Baku TV-də “Yekunlaşdıraq” verilişinin yeni buraxılışı yayımlanıb.
Xocalı Soyqırımı Memorialının açılışı tarixi yaddaşın qorunması və beynəlxalq miqyasda həqiqətlərin tanıdılması baxımından hansı strateji əhəmiyyət daşıyır?
“Böyük Qayıdış” prosesi və azad edilmiş ərazilərdə bərpa işlərinin sürətlənməsi Azərbaycanın sosial-iqtisadi modelini necə formalaşdırır?
2026-2028-ci illəri əhatə edən rəqəmsal inkişaf planı və “suveren süni intellekt” hədəfi ölkənin milli təhlükəsizliyi və iqtisadi müstəqilliyi üçün hansı imkanları yaradır?
Sosial şəbəkələrdə anonimlik, rəqəmsal təhlükəsizlik və dipfeyk texnologiyalarının yayılması hüquqi tənzimləmə baxımından hansı yeni müzakirələri zəruri edir?
ABŞ, Çin, Pakistan və İran ətrafında baş verən geosiyasi proseslər fonunda regional sabitlik və Azərbaycanın təhlükəsizlik strategiyası hansı çağırışlarla üz-üzə qala bilər?
Verilişdə bu və digər suallara aydınlıq gətirilib.
