İran raketi Əbu-Dabi limanındakı “Mein Schiff 4” kruiz gəmisinin yaxınlığında düşüb. Gəmidə təxminən 3500 nəfər olub.
Bu barədə politoloq Heydər Oğuz qeyd edib.
O “Maş” teleqram kanalına istinadla bildirib ki, sərnişinlər arasında rus dilində danışanlar da var:
“Turistlərin əksəriyyəti Avropa Birliyi ölkələrindəndir. Gəmi hazırda Zayed limanındakı Amerika bazalarına hücumların baş verdiyi yerin yaxınlığında lövbər salıb.
Bundan əlavə, İran raketləri BƏƏ-nin neft platformasına və Fars körfəzindəki qatı tüstünün fasiləsiz qalxdığı “Camp de la Paix” Fransa dəniz bazasına zərbə endirib.
BƏƏ hakimiyyəti İslam Respublikasının ərazisinə qarşı qisas almaq hüququnu özündə saxladıqlarını bildirib”.
