Skip to content
04/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 27
  • Pakistan Əfqanıstana “açıq müharibə” elan etdi – “Taliblər Hindistanın oyuncağına çevriliblər…”

Pakistan Əfqanıstana “açıq müharibə” elan etdi – “Taliblər Hindistanın oyuncağına çevriliblər…”

admin 27/02/2026
asif-pakst

 

Dünya daha bir böyük silahlı münaqişə ilə üz-üzə qalmaqdadır.

Xarici KİV xəbər verir ki, Pakistanın Müdafiə naziri Xavaca Asif Əfqanıstanda Taliban hökumətinə qarşı “açıq müharibəyə” keçid elan edib.

“Səbrimiz son həddinə çatdı. İndi sizinlə açıq müharibə aparacağıq. Bu, qanlı bir müharibə olacaq. Pakistan ordusu dənizin o tayından gəlməyib. Biz sizin qonşularınızıq”, – deyə Asif sosial mediada yazıb.

Onun sözlərinə görə, NATO qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra ölkədə sülhün bərqərar olacağı, taliblərin isə öz xalqının maraqlarına və regionda sülhə diqqət yetirəcəyi gözlənilirdi. Lakin hərəkatın nümayəndələri ölkəni Hindistanın müstəmləkəsinə çevirdilər, dünyanın hər yerindən terrorçuları Əfqanıstana topladılar və terror ixrac etməyə başladılar.

“Onlar öz xalqını əsas insan hüquqlarından məhrum etdilər. Qadınların İslamın təminat verdiyi hüquqlarını əllərindən aldılar. Pakistan həm birbaşa, həm də dost ölkələr vasitəsilə vəziyyəti normallaşdırmaq üçün hər cür səy göstərdi. Lakin taliblər Hindistanın oyuncağına çevrildilər”, – deyə nazir əlavə edib.

“Əl-Cəzirə”nin məlumatına görə, nazirin açıqlaması ilə eyni vaxtda Pakistan paytaxt Kabil də daxil olmaqla bir neçə Əfqanıstan şəhərinə hava hücumları təşkil edib. Əfqanıstan paytaxtının sakinləri gecə ərzində çoxsaylı güclü partlayışlar barədə məlumat veriblər. İslamabad daha sonra sərhəddə 27 Taliban mövqeyinin məhv edildiyini və daha doqquzunun ələ keçirildiyini elan edib. Pakistan rəsmilərinin məlumatına görə, 133 Əfqan əsgəri öldürülüb, 200-dən çoxu yaralanıb.

“Geo News” həmçinin Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın Nəngərhar əyalətində böyük bir sursat anbarına zərbə endirdiyini bildirib.

Bundan əvvəl Taliban Pakistanın hücumlarına cavab olaraq Pakistanın sərhəd əyalətlərində hücum hərbi əməliyyatının başladığını elan etmişdi. Əfqanıstan rəsmilərinin məlumatına görə, Taliban sərhəd boyunca bir Pakistan bazasını və 19 nəzarət məntəqəsini ələ keçirib və 55 əsgəri öldürüb.

Pakistan və Əfqanıstan arasındakı sərhəd bölgəsində silahlı toqquşmalar iki gün əvvəl baş vermişdi. Hər iki tərəf bir-birini günahlandırırdı. Ötən həftə sonu Pakistan Əfqanıstanda hava hücumları təşkil edib. İslamabad ən azı 80 yaraqlının öldürüldüyünü iddia edib, Kabil isə dini məktəbə və yaşayış binalarına hücumlar barədə məlumat verib və nəticədə təkcə Nəngərharda ən azı 17 nəfər həlak olub. Ötən payız bu ölkələr Dohada Qətər və Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra atəşkəs barədə razılığa gəlmişdilər.

İslamabad Kabulu Pakistanda hücumlar həyata keçirən silahlı qruplara qarşı hərəkətsizlikdə ittiham edir. Taliban hökuməti isə bunu təkzib edir.

Qüyd edək ki, gərginliyin Hindistanın İsraillə hərbi-strateji yaxınlaşması və ABŞ-İran danışıqlarında “əhəmiyyətli irəliləyiş” xəbərləri ilə eyni vaxta təsadüf etməsi isə hadisələrin arxasında Tel-əvivin dayandığı ehtimalını ortaya çıxarıb. 

Xatırladaq ki, Əfqanıstan və Pakistan 1947-ci ildən, İslamabad müstəqillik qazandıqdan bəri sərhəd mübahisəsi ilə məşğuldurlar. Ölkələr arasındakı sərhəd 1893-cü il müqaviləsi ilə müəyyən edilmiş 2600 kilometr uzunluğunda olan Durand Xətti adlanan xətt boyunca uzanır. Lakin Kabil bunu Əfqanıstanı tarixi Puştun ərazilərinin bir hissəsindən məhrum edən müstəmləkə sərhədi hesab edir. İndiyə qədər heç bir Əfqanıstan hökuməti Durand Xəttini sərhəd kimi tanımayıb. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Onlar da ünvanlı sosial yardım ala biləcək – TƏKLİF
Next: “Xocalı Soyqırımı Memorialı erməni faşizminə sonsuz nifrət, faciə qurbanlarına nəhayətsiz ehtiram simvoludur”

OXŞAR MÖVZULAR

0c333aaa-4130-48dc-85a6-a475d1ba94c6

Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir

admin 01/05/2026
amerika

ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid…

admin 01/05/2026
abş-ukr

Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir?

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.