Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 2
  • Cavabsız qalan SORĞULAR: Dövlət qurumlarının öhdəliyi və vətəndaşın informasiya haqqı

Cavabsız qalan SORĞULAR: Dövlət qurumlarının öhdəliyi və vətəndaşın informasiya haqqı

admin 02/03/2026
media-sorğu

 

Azərbaycanda dövlət qurumlarının və digər ictimai əhəmiyyətli təşkilatların sorğulara cavab vermə müddəti qanunvericiliklə dəqiq tənzimlənir. Həm vətəndaşların, həm də media nümayəndələrinin informasiya əldə etmək hüququ Konstitusiya ilə qorunur və müvafiq qanunlarla konkret mexanizmlər müəyyən edilib.

Buna baxmayaraq, praktikada bəzən dövlət qurumlarının sorğulara gec cavab verməsi, cavab müddətini əsassız şəkildə uzatması və ya ümumiyyətlə müraciətləri cavabsız qoyması halları müşahidə olunur ki, bu da haqlı narazılıqlara səbəb olur.

Natiq Ələsgərov

Məsələ ilə bağlı danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən, dövlət orqanları, bələdiyyələr və dövlət müəssisələri vətəndaşların yazılı və ya elektron formada ünvanladıqları müraciətlərə, bir qayda olaraq, 30 gün müddətində cavab verməlidirlər:

“Əgər müraciət əlavə araşdırma tələb etmirsə, ona 15 gün ərzində baxılmalıdır. Mürəkkəb və əlavə yoxlama tələb edən hallarda cavab müddəti uzadıla bilər, lakin bu zaman müraciət edən şəxsə rəsmi qaydada məlumat verilməlidir və ümumi müddət qanunda nəzərdə tutulmuş çərçivədən kənara çıxmamalıdır. Qurum müraciətə baxılmasını əsassız şəkildə gecikdirə bilməz və cavab mütləq əsaslandırılmış formada təqdim olunmalıdır”.

Hüquqşünas qeyd edib ki, media sorğuları isə bir qədər fərqli hüquqi rejimə tabedir:

“İnformasiya əldə etmək haqqında” və “Media haqqında” qanunlara əsasən, jurnalistlərin və media subyektlərinin sorğularına daha operativ qaydada baxılmalıdır. Qanunvericiliyə görə, informasiya sorğusuna mümkün olan ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq cavab verilməlidir.

“Əgər tələb olunan məlumatın toplanması və ya hazırlanması əlavə vaxt tələb edirsə, bu müddət 7 iş günü uzadıla bilər. Təcili və ictimai əhəmiyyət daşıyan informasiya ilə bağlı hallarda isə cavab daha qısa müddətdə təqdim olunmalıdır.

Qurum informasiya verməkdən imtina edərsə, bu imtina yazılı şəkildə əsaslandırılmalı və hüquqi səbəblər göstərilməlidir. Yəni vətəndaş müraciəti ilə media sorğusu arasında əsas fərq cavab müddətində və hüquqi əsasda özünü göstərir. Vətəndaş müraciətləri daha geniş və ümumi xarakter daşıyırsa, media sorğuları konkret informasiya əldə etmək məqsədi güdür və qanun onları daha operativ cavablandırmağı tələb edir. Bu fərq ictimai nəzarətin effektivliyi və cəmiyyətin məlumatlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.

Bundan başqa, hüquqşünas bildirib ki, dövlət qurumlarının sorğulara vaxtında cavab verməsi hüquqi öhdəlik olmaqla yanaşı, həm də şəffaf idarəçiliyin əsas prinsiplərindən biridir.

Onun sözlərinə görə, qanunvericilik kifayət qədər aydın olsa da, əsas problem icra intizamı ilə bağlıdır:

“Vətəndaş müraciətləri üzrə 30 günlük, media sorğuları üzrə isə daha qısa – 7 iş günlük müddət müəyyən edilib. Bu müddətlər tövsiyə xarakterli deyil, məcburidir. Qurum cavabı gecikdirirsə və ya əsassız imtina edirsə, bu artıq hüquq pozuntusu hesab olunur”.

Hüquqşünas qeyd edir ki, media sorğularının operativ cavablandırılması demokratik cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır:

“Jurnalistlər cəmiyyət adından sual verir. Onların sorğusuna gec cavab vermək faktiki olaraq ictimaiyyətin məlumat almaq hüququnun məhdudlaşdırılması deməkdir. Qanun bu səbəbdən media sorğularına daha qısa müddət müəyyən edib. Vaxtında və dolğun cavab həm vətəndaş məmnunluğunu artırır, həm də dövlətə olan etimadı möhkəmləndirir. Əks halda, gecikmələr hüquqi mübahisələrə və əlavə inzibati məsuliyyətə səbəb ola bilər”./nocomment.az

PAYLAŞIN:

Continue Reading

Previous: “İranda rejim dəyişikliyi mərhələsi artıq başlayıb” – “Atəşkəsdən sonra sürətlə davam edəcək”
Next: İran müharibəsində çıxarılan dərs – Xameneyi əməliyyatında texnologiyanın rolu

OXŞAR MÖVZULAR

söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026
vergi-v

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

admin 16/04/2026
ət-m

Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.