İran Suriya və Venesueladan sonra Rusiyanın ən son müttəfiqi oldu və Putinin dostluğunun sərhədləri olduğunu öyrəndi.
Bu barədə “Politiko”da yayımlanan məqalədə deyilir.
Məlumata görə, kritik məqamlarda Kremlin müttəfiq ölkələrinin problemlərinə reaksiyası son dərəcə ləng idi:
“2024-cü ilin sonunda Suriya prezidenti Bəşər Əsəd üsyançı qüvvələr Dəməşqə basqın edərkən Rusiyanın dəstəyinin onun rejiminin sağ qalmasına zəmanət vermədiyini öyrəndi. Bu ilin əvvəlindən ABŞ həbsxanasında olan Venesuela prezidenti Nikolas Maduro da ehtiyacı olduğu halda Kremlin köməyini görmədi”.
Qeyd olunub ki, fevralın 28-də İranın ali rəhbəri Ayətullah Əli Xamenei Tehrana hücum zamanı öldürüldü və indi İran Amerika hegemonluğu qarşısında Kremlin səs-küylü bəyanatlarının kömək etmədiyini görür:
“Ötən yay İranın İsraillə 12 günlük müharibəsi zamanı, ABŞ-ın İranın nüvə obyektlərinə kütləvi hücumu zamanı yüksək rütbəli Rusiya rəsmiləri də pisləmə bəyanatları verdi, lakin heç bir tədbir görmədilər”./axar.az
