Skip to content
26/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 3
  • Əhaliyə BUNA GÖRƏ pul verilə bilər – GÖZLƏNTİ

Əhaliyə BUNA GÖRƏ pul verilə bilər – GÖZLƏNTİ

admin 03/03/2026
manatlar-200

 

Ötən əsrin sonlarında dövlətin verdiyi qiymətli kağızları – özəlləşdirmə payları (çeklər) əllərində qalan yüzminlərlə vətəndaş adından Milli Məclis rəhbərliyinə və üzvlərinə ünvanlananan müraciətə deputatlar tərəfindən reaksiyalar davam etməkdədir. Milli Məclis üzvləri vətəndaşların tələblərinin haqlı olduğunu vurğulayır, problemin qısa müddətdə yerinə yetirilməsini zəruri hesab edirlər və bu yöndə hökumətə çağırışlar ünvanlayırlar. Qeyd edək ki, dövlətin qiymətli kağızının dövriyyədə ödəmə vasitəsi kimi müddətinin qanunsuz olaraq 2011-ci ildə dayandırılmasından narazı qalan vətəndaşlar pozulan hüquqlarının bərpasını tələb edirlər.

Məşhur çeklərin 20 minə alınması iddiasına - RƏSMİ MÜNASİBƏT - FED.az

Bu problem həll oluna bilərmi?

İqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Dövlət müddəti vaxtilə bir neçə dəfə uzadıb. Bu məsələ ilə bağlı vətəndaşların bir qismi mənə müraciət edib və məndən narazı qalıblar. Birincisi, dövlət vaxtilə müddəti bir neçə dəfə uzadıb. Kimsə çatdırmayıb, hər dəfə bildiriblər ki, gedin həll edin, bundan istifadə edin. Yəni bu özəlləşmə çeklərinin müəyyən müddəti var idi. Dövlət həmin müddəti bir neçə dəfə uzadıb və axırıncı dəfə də deyilib ki, bundan sonra artıq uzadılmayacaq, 2011-ci ildə. Üstündən düz 15 il keçib, bu, xeyli müddət deməkdir”.

Hüquqşünas qeyd edib ki, yenidən müddətin uzadılmasını tələb edirlər və bunu “yüz minlərlə vətəndaşın problemi” kimi təqdim edirlər. Lakin onun fikrincə, söhbət yüz minlərlə vətəndaşdan deyil, ola bilsin yüz minlərlə çekdən gedir: “Bu o demək deyil ki, bütün çeklər ayrı-ayrı şəxslərin əlindədir. Birincisi, prinsip olaraq, dövlət nəyəsə müddət qoyursa və sonra hər dəfə onu uzadırsa, insanlar hər dəfə ümid edirlər ki, istənilən halda dövlət yenə vaxtını uzadacaq. Nəticədə insanların aktivliyi azalır. Bu bir. Deməli dövlət də, hökumət də işini planlaşdıra bilməyəcək. İkinci məsələ isə budur ki, bu, həmin fəaliyyəti vaxtında həyata keçirənlərə qarşı haqsızlıqdır. Məsələn, götürək o çekləri. Həqiqətən də vaxtilə dövlət müddət verib, insanlar da gedib istifadə ediblər. Ola bilər ki, bunu o qədər də effektiv, özlərinə ən sərfəli formada etməyiblər. Amma indikilər, əgər onlara yenidən imkan verilsə, həmin şərtlərdən daha səmərəli istifadə edə, daha çox aktiv əldə edə bilərlər.
Bu, vaxtında istifadə edənlərə qarşı nə dərəcədə ədalətlidir? Onlar ki, vaxtında gedib istifadə ediblər. Yəni, hər dəfə müddətlərin uzadılması tamamilə düzgün addım deyil. Amma mən bu məsələləri də kənara qoyuram”.

Əkrəm Həsənov: “Bu, Ali Məhkəmənin hakimidir, onu hamı tanısın” - FOTO

Hüquqşünas diqqəti digər mühüm məqamlara da yönəldib. O bildirib ki, ona müraciət edən şəxslər arasında minlərlə çeki olanlar var. Onun sözlərinə görə, həmin şəxslər vaxtilə çekləri vətəndaşlardan ucuz qiymətə alıb, gələcəkdə qiymət artımı və ya imkan yaranacağı təqdirdə istifadə etməyi planlaşdırıblar, lakin bundan yararlana bilməyiblər: “Belə şəxslər artıq sıravi vətəndaş deyil, faktiki olaraq bunu biznes imkanı kimi görən adamlardır”.

Əkrəm Həsənov ən riskli məqamın isə çeklərin sonrakı taleyi ilə bağlı olduğunu vurğulayıb. O xatırladıb ki, vaxtilə bu çeklər vasitəsilə dövlət müəssisələrində paylar və müxtəlif obyektlər əldə olunub. Lakin istifadə edilən çeklərin sonradan məhv edilib-edilmədiyi, dövriyyədən çıxarılıb-çıxarılmadığı barədə aydın və şəffaf statistika yoxdur: “Biz haradan bilək ki, həmin çeklərdən artıq istifadə olunmayıb? Onların hamısının məhv edildiyinə dair tam etibarlı uçot varmı? Eyni çekdən ikinci dəfə istifadə riski istisna deyil”.

Onun sözlərinə görə, ehtimal etmək olar ki, müəyyən şəxslər çekləri saxlayıb və yenidən müddət veriləcəyi halda onları dövriyyəyə buraxmağa çalışa bilərlər: “Mən konkret kimisə ittiham etmirəm. Amma belə risk var və bu, dövlət üçün təhlükəli vəziyyət yarada bilər”.

Hüquqşünas hesab edir ki, müddətin yenidən uzadılması çağırışlarının arxasında hər zaman saf niyyət dayanmadığını nəzərə almaq lazımdır. O əlavə edib ki, dövlət büdcəsinin kifayət qədər problemləri olduğu bir vaxtda dövlət əmlakının faktiki olaraq pulsuz şəkildə yenidən paylanması iqtisadi baxımdan da məqsədəuyğun deyil.
Qeyd edək ki, ötən əsrin sonunda – Özəlləşdirmə Payları (çekləri) 29 sentyabr 1995-ci il 1120 nömrəli Qanunla qəbul olunmuş Dövlət Proqramı ilə verilib və Qanunun icrasını təmin etmək üçün AR Prezidentinin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”yə uyğun olaraq paylanıb. Qanunla vətəndaşlara mülkiyyət sahibi olmaq üçün verilmiş qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Eyni zamanda, onların dövriyyədə Tədiyyə-Özəlləşdirmə vasitəsi kimi istifadəsi də Qanuna və Konstitusiyaya zidd olaraq Fərmanla məhdudlaşdırılıb./musavar.com

PAYLAŞIN:

Continue Reading

Previous: “AZ” domeni 300 dollarlıq sertifikata görə çökdü – 40 min istifadəçinin məlumatları oğurlana bilər – FOTO
Next: İrandakı savaş Azərbaycanın ərzaq bazarını “vurucaq”? – “Yüzlərlə məhsul bahalaşa bilər…”

OXŞAR MÖVZULAR

b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026
dim_imtahan_3

Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik

admin 26/05/2026
2736edfb-ba1b-3ccf-af18-bf367824ab80_1200

Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.