, dözür. Hərbi, siyasi, mənəvi, iqtisadi cəhətdən dözür. Məsələn, Ukraynanın qızıl və valyuta ehtiyatları 2026-cı ilin əvvəlində tarixində ən yüksək səviyyəyə çatıb. Qərb isə daha çox kömək etməkdə davam edir. Təsəvvür edin, məsələn, Danimarkanın müdafiə büdcəsinin təxminən 80%-i, İsveçin hərbi büdcəsinin 60%-i, Norveçin 40%-i, Hollandiyanın hərbi büdcəsinin 35%-i Ukrayna Silahlı Qüvvələrinə gedir. Üstəlik, Avropa Birliyinin hər il ayırdığı azı on milyardlarla dollarlar…

Lakin nəhəng Rusiya müharibəyə mənəvi və mental olaraq dözə bilmir. Çünki işğalçıdır və bunu anlayır. Elə iqtisadi cəhətdən də həmçinin. Müharibənin əvvəlində Rusiya Ukraynadan yüzlərlə dəfə varlı idi. İndi Rusiyanın büdcəsi bərbad vəziyyətdədir, büdcə kəsirini haradan bağlayacaqlarını bilmirlər, inflyasiya artır, iqtisadi göstəricilər çökür, neft-qaz bazarları üzünə bağlanır, hətta bir çox hərbi müəssisələrdə belə maaşlar aylarla gecikir və sair.

Dərindən baxsaq, Rusiya daha çox şey itirib, çünki müharibədən əvvəl Ukrayna ilə müqayisə edilməyəcək dərəcədə daha çox şeyə malik idi.

Bu, Rusiya üçün sadəcə hərbi məğlubiyyət deyil, fəlakətdir. Bu, sözün tam mənasında nüfuz dairəsi, zehni, mənəvi, mental, siyasi, iqtisadi, geosiyasi məğlubiyyətdir…

Rusiyanın “qara günləri” hələ müharibə bitəndən sonra başlayacaq. Ukraynanı isə əgər xaricdən qara əllər uzanmasa, daha işıqlı günlər və gələcək gözləyir…

Bu gün tammiqyaslı müharibənin dördüncü ilinin tamamı, beşinci ilinin başlanğıcıdır. Əvvəldə bütün Ukraynanı tutmaq həvəsində olan “İmperator” Putin indi “Slavyanskla Kramatorsku verin, dayanım” deyəcək qədər kiçilib, öləziyib. Buna baxmayaraq, hələ də Ukraynada “SVO” adı altında işğala başlamaqla böyük strateji səhvə yol verdiyini etiraf etmək istəmir. Bundan qorxur. Ancaq tanınmış rusiyalı jurnalist M.Qolopolskinin dediyi kimi, əslində, sınmayan, yenilməyən Ukrayna artıq qalibdir, Putin sadəcə, hələ bunu bilmir… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Daşınmaz əmlaka alternativ: Azərbaycanda investiya bazarı niyə məhduddur?
Next: Anar və Model Çelsi qalmaqalı: İlham Pirməmmədov qardaşı oğlunu qoruya bildimi?..

OXŞAR MÖVZULAR

0c333aaa-4130-48dc-85a6-a475d1ba94c6

Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir

admin 01/05/2026
amerika

ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid…

admin 01/05/2026
abş-ukr

Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir?

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.