Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 26
  • İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /FOTOLAR

İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /FOTOLAR

admin 26/02/2026
qht-4

 

Son bir neçə ay ay ərzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsinin nəticələri üzrə apardığımız təhlillər göstərir ki, sistemli problemlər artıq istisna deyil, tendensiyaya çevrilib.

Rəsmi çıxışlarda “kəmiyyət yox, keyfiyyət əsasdır” tezisi səsləndirilsə də, faktiki mənzərə bunun tam əksini nümayiş etdirir. Layihələrin məzmunu, icra səviyyəsi və büdcə əsaslandırmaları ciddi suallar doğurur.

Diqqətçəkən məqamlardan biri əvvəllər başqa şəxslərə məxsus olmuş QHT-lərin sonradan faktiki olaraq “əl dəyişməsi” və bundan sonra daha iri məbləğli qrantlar əldə etməsidir. Bu, təsadüfdürmü, yoxsa mexanizmli yanaşmanın nəticəsidir – açıq sualdır. Belə təşkilatlardan biri də “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi-dir. Təşkilat əvvəllər QHT-lərə Dövlət Dəstəyi Şurası ilə bir neçə layihə həyata keçirmiş, həmin dövrdə sədri Fəridə Əliyeva olmuşdur. Bir neçə il öncə isə təşkilatın yeni rəhbərliyi ortaya çıxaraq qurumu “özlərinin yaratdığını” bəyan etmişdir(?) Bu faktın özü ayrıca araşdırma mövzusudur.

 

                                  

                  Dövlətin pulu belə talan edilir

QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2025-ci ildə bu təşkilatın “Cəzaçəkmə müəssisələrində kütləvi-mədəni tədbirlərin təşkili” adlı layihəsinə 17 min manat vəsait ayırıb. Layihənin adı geniş auditoriyanı əhatə edən mədəni tədbirlər silsiləsini ehtiva etdiyi təəssüratını yaradır. Lakin araşdırma göstərir ki, “kütləvi-mədəni tədbirlər” adı altında faktiki olaraq “Biznesdə güclü qadınlar” mövzusunda təlimlər keçirilib. Yəni layihənin adı ilə real icra məzmunu arasında açıq uyğunsuzluq mövcuddur.

Burada haqlı sual yaranır: Agentliyin ekspertləri və ya Müşahidə Şurası layihəni qiymətləndirərkən onun konsepsiyasına və fəaliyyət planına real baxış keçiriblərmi? Əgər keçiriblərsə, bu uyğunsuzluğu necə əsaslandırıblar?

Təşkilatın sosial şəbəkə səhifəsində yerləşdirilən məlumatlara əsasən, layihə çərçivəsində cəmi 2 fərqli məkanda ümumilikdə 8 təlim keçirilib. Banner üzərində Bakı və Naxçıvanda tədbirlərin keçirildiyi qeyd olunsa da, Naxçıvanda faktiki icranın olub-olmaması ilə bağlı açıq sübutlar görünmür…

Sadə hesablama aparaq: 1 təlimçi 8 təlim üçün maksimum 100 manat alsa, bu 800 manat edir. Broşur üçün maksimum 1000 manat, banner və sertifikat çapı üçün 200 manat, layihə rəhbəri və mühasibin əmək haqqı fondu üçün isə maksimum 3000 manat nəzərdə tutsaq, ümumi xərc təxminən 5000 manat təşkil edir. Cəzaçəkmə müəssisələrində icarə və iaşə xərcləri dövlət tərəfindən təmin olunduğu üçün əlavə ciddi xərc görünmür. Halbuki ayrılmış qrant 17 min manatdır. Aradakı təxminən 12 min manatlıq fərq əsaslandırılmamış şişirtmə ehtimalını gücləndirir.

Bu istiqamətdə verilən məlumatlardan belə məlum olur ki, problem tək bir təşkilatla məhdudlaşmır. Əksər layihələrdə nəticələrin ölçülməsi aparılmır, davamlılıq mexanizmi qurulmur, layihə bitdikdən sonra fəaliyyət dayanır. Əvvəlki araşdırmalarda bir təşkilatın yaratdığı “virtual muzey” layihəsinin layihə başa çatan kimi fəaliyyətini dayandırdığı və saytın bağlandığı faktı ortaya çıxmışdı. Bu halda sual yaranır: 3–4 aylıq formal layihələr real sosial problemin həlli üçündür, yoxsa büdcə vəsaitinin mənimsənilməsi üçün?

17 min manat səviyyəsində qrant hər təşkilata verilmir. Bu fakt sözügedən qurumun xüsusi imtiyazlara malik olması ehtimalını artırır. Əgər müstəqil ekspert qrupu yaradılaraq şübhəli layihələrin büdcələri və icra mexanizmləri audit olunsa, daha ciddi faktların üzə çıxacağı istisna deyil.

Dövlət büdcəsi ictimai problemlərin həllinə yönəlməlidir. Lakin hazırkı mənzərə göstərir ki, bəzi hallarda vəsaitlərin səmərəliliyi ciddi sual altındadır. Əgər aşkar olunan neqativ hallar hər müsabiqədə təkrarlanır və problem həllini tapmırsa, bu artıq fərdi deyil, institusional məsələdir. Şəffaflıq, ictimai nəzarət və real məsuliyyət mexanizmi tətbiq olunmadıqca “keyfiyyətə üstünlük veririk” bəyanatı praktik nəticə doğurmayacaq./yenixeber.org

 Qarşı tərəfin cavab haqqını tanıyırıq.

QHT-nin sosial şəbəkə hesabından dediklərimizi araşdıra bilərsiniz:

https://www.facebook.com/mehkum.qadin

PAYLAŞIN:

Continue Reading

Previous: Xocalı faciəsi sonuncu yüzilliyin insanlığa və bəşəriyyətə qarşı törədilən ən dəhşətli soyqırımıdır-Subut Mehdiyev yazır
Next: Belarusda Xocalı soyqırımı ilə bağlı tədbir keçirildi

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.