Skip to content
04/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 4
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-Açıq siyasi ziddiyyət…/FOTOLAR

QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-Açıq siyasi ziddiyyət…/FOTOLAR

admin 04/03/2026
qht-5

 

2021-ci il 26 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında post-müharibə dövrünün ideoloji çərçivəsini açıq şəkildə müəyyənləşdirdi. O, birmənalı olaraq bildirdi ki, “biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir”.

Bu, təsadüfi deyil, siyasi mesaj idi. Bu bəyanat terminoloji korrektə yox, yeni reallığın rəsmi ifadəsi idi. Dövlət başçısı bununla həm beynəlxalq auditoriyaya, həm də daxili ictimai-siyasi mühitə aydın xətt göstərirdi: artıq köhnə münaqişə leksikonuna qayıdış yoxdur.

Prezidentin köməkçisi Hikmət Hacıyev də bu mövqeni təsdiqləyərək “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin artıq mövcud olmadığını, Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini vurğuladı. Yəni siyasi xətt iki ayrı səviyyədə – həm dövlət başçısı, həm də onun rəsmi nümayəndəsi tərəfindən ifadə edildi. Bundan sonra hansısa dövlət qurumunun bu mövqeni görməməzliyə vurması üçün heç bir əsas qalmırdı.

                             Deputat Naqif Həmzəyev “gül vurub”

Lakin paradoks ondadır ki, 2023-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən layihələrdən biri açıq şəkildə “Dağlıq Qarabağ” ifadəsini daşıyırdı. Deputat Naqif Həmzəyevə məxsus Dünya Azərbaycanlıları Gənclər İctimai Birliyinin “Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində maarifləndirmə işi aparmaq üçün təlimçilərin yetişdirilməsi” adlı layihəsi dövlət vəsaiti hesabına icra olunub, tədbirlərdə bu ifadə bannerlərdə açıq şəkildə yer alıb və mediada da geniş tirajlanıb. Ən təəccüblüsü isə budur ki, bu açıq ziddiyyət ictimai müzakirə mövzusuna çevrilməyib.

Deputat Naqif Həmzəyev vətəndaş qəbulu keçirib FOTO

                        Naqif Həmzəyev

Burada məsələ hansısa bir QHT-nin ad seçimi deyil. Məsələ dövlətin ali siyasi iradəsi ilə dövlət qurumunun əməli fəaliyyəti arasında yaranmış uyğunsuzluqdur. Əgər Prezident açıq şəkildə müəyyən ifadənin işlədilməməsini bildirirsə, ideoloji və ictimai sektorla işləyən bir qurumun həmin ifadəni daşıyan layihəni maliyyələşdirməsi nə ilə izah oluna bilər? Bu, diqqətsizlikdir? Səhlənkarlıqdır? Yoxsa siyasi mesajların ciddiyə alınmamasıdır?

Daha ciddi sual isə budur: Prezidentin səsləndirdiyi mövqe yalnız mediaya ünvanlanmış bəyanatdır, yoxsa dövlət idarəçiliyində rəhbər tutulmalı olan prinsip? Əgər rəhbər prinsipdirsə, onda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu addımı açıq şəkildə siyasi xəttə uyğun gəlmir. Əgər rəhbər prinsip deyilsə, bu zaman dövlət idarəçiliyində vahid ideoloji koordinasiyadan danışmaq çətinləşir.

Məsələnin davamlı xarakter alması da diqqətdən yayınmamalıdır. Bu istiqamətdə daxil olmuş məlumatlarda daha maraqlı faktlar yer alr: Həmin təşkilata 2024-cü ildə 7 950 manat, 2025-ci ildə isə 18 000 manat qrant ayrılması göstərir ki, bu, təsadüfi texniki səhv kimi təqdim edilə bilməz. Layihələrin adlarına, məzmununa və dövlət siyasətinə uyğunluğuna real nəzarət mexanizmi varsa, belə bir ziddiyyətin baş verməsi mümkünsüz olmalı idi. Əgər yoxdursa, bu, sistemli boşluq deməkdir.

Ən narahatedici məqam isə seçmə yanaşma ehtimalıdır. Layihələrin məzmunu deyil, QHT təsisçisinin statusu əsas götürülürsə, bu artıq idarəçilik problemdir. Dövlət vəsaiti siyasi nüfuz əsasında bölüşdürülürsə, ideoloji xətt ikinci plana keçir. Bu isə post-müharibə dövründə xüsusilə təhlükəlidir. Çünki terminologiya indi sadəcə söz oyunu deyil, suverenliyin və siyasi iradənin ifadəsidir.

Əgər ideoloji istiqamətdə fəaliyyət göstərən bir qurum ölkə başçısının açıq mövqeyini praktik fəaliyyətində nəzərə almırsa, bu, sıradan uyğunsuzluq deyil. Bu, siyasi məsuliyyət məsələsidir. Dövlət başçısının mesajını düzgün oxumayan və ya oxumaq istəməyən qurum ictimai rəyə hansı siqnalı verir? Vahid siyasi xətt varmı, yoxsa hər kəs öz bildiyi kimi hərəkət edir?

Belə hallara susmaq problemi dərinləşdirir. Çünki səssizlik yanlış presedent yaradır. Dövlət siyasətində ardıcıllıq pozularsa, bu, ilk növbədə ideoloji müstəvidə boşluq yaradar və ideoloji boşluq həmişə ən təhlükəli zəiflikdir./yenixeber.org

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

PAYLAŞIN:

Continue Reading

Previous: İran bircə həftə dözsə… – Rus politoloq
Next: “Kənddən Şəhərə” yarmarkası: Məqsəd ucuzluqdursa, qiymətlər niyə dəyişmir?

OXŞAR MÖVZULAR

şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026
zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Kəndlidən ucuz çıxan məhsul Bakıda niyə bahalaşır? – Əsl səbəblər 04/05/2026
  • Bu il işləyənlərin pensiyaları nə qədər artırılacaq? 04/05/2026
  • Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: “Onlar bizə nümunədir” 04/05/2026
  • Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir 04/05/2026
  • ETSN beynəlxalq tədbirin təşkili üzrə təcrübəsi olmayan şirkətlə müqavilə bağladı – 445 min manat dəyərində 04/05/2026
  • İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq 04/05/2026
  • 2026-cı ilin ən yaxşı yeni avtomobilləri 04/05/2026
  • Regiona soyuqlar gəlir: hava kəskin soyuyacaq 04/05/2026
  • FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür 04/05/2026
  • ADB prezidenti: Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir 04/05/2026
  • Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? – Yeni mexanizm GÜNDƏMDƏ 04/05/2026
  • Putinin reytinqi düşür, Kreml narahatdır! 04/05/2026
  • Televizora və telefona baxaraq yatmağın ZƏRƏRLƏRİ 04/05/2026
  • Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub 04/05/2026
  • ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək 04/05/2026
  • Gübrə bahalaşır: Dünayada aclıq və sosial iğtişaşlar gözlənilir 04/05/2026
  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.