Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 2
  • Fidanın İran məsələsində 3 mərhələli həll planı var – Ankara tərəf seçmədən…

Fidanın İran məsələsində 3 mərhələli həll planı var – Ankara tərəf seçmədən…

admin 02/03/2026
hakan-f2

 

ABŞ-də nəşr olunan “Forbes” jurnalı bölgədə artan gərginlik fonunda Türkiyənin apardığı diplomatik fəaliyyəti təhlil edib.

“İranın liderliyi başsız qaldı — bundan sonrasını Türkiyə müəyyənləşdirəcək” başlıqlı məqalədə rəsmi Ankaranın son illərdə Ukrayna müharibəsi, Qəzza böhranı, Rusiya–ABŞ təmasları və İranın nüvə proqramı kimi məsələlərdə aktiv rol oynadığı vurğulanır. Bildirilir ki, Türkiyə tərəf seçmədən diplomatik kanalları açıq saxlamaq strategiyası ilə hərəkət edir.

Nəşr Prezident Rəcəb Tayyib Ərdoğanın hücumları “dərindən narahatedici” adlandırdığını xatırladır. Xarici işlər naziri Hakan Fidanın İran, İraq, Səudiyyə Ərəbistanı, Misir və İndoneziya ilə təmaslar qurduğu qeyd olunur. Jurnal Türkiyənin bu qarşıdurmada heç bir tərəfin yanında yer almadığını və prosesləri ayrıca mövqedən izlədiyini yazır.

Məqalədə 1639-cu ildə müəyyənləşdirilən Türkiyə–İran sərhədinin Yaxın Şərqin ən qədim davamlı idarə olunan sərhədi olduğu xatırladılır. İki ölkə arasındakı münasibətlərin yalnız siyasi etimada deyil, həm də institusional və tarixi infrastruktur bağlarına söykəndiyi bildirilir. Türkiyənin İrandakı türk mənşəli əhali ilə əlaqələrinin Ankaraya əlavə kommunikasiya imkanları yaratdığı vurğulanır.

Təhlildə Texas Universitetinin mütəxəssisinin fikirlərinə istinadən Türkiyə–İran rəqabətinin “varoluşsal xarakter daşımadığı”, Ankaranın regional baxımdan ifrata varmayan istənilən İran hökuməti ilə işləyə biləcəyi qeyd olunur.

Eyni zamanda yazıda Türkiyənin xarici siyasətində kürd məsələsinin mühüm yer tutduğu bildirilir. PKK-nın İran qolu kimi təqdim edilən PJAK-ın fəaliyyəti və İranda bəzi kürd qruplarının ortaq komanda strukturu yaratdığı iddia edilir. PKK-nın 2025-ci ilin mayında silahlı mübarizəni dayandırmaq qərarı aldığı, lakin PJAK-ın bu qərarı izləmədiyi vurğulanır.

“Forbes” Türkiyənin böhranlara yanaşmasını üç mərhələli model kimi təqdim edir: birinci mərhələ ictimai qınama, ikinci mərhələ arxa diplomatik kanalların işə salınması, üçüncü mərhələ isə iqtisadi mövqelənmədir. Ankaranın İranda hakimiyyətə gələ biləcək mümkün qüvvələrlə də təmasları açıq saxlayacağı qeyd olunur.

Nəşr İranla bağlı mümkün risklərə də diqqət çəkir. Bildirilir ki, İran Türkiyənin təbii qaz tələbatının təxminən 15–16 faizini qarşılayır və mövcud müqavilə 2026-cı ilin ortalarında başa çatır. Ehtimal olunan miqrasiya axınının və İrandakı azərbaycanlıların mövqeyinin regiondakı balanslara təsir göstərə biləcəyi vurğulanır.

Məqalə müəllifi yaxın 30 gün ərzində İranda baş verəcək proseslərin Türkiyənin bölgədəki mövqeyinə birbaşa təsir edəcəyini qeyd edərək, “uzun oyunun xeyli qısaldığını” yazır. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Surroqat ana biznesi – Azərbaycanlı qadınların qlobal bazarda görünməmiş aktivliyi
Next: “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.