Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 1
  • Sahibkarların “POS-terminal oyunu”: Vətəndaşları necə aldadırlar?

Sahibkarların “POS-terminal oyunu”: Vətəndaşları necə aldadırlar?

admin 01/03/2026
posterminal

Nağdsız ödənişlərin təşviqi məqsədilə POS-terminal istifadəsinin məcburi tətbiqi bazarda gözlənilməz nəticələr doğurub. Son dövrlər bəzi mağazalarda eyni məhsul üçün iki fərqli qiymət formalaşıb: nağd ödəniş üçün bir, kartla ödəniş üçün isə daha yüksək məbləğ. Artıq alıcılar tez-tez “kartla baha, nağd ucuz” dilemması ilə üz-üzə qalırlar. Məsələn, üzərində 100 manat yazılan məhsul nağd alındıqda həmin qiymətə satılır, lakin POS-terminal vasitəsilə ödəniş zamanı müştəridən 105 manat tələb olunur. Sahibkarlar kartla ödəyən müştərilərə endirim tətbiq etmir, bəzi hallarda isə açıq şəkildə əlavə haqq qoyurlar. Bu praktika isə faktiki olaraq vətəndaşları nağdsız ödənişdən çəkindirir, nağd dövriyyəni isə stimullaşdırır. Halbuki dövlət siyasətinin əsas məqsədi kölgə iqtisadiyyatını azaltmaq və ödənişlərin şəffaflığını artırmaqdır. Mövcud vəziyyət isə bu hədəflə ziddiyyət təşkil edir və yeni suallar yaradır: qiymət fərqləri nə dərəcədə qanunidir və bu tendensiya istehlakçıların hüquqlarına necə təsir göstərir?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Sahibkarların POS-terminal oyunu: Vətəndaşları necə aldadırlar?

“Qanunla qadağandır”

Vergi sahəsi üzrə ekspert Mahmud Abasquliyevin sözlərinə görə, nağdsız ödənişlərin təşviqi məqsədilə yeni qaydalar qəbul olunub: “2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, nağdsız ödənişlə işləyən vergi ödəyiciləri üçün ümumi dövriyyənin hesablanmasında güzəştlər tətbiq edilir. ƏDV üzrə qeydiyyat üçün dövriyyə həddi mövcuddur və sadələşdirilmiş vergi ödəyiciləri, eləcə də gəlir vergisi ödəyiciləri 12 ay ərzində ardıcıl dövriyyələri 200 min manatı aşdıqda ƏDV ödəyicisi olurlar. Bu həddin daha tez aşılmaması və nağdsız dövriyyəyə üstünlük verilməsi məqsədilə POS-terminal üzrə aparılan əməliyyatlarda dövriyyəyə 0,5 əmsal tətbiq edilir. Məsələn, sahibkar POS-terminal vasitəsilə 270 min manatlıq satış həyata keçiribsə, dövriyyə hesablanarkən bunun yalnız 135 min manatı nəzərə alınır və bu halda o, ƏDV ödəyicisi statusuna keçmir. Bu güzəşt məhz nağdsız ödənişlərin təşviqi məqsədi daşıyır”.

Sahibkarların POS-terminal oyunu: Vətəndaşları necə aldadırlar?

Ekspert sahibkarların belə addım atmasının səbəblərindən də bəhs etdi: “Buna baxmayaraq, bəzi sahibkarlar qanundan yayınmağa çalışır və məhsulu nağd ödəniş zamanı ucuz, nağdsız ödəniş zamanı isə baha satırlar. Halbuki nağd və nağdsız ödənişlər arasında qiymət fərqinin tətbiqi qanunla qadağandır. Bu praktikanın əsas səbəblərindən biri kartla daxil olan vəsaitin bank hesabında qalması və sonradan nağdlaşdırılarkən banklar tərəfindən müəyyən komissiyaların tutulmasıdır. Sahibkarlar bu xərcləri kompensasiya etmək üçün qiymət fərqi tətbiq edirlər. Lakin bu, hər bir halda qanuna ziddir”.

“Sahibkar üçün ciddi risklər yaradır”

M.Abasquliyevin fikrincə, belə hallar sahibkarın özü üçün də ciddi risklər yaradır: “Səyyar vergi yoxlamaları zamanı eyni məhsulun fərqli qiymətlərlə satıldığı müəyyən edilərsə, Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən, bazar qiyməti tətbiq olunar və bütün satışlar yüksək qiymət üzrə hesablanaraq əlavə vergi tutulması mümkündür. Bu isə dövriyyənin aşılması və əlavə vergi yükünün yaranması ilə nəticələnir. Sahibkarlar bəzən bu addımların onların xeyrinə olduğunu düşünsələr də, gələcəkdə yarana biləcək riskləri nəzərə almırlar”.

Sahibkarların POS-terminal oyunu: Vətəndaşları necə aldadırlar?

“Nağdsız ödənişlər qanunvericiliyin tələbidir”

İqtisadçı Eyyub Kərimli də düşünür ki, nağdsız ödənişlər qanunvericiliyin tələbidir: “Sahibkarın ödənişi nağd və ya kartla qəbul etməsində məhdudiyyət olmasa da, bəzi hallarda nağd ödənişlərdən vergidən yayınmaq məqsədilə istifadə edilir. Nağd və nağdsız ödənişlər arasında qiymət fərqinin tətbiqi ciddi qayda pozuntusu hesab olunur və inzibati məsuliyyət yaradır. Müştərilər bu cür hallarla qarşılaşdıqda müvafiq qurumlara şikayət edə bilərlər”.

E.Kərimlinin sözlərinə görə, nağdsız ödənişlərin azalması iqtisadiyyatda vergidən yayınma hallarına yol açır: “Halbuki dövlət tərəfindən nağdsız ödənişlər üçün sahibkarlara güzəştlər tətbiq edilir. Bu səbəbdən sahibkarların əksinə, nağdsız ödənişlərdə daha çox maraqlı olmaları məqsədəuyğundur”.

Sahibkarların POS-terminal oyunu: Vətəndaşları necə aldadırlar?

“Qanunsuz ödəniş üsullarına razılaşmamalıdırlar”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, hökumət nağdsız ödənişləri genişləndirməyi təşviq edir və bu istiqamətdə konkret qərarlar mövcuddur: “Amma bəzi biznes subyektləri bu siyasətə qarşı çıxaraq, istehlakçılardan nağd ödəniş tələb edirlər. Məqsəd vergidən yayınmaqdır”.

Sahibkarların POS-terminal oyunu: Vətəndaşları necə aldadırlar?

E.Hüseynov vətəndaşları belə hallarla qarşılaşdıqda müvafiq qurumlara məlumat verməyə çağırdı: “İstehlakçılara “nağd ucuz, kartla baha” kimi şərtlərin qoyulması tamamilə qanunsuzdur. Kartdan-karta köçürmələrlə ödənişlərin qəbulu da qanunvericiliyə uyğun hesab edilmir. Belə biznes qurumları istehlakçılar tərəfindən boykot edilməli, vətəndaşlar endirim və ucuzluq naminə qanunsuz ödəniş üsullarına razılaşmamalıdırlar”.

PAYLAŞIN:

Continue Reading

Previous: Xaricdə yaşayan azərbaycanlıların DİQQƏTİNƏ
Next: Xameneinin öldürülməsinə liderlərin REAKSİYASI

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.