Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 1
  • Universitetlərdə dərs müddəti azaldılmalıdır?

Universitetlərdə dərs müddəti azaldılmalıdır?

admin 01/03/2026
telebe_2025_
Universitet tələbələrinin bir qismi 90 dəqiqəlik akademik dərs saatının 60 dəqiqəyə endirilməsinin tərəfdarıdırlar. Tələbələrin bu istəyinə qoşulan müəllimlər də az deyil. Onların fikrincə, dərsin ilk yarım və ya bir saatından sonra tələbələrin diqqəti azalır və onlar müəllimi effektiv şəkildə dinləyə bilmirlər.
Nəticədə yorğunluq və diqqət dağınıqlığı, informasiya itkisi tədrisin keyfiyyətinə mənfi təsir göstərir. “Mühazirə dərsləri 80, seminar və praktika dərsləri isə 60 dəqiqə təşkil edilə bilər”, – kimi təkliflər səslənir.
Ancaq bu keçidə hələ hazır olmadığımızı, keçid üçün ciddi araşdırmalara və müzakirələrə ehtiyac olduğunu söyləyənlər də var.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:
“Tələsməməli və işin asanına qaçmamalıyıq”
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, bu cür qərarlar qəbul edərkən ciddi düşünmək lazımdır:
“Çünki belə qərarların qəbulu bəzi problemlər də yarada bilir. Ona görə biz maksimal dərəcədə tələsməməli və işin asanına qaçmamalıyıq. Son vaxtlar tendensiya odur ki, hər şey asanlaşsın. Universitetlərə qəbul daha asanlaşdırılsın, dərs saatları daha da azaldılsın və s. Mən düşünürəm ki, bu, gələcəkdə bizə yaxşı heç nə vəd etmir. Özüm də universitetdə dərs deyirəm və 90 dəqiqəni çox hesab etmirəm”.
Tədris sistemində islahatlar haqqında düşünməliyik
“Məlumdur ki, insanlar hər hansı bir işə ortalama bir saatdan çox diqqətlə fokuslanmaqda çətinlik çəkirlər. Amma Azərbaycan ali məktəblərində mövcud olan 95 dəqiqə (45 dərs + 5 dəqiqə + 45 dərs) elə də pis deyil”, – deyə Kembric Universitetinin professoru Qərib Mürşüdov bildirir.
Onun fikrincə, dərsin müddətini azaltmaq üçün tədris sistemində ciddi islahatlar lazımdır:
“Məsələn, tədris və tədqiqat inteqrasiya ola bilər. Bu, həm keyfiyyətli dərslərin verilməsinə, həm də sənayedə lazım olan mütəxəssislərin hazırlanmasına kömək edər. Mövcud sistemi bir az dəyişdirərək ümumilikdə yaxşı nəticə almaq çətin olacaq”.
Professor yaşadığı ölkənin təcrübəsindən danışaraq bildirir ki, İngiltərə universitetlərində bir və ikisaatlıq mühazirələr olur:
“İkisaatlıq mühazirə olanda ortada tənəffüs var. Əslində dərslər 50 və ya 45+10+45 olur. Bu, dərsdən asılıdır və müddət dəyişə bilər. Qeyri-adi hallarda, qonaq mühazirəçi olsa, mühazirə tənəffüslə iki saatdan çox da ola bilər. Praktika və məşğələlərlə birlikdə dərsin üç saat da davam etməsi mümkündür. Əsas məqsəd dərslərin uzunluğu yox, tələbələrin öyrənməsidir. Daha yaxşı olardı ki, bizdə təhsilin təşkili və təhsillə sənaye arasında əlaqələr müzakirə olunsun”.
“Əsas məsələ dərsin deyilmə tərzidir”
Azərbaycan Tibb Universitetinin professoru, həkim-cərrah Adil Qeybullanın fikrincə, Türkiyə modeli bizim üçün ən optimal ola bilər:
“Amma bir şeyi nəzərə almaq lazımdır ki, dərsin deyilmə metodikası var: istər 90 dəqiqə olsun, istər 60 dəqiqə. Əsas məsələ dərsin deyilmə tərzi – tələbələri maraqlandırmaqdır. Dərs elə deyilər ki, tələbə auditoriyada yuxulaya bilər, və ya dərs elə deyilər ki, tələbələrdə maraq oyatsın və vaxtın necə keçib getməsi unudulsun. Bundan da çox şey asılıdır”.
“Yeni nəslin bir şeyə diqqəti fokuslama dəqiqəsi azalıb”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi Xalidə Həmidova bildirir ki, vaxtilə dərslər mühazirə, seminar, fərdi məşğələ kimi bölünüb, amma tədricən fərqli məzmun yaranır:
“Tələbə saatlar və ya saatlara uyğun kreditlər toplamalıdır. Artıq biz beynəlxalq səviyyədə kreditlər toplamağın fərqli, alternativ yollarını görürük. Bizdə standart dərs modelləri olduğu və bütün universitet şəraitimiz bu şəkildə qurulduğu üçün hələ də prosesi ənənəvi modeldə davam etdirməyə məcbur oluruq”.
X.Həmidova hesab edir ki, tədris prosesini təşkil etmək üçün mühit vacib rol oynayır:
“Bu mühitin tələbəyə təsiri, həmçinin müəllimin 90 və ya 60 dəqiqəni necə doldurması vacib amildir. Mühitin və dərs metodikasının düzgün qurulması, dərsin nə qədər çəkməsinin o qədər də əhəmiyyətli olmamasını təmin edə bilər”.
X.Həmidovanın fikrincə, hazırkı tələbələrin psixoloji durumu baxımından da bu təkliflər araşdırılmalıdır:
“Əlbəttə, yetişməkdə olan uşaqları təhlil edəndə görürük ki, yeni nəslin dərsdə oturma, bir şeyə diqqəti fokuslama dəqiqəsi azalıb. Lazım olan materialları toplaya biləcək fərqli obyektlər olduğu üçün həyatları rəngarəngdir. Bu baxımdan, onların 90 dəqiqə bir yerdə qalmaları problem yaradır. Məlumat obyektləri sürətlə dəyişir. Bu dəyişiklik auditorial saatın formal təhsil sistemindən qeyri-formal təhsil sisteminə sürətli keçidinə gətirib çıxaracaq”.
X.Həmidovanın fikrincə, fənn və peşəyə uyğun da dərs dəqiqələri dəyişə bilər:
“Fikrimcə, prosesdə saatın azaldılması və daha da aktivləşdirilməsi məqsədəuyğun olardı. Dərsin vaxt baxımından tənzimlənməsi, diqqət və idrak yükü, dərs saatlarının mənfi təsiri, beynəlxalq təcrübə nəzərə alınmalıdır. 60 dəqiqəlik dərs təklifinin üstünlükləri düşünülməli və ölkə üzrə optimal nəticənin necə olacağı araşdırılmalıdır”.
PAYLAŞIN:

Continue Reading

Previous: Ceyhun Bayramov BƏƏ-dən olan həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Next: ABŞ-İsrail zərbələri İranı zəiflədə bilər, amma rejim dərhal çökməyəcək

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.