Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 5
  • Bakıda evlər niyə real dəyərindən iki qat baha satılır? – “Zirə, Türkan və Qobuda qiymətlər…”

Bakıda evlər niyə real dəyərindən iki qat baha satılır? – “Zirə, Türkan və Qobuda qiymətlər…”

admin 05/03/2026
evler-sn

Bakıda daşınmaz əmlak bazarında həm satış, həm də icarə qiymətlərində artım davam edir. Ekspertlər hesab edirlər ki, son illərdə müşahidə olunan bahalaşma bazarda tələbin yüksək olması və təklifin məhdudluğu ilə bağlıdır.

Bu barədə açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, hazırda bazarda qiymət artımı həm mənzillərin satışında, həm də icarəsində müşahidə olunur.

media-whatsapp-image-2026-03-05-at-14-21-40

Onun sözlərinə görə, bu proses birbaşa hansısa nəzarətin olmaması ilə bağlı deyil, lakin bazarda müəyyən tənzimləmə mexanizmlərinin tətbiqi qiymətlərin daha stabil olmasına kömək edə bilər:

“Qiymət dayanmadan artır  istər icarə, istərsə də satış qiymətləri. Sözsüz ki, burada hansısa bir nəzarətdən və yaxud nəzarətsizlikdən söhbət getmir. Düzdür, nəzarət mexanizmi tətbiq olunsa, qiymətlər daha stabil olar və iqtisadiyyatımıza uyğun səviyyədə formalaşar”.

Ekspert qeyd edib ki, ən yüksək qiymətlər ənənəvi olaraq paytaxtın mərkəzi hissəsində müşahidə olunur. Son dövrlər isə yeni tikililərin cəmləşdiyi Ağ Şəhər ərazisində də qiymətlər sürətlə artıb:

“Qiymətlərin ən yüksək həddi şəhərin mərkəzi hissəsindədir. Son vaxtlar Ağ Şəhərə də tələbat artıb. Amma nəzərə almaq lazımdır ki, burada mənzillərin qiymətləri həddindən artıq şişib. Xüsusilə mərkəzdə dənizə yaxın, dəniz mənzərəli mənzillər daha yüksək qiymətə təklif olunur”.

Elnur Azadov bildirib ki, bəzi hallarda bazarda 50-60 faizədək qiymət artımı müşahidə olunur ki, bu da ölkə iqtisadiyyatının real göstəriciləri ilə tam uyğun gəlmir:

“Bizdə müşahidə olunan 50-60 faizlik qiymət artımı iqtisadiyyatımıza uyğun deyil. Bu, ilk növbədə tikinti şirkətləri arasında rəqabətin azalması ilə bağlı yaranan vəziyyətdən qaynaqlanır. Digər tərəfdən, daşınmaz əmlak çatışmazlığı vətəndaşların mənzil axtarışını intensivləşdirir və bu da qiymətlərə təsir edən əsas amillərdən biridir”.

Ekspertin sözlərinə görə, mənzil qıtlığı icarə bazarında da özünü göstərir və xüsusilə mərkəzi ərazilərdə qiymətlər daha yüksəkdir:

“Qıtlıq icarə bazarında da müşahidə olunur. Tələbat olan ərazilərdə qiymətlər daha yüksəkdir. Şəhərin mərkəzi hissəsində həm yerli əhali, həm də turizm axını var. Eyni zamanda tələbələr üçün metrolara yaxın, aktiv yol infrastrukturu olan ərazilərdə, xüsusilə bir otaqlı və kiçik mənzillərə tələbat çox olduğuna görə qiymətlər normadan yüksəkdir”.

Elnur Azadov əlavə edib ki, son illərdə daşınmaz əmlak daha çox investisiya məqsədilə alınır və bu da icarə qiymətlərinə təsir edir:

“Daşınmaz əmlakın investisiya məqsədilə alınmasında müəyyən geri dönüş dövrü var. Adətən, yeni alınan mənzillər bazar qiymətindən bir qədər yuxarı qiymətə icarəyə verilir və bu normaldır. Ümumiyyətlə, ölkəmizdə daşınmaz əmlaka qoyulan investisiyanın geri dönüş müddəti orta hesabla 20 ilə çatıb. Halbuki əvvəllər bu göstərici təxminən 15 il idi”.

Ekspert bildirib ki, paytaxtda daha münasib qiymətə mənzil tapmaq üçün əsasən şəhərin kənar ərazilərinə və infrastrukturun zəif olduğu qəsəbələrə üz tutmaq lazımdır:

“Daha ucuz qiymətlər Bakı şəhərinin kənar ərazilərindədir. Əsasən, hələ infrastrukturu tam formalaşmamış bağ ərazilərində və şəhərdən uzaq qəsəbələrdə belə mənzillər var. Məsələn, Zirə, Türkan, Abşeron rayonunun bəzi əraziləri, Güzdək, qismən Qobu, Hökməli, Müşviqabad, həmçinin Ceyranbatan kimi ərazilərdə qiymətlər nisbətən aşağıdır”.

Ekspert hesab edir ki, yaxın dövrdə tələbin yüksək qalması fonunda daşınmaz əmlak bazarında qiymət artımı tendensiyası müəyyən müddət davam edə bilər./yenicag.az

PAYLAŞIN:

Continue Reading

Previous: “Bu, doğru yanaşma deyil, cənab nazir!” – İqtisadçı İqtisadiyyat nazirinə səsləndi
Next: İpoteka limitləri saniyələr sonra bitdi?

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.