Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 5
  • Bələdiyyələr torpaq sənədləşməsində vətəndaşları niyə yorurlar?

Bələdiyyələr torpaq sənədləşməsində vətəndaşları niyə yorurlar?

admin 05/03/2026
torpaq-tk

 

Son vaxtlar bələdiyyələrlə bağlı şikayətlərin sayı artmaqdadır. Xüsusilə çıxarış və torpaq sənədləşməsi məsələlərində süründürməçilik olduğu iddia edilir. Müraciət edənlər bildirirlər ki, proses uzadılır, konkret vaxt çərçivəsi göstərilmir, məsul qurum isə dəqiq müəyyən olunmur.

Bəs görəsən, proses hansı müddət çərçivəsində həyata keçirilməlidir? Məlumatlarda uyğunsuzluq yaranarsa, qərar neçə günə verilməlidir? Bələdiyyələrin bu prosesdə real səlahiyyəti nədən ibarətdir?

Deputat, iqtisadçı-ekspert Vüqar Bayramov mövzu ilə bağlı açıqlamasında bildirib ki, çıxarışların verilməsi ilə bağlı konsepsiya hazırlanır və sənəd təsdiqləndikdən sonra mərhələli şəkildə icraya başlanılacaq.

Bələdiyyələr torpaq sənədləşməsində vətəndaşları niyə yorurlar?

O qeyd edib ki, ilkin mərhələdə 2021-ci ilə qədər inşa edilən yaşayış evlərinə çıxarışların verilməsi nəzərdə tutulur:

“Daha sonra növbəli qaydada sənədsiz və hüquqi statusu tam rəsmiləşdirilməmiş yaşayış evlərinin çıxarışla təmin olunması davam etdiriləcək. Gözləntilərə əsasən, konsepsiya təsdiqləndikdən sonra ilk mərhələdə yüzminlərlə evə çıxarışın verilməsi mümkün olacaq. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, vətəndaş tərəfindən tələb olunan sənədlər təqdim edilərək təsdiqləndikdən sonra çıxarışın verilməsi proseduruna başlanılır. Nazirlər Kabinetinin ötən həftə təsdiqlədiyi qaydalara əsasən, məlumatlarda uyğunsuzluq aşkarlanarsa, aidiyyəti dövlət qurumu – Əmlak Məsələləri Dövlət Xidməti – 15 iş günü ərzində həmin məlumatları dəqiqləşdirməli və bundan sonra qərar verməlidir”.

Deputat izah edib ki, vətəndaş müraciətində torpağın tikinti üçün nəzərdə tutulduğunu göstərdiyi halda, dövlət bazasında həmin torpaq əkin üçün yararlı kimi qeyd olunubsa, bu zaman uyğunlaşdırma aparılır:

“Müvafiq qurumlar, o cümlədən arxiv orqanlarından məlumat alınır və fakt təsdiqini taparsa, vətəndaş çıxarışla təmin edilir”.

V.Bayramov xüsusi olaraq vurğulayıb ki, bələdiyyələrin çıxarış vermək səlahiyyəti yoxdur:

“Bələdiyyələr yalnız bələdiyyə torpaqlarını hərrac vasitəsilə sata bilərlər. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, həmin torpaqların qiymətləndirilməsi artıq bələdiyyələr tərəfindən deyil, müstəqil üçüncü qiymətləndirici qurumlar tərəfindən həyata keçirilir. Son illərin praktikası göstərir ki, əvvəlki dövrlərlə müqayisədə hərraca çıxarılan bələdiyyə torpaqlarının sayında kəskin azalma müşahidə olunur. Bu isə həm nəzarətin gücləndirilməsi, həm də qiymətləndirmə mexanizmlərinin dəyişməsi ilə əlaqələndirilir”.

Elektronlaşma məsələsinə də toxunan V.Bayramov bildirib ki, bələdiyyələrin fəaliyyətində rəqəmsal imkanlardan istifadənin genişləndirilməsi vacibdir:

“2025-ci il üzrə fəaliyyət istiqamətləri müzakirə olunarkən elektron sistemlərin tətbiqi əsas təkliflərdən biri olub. Hazırda elektron hərracların təşkili və qiymətləndirmə prosesinin rəqəmsal əsasda aparılması istiqamətində addımlar atılır”.

Deputat əlavə edib ki, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, gəlir imkanlarının artırılması və şəffaflığın genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək:

“Sənədsiz evlərlə bağlı konsepsiya hazırlanma mərhələsindədir və sənəd təsdiqləndikdən sonra daha çox sayda belə evlərin qısa müddətdə leqallaşdırılması istiqamətində işlər aparılacaq”./oxu.az

PAYLAŞIN:

Continue Reading

Previous: Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb – VİDEO
Next: Marko Tonequtti: “Avropanın Azərbaycandan əlavə qaz həcmlərinə ehtiyacı var”

OXŞAR MÖVZULAR

söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026
vergi-v

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

admin 16/04/2026
ət-m

Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.