Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 25
  • Heyvandarlıqda azalma dərinləşir: Aqrar sektoru necə xilas etməli?

Heyvandarlıqda azalma dərinləşir: Aqrar sektoru necə xilas etməli?

admin 25/02/2026
qaramal
Azərbaycanda aqrar sektor ciddi geriləmə mərhələsinə daxil olub. 2025-ci ilin oktyabr ayına olan statistik göstəricilərə görə, ölkədə iribuynuzlu mal-qaranın sayı 2 438 800 baş, xırdabuynuzlu heyvanların sayı isə 6 763 700 baş təşkil edib. Bu, 2024-cü illə müqayisədə iribuynuzlu heyvanların sayında təxminən 2 faiz (50 500 baş), xırdabuynuzlu heyvanların sayında isə 3,5 faiz (242 min baş) azalma deməkdir.
Ümumilikdə isə son 5 ildə qoyun və keçilərin sayı təxminən 1,3 milyon baş, iribuynuzlu mal-qara isə 200 mindən çox azalıb.
Bəs aqrar sektorun dirçəlməsi üçün hansı addımlar atılmalıdır? 
Sabiq deputat Əli Əlirzayev  açıqlamasında bildirib ki, heyvandarlığın və ümumilikdə kənd təsərrüfatının inkişafı bir çox amillərdən asılıdır:
“Bu sahədə hər şey kənddə formalaşır, torpaqda yetişir. Bunun üçün ilk növbədə şərait yaradılmalıdır. Kəndin sosial-iqtisadi inkişafı ilə bağlı proqramlar  hazırlanmalıdır. Bu sahə əsasən ailə təsərrüfatlarına söykənir. Ailələrin ət, süd və digər kənd təsərrüfatı məhsullarının istehsalındakı payı artdıqca, bazara çıxarılan məhsulun həcmi də çoxalacaq. Hazırda kəndçi öz tələbatını ödəmək üçün məhsulu bazardan alır, özü istehsal etmir. Xaricdən gətirilən məhsullara üstünlük verilir. Yerli istehsal üçün isə stimullar yaradılmalıdır. Sovet dövründə tədarük məntəqələri vardı, ət qəbulu və emalı, kolbasa istehsalı təşkil olunurdu. Bu kompleks məsələlər kənd səviyyəsində həllini tapmır. Bunun üçün kəndin sosial-iqtisadi inkişafı yerində təmin edilməlidir”.
Əli Əlirzayevin sözlərinə görə, hazırda kənddə yaşayan ailələrin bir qismi ümumiyyətlə heyvandarlıqla məşğul olmur:
“Bu səbəbdən heyvanların sayı azalmağa doğru gedir. Hesab edirəm ki, vəziyyət getdikcə daha da ağırlaşacaq. Kənddə heyvandarlığın inkişafı üçün kompleks  tədbirlər görülməlidir. Bu, dövlət mexanizmləri vasitəsilə həll olunmalıdır. Təşkilati və iqtisadi struktur təkmilləşdirilməlidir. Kəndçidə stimul yaradılmalı, sığorta sistemi işləməlidir. Torpağı olan kəndçi onu əkib-becərməlidir. Bunun üçün lazımi şərait yaradılmalıdır. Məsələn, məhsulun yetişməsi üçün vaxtında suvarma vacibdir. Bu imkan varmı? Uzun illər bu sahədə çalışmış biri kimi deyə bilərəm ki, Azərbaycanda kəndin sosial-iqtisadi vəziyyəti çox ağırdır. Vaxtilə kənd təsərrüfatı məhsulları kənddən şəhərə daşınırdısa, bu gün əksinə, məhsullar şəhərdən kəndə aparılır”.
Əli Əlirzayev vurğulayıb ki, kənd təsərrüfatı məhsullarının şəhərdən kəndə daşınması problemin miqyasının nə qədər ciddi olduğunu açıq şəkildə göstərir. /qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Mehdiyevi AMEA-dan qovacaqdılar, yatdılar… – İclasdan maraqlı görüntülər + FOTOREPORTAJ
Next: “Ukrayna danışıqları buna görə dalana dirənib…” – “Onlar hələ də Putinin nə istədiyini anlamayıblar”

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.