Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 24
  • Ramazanda oruc tutmaq hər kəsə vacibdirmi? – Din və tibb deyir ki…

Ramazanda oruc tutmaq hər kəsə vacibdirmi? – Din və tibb deyir ki…

admin 24/02/2026
oruc-

 

Xəbər verdiyimiz kimi, fevralın 19-da Ramazan ayının ilk günüdür. Müqəddəs ayın ilk imsak vaxtı 06:04-ə, iftar isə 18:34-ə təyin olunub. Ramazan ayı müsəlmanlar üçün təkcə aclıq və susuzluq deyil, həm də səbir, nəfsə nəzarət, mənəvi saflaşma və Allahla bağlılığın güclənməsi dövrüdür.

Lakin hər il olduğu kimi, bu il də cəmiyyətdə ən çox müzakirə edilən mövzulardan biri sağlamlıqla bağlıdır: kimlər oruc tuta bilər, kimlər üçün isə oruc tutmamaq günah sayılmır?

Kənan Rövşənoğlu

Mövzu ilə bağlı danışan dini ekspert Kənan Rövşənoğlu qeyd edib ki, İslam dini insan sağlamlığını qorumağı əsas prinsiplərdən biri kimi qəbul edir:

“Qurani-Kərimdə xəstə və səfərdə olan şəxslərə orucu təxirə salmaq və sonradan qəza etmək icazəsi verilib. Əgər xəstəlik davamlıdırsa və insanın sağalması mümkün deyilsə, həmin şəxs oruc tutmaqdan azaddır və fidyə verməklə bu ibadətin əvəzini yerinə yetirə bilər. Ürək əməliyyatı keçirmiş, şəkərli diabetdən əziyyət çəkən, təzyiq, böyrək, onkoloji və digər xroniki xəstəlikləri olan insanlar özlərini riskə atmamalıdırlar. Bəzən insanlar ‘özümü yaxşı hiss edirəm’ deyərək həkim tövsiyəsinə baxmayaraq oruc tutur. Halbuki insanın bədəni də Allahın ona verdiyi əmanətdir. Bu əmanətə bilərəkdən zərər vurmaq doğru deyil. Əgər oruc insanın sağlamlığı üçün təhlükə yaradırsa, onu tutmamaq günah sayılmır”.

Rövşənoğlunun sözlərinə görə, bəzi insanlar xəstəliyinə baxmayaraq oruc tutmağı daha çox savab qazanmaq kimi qiymətləndirir:

“Lakin İslamda ibadət insanın gücü və imkanı çərçivəsində olmalıdır. Sağlamlığa ciddi zərər verəcək şəkildə oruc tutmaq savab deyil. Əksinə, belə halda insan həm özünə, həm də ailəsinə qarşı məsuliyyətsiz davranmış olur. Din insanın həyatını və sağlamlığını qorumağı əsas məqsədlərdən biri kimi müəyyən edir”.

Adil Qeybulla

Mövzunun tibbi tərəfi ilə bağlı isə professor Adil Qeybulla açıqlama verib. Professor bildirib ki, sağlam insan üçün oruc müəyyən hallarda faydalı ola bilər, lakin xroniki xəstəliyi olan şəxslər üçün bu, ciddi risklər yarada bilər.

Onun sözlərinə görə, xüsusilə şəkərli diabet xəstələrində uzun müddət qida və maye qəbul edilməməsi qanda şəkərin kəskin enməsinə və ya qalxmasına səbəb ola bilər ki, bu da həyati təhlükə yaradır:

“Ürək-damar xəstəlikləri keçirmiş şəxslərdə uzunmüddətli susuzluq qan dövranına mənfi təsir göstərir, tromboz və təzyiq problemlərinin yaranma riskini artırır. Eyni zamanda daim dərman qəbul edən pasiyentlər oruc zamanı dərman saatlarını dəyişdikdə və ya qəbul etmədikdə ağırlaşmalarla üzləşə bilərlər. Xüsusilə illər əvvəl ürək əməliyyatı keçirmiş, stent və ya şunt qoyulmuş xəstələr diqqətli olmalıdırlar”.

Professorun sözlərinə görə, böyrək xəstələri, təzyiqdən əziyyət çəkənlər, yaşlı insanlar və immun sistemi zəif olan şəxslər də risk qrupuna daxildir:

“Hər bir xəstəyə eyni yanaşmaq olmaz. Bəziləri həkim nəzarəti ilə, düzgün qidalanma və dərman rejimi ilə oruc tuta bilər. Amma bəzi xəstələr üçün bu, ciddi təhlükə yaradır. Ona görə də oruc tutmazdan əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır”./nocomment.az

PAYLAŞIN:

Continue Reading

Previous: İrəvan naxələfliyindən geri durmur: Sülh danışıqlarının arxasındakı plan – VİDEO
Next: ATU- nun Prorektoru Şahmar Həsənovun 45 min manatlıq dələduzluğu…

OXŞAR MÖVZULAR

2022-07-14-09-19-40sJ0KhkqSemVvCuXPYZKD_file

Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq?

admin 01/05/2026
imtahan-yeni

Buraxılış imtahanının nəticələri elan olundu

admin 01/05/2026
f15b1c6c9789245a5e734e1063cce228_Untitled-1

Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.