Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 1
  • ABŞ-İsrail zərbələri İranı zəiflədə bilər, amma rejim dərhal çökməyəcək

ABŞ-İsrail zərbələri İranı zəiflədə bilər, amma rejim dərhal çökməyəcək

admin 01/03/2026
iran-abş-

 

Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçib və Vaşinqtonla Təl-Əvivin Tehrana qarşı birgə əməliyyatları regionda geniş qarşıdurma riskini artırır.

Xarici agentliklər xəbər verir ki, Stratfor-un yaydığı təhlildə ABŞ və İsrailin 28 fevral tarixli hərbi əməliyyatlarının artıq regional miqyaslı qarşıdurmaya çevrildiyi, lakin bunun qısa müddətdə İran rejiminin süqutuna gətirib çıxarmayacağı vurğulanır.

Stratfor qeyd edir ki, ABŞ və İsrailin hücumları bir neçə gün davam edə bilər. Tehran isə İsrailə və bölgədəki ABŞ hərbi bazalarına zərbələrlə cavab verir və verəcək. Əməliyyatların yalnız konkret nüvə və ya raket obyektlərini deyil, İranın hərbi-siyasi infrastrukturu, o cümlədən SEPAH komandanlıq mərkəzlərini və dəniz potensialını da hədəf aldığı bildirilir. Bu isə İranın strateji imkanlarını uzunmüddətli şəkildə zəiflətmək cəhdi kimi qiymətləndirilir.

Təhlilə görə, İran cavab olaraq qalan ballistik raketlərdən, pilotsuz uçuş aparatlarından və qısamənzilli raketlərdən istifadə edəcək. Xüsusilə İsrailə qarşı ballistik raket hücumlarının artması ehtimal olunur. ABŞ-ın açıq şəkildə rejim dəyişikliyi məqsədi güddüyünü bəyan etməsi Tehranın cavab coğrafiyasını genişləndirə bilər.

İranın İraq, İordaniya və Fars körfəzi ölkələrində yerləşən ABŞ bazalarını vura bilən qısamənzilli raketlərə sahib olduğu qeyd olunur və onlardan bəzilərinin artıq istifadə edildiyi bildirilir. Regional bazalara zərbələr Vaşinqton üçün qarşıdurmanın siyasi və hərbi qiymətini artırmaq məqsədi daşıyır.

Stratfor proksi qüvvələrin aktivləşməsi riskinin də yüksək olduğunu vurğulayır. Ən çevik reaksiya verə biləcək aktor kimi Yəməndəki husilər göstərilir. Onlar raket və dron hücumları, eləcə də dəniz nəqliyyatının pozulması yolu ilə prosesə qoşula bilərlər. İraqdakı “Kataib Hizbullah” da potensial eskalasiya kanalı kimi qiymətləndirilir. Livandakı “Hizbullah” isə genişmiqyaslı müharibə riskinə görə dərhal böyük əməliyyata başlamaya bilər, lakin məhdud iştirak istisna edilmir.

Hazırda ABŞ və İsrailin İranın enerji və iqtisadi infrastrukturunu birbaşa hədəfə alması barədə məlumat yoxdur. Buna görə yaxın perspektivdə İranın Hörmüz boğazında enerji obyektlərinə və ya tankerlərə hücum ehtimalı aşağı qiymətləndirilir, xüsusən də bölgədə ABŞ donanmasının güclü mövcudluğu fonunda.

İsrailin Livan sərhədi boyunca 91-ci diviziyanı yerləşdirdiyi və ehtiyatçıları səfərbər etdiyi bildirilir. Bu addım “Hizbullah”ın qarşıdurmaya qoşula biləcəyi ehtimalı ilə əlaqələndirilir.

Bununla belə, Stratfor hesab edir ki, mövcud zərbələrə baxmayaraq, İran rejimi qısa müddətdə çökməyəcək. İranın ali lider institutu, SEPAH və daxili təhlükəsizlik strukturları üzərində qurulmuş yüksək institusional sisteminin yaxın perspektivdə sabit qalacağı ehtimal olunur.

Təhlildə qeyd olunur ki, xarici hücumlar əksər hallarda “bayraq ətrafında birləşmə” effekti yaradır və hakimiyyətin legitimliyini müvəqqəti olaraq gücləndirə bilər. Dövlətin repressiv imkanları, təhlükəsizlik aparatının loyallığı və müxalifətin parçalanmış vəziyyəti də rejimin davamlılığını təmin edən amillər kimi göstərilir.

Stratfor-un qənaətinə görə, rejimin real süqutu yalnız əlavə destabilizasiya faktorlarının – təhlükəsizlik strukturlarında parçalanma, elita daxilində ciddi fikir ayrılığı və uzunmüddətli kütləvi daxili üsyanlar – eyni vaxtda baş verməsi ilə mümkün olar. Hətta belə halda belə, prosesin sabit, planlı keçid deyil, qeyri-müəyyən və riskli transformasiya ilə nəticələnəcəyi ehtimal olunur./musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Universitetlərdə dərs müddəti azaldılmalıdır?
Next: Xaricdə yaşayan azərbaycanlıların DİQQƏTİNƏ

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.