Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 5
  • Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib

Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib

admin 05/03/2026
niyazi-yol (1)

 

Bir neçə gün öncə mediada Gəncə şəhəri ilə ətraf qəsəbələrin bir çox küçə və prospektlərində yolların yararsız vəziyyətə düşməsi barədə xəbər yayıldı. Xəbərdə qeyd edilir ki, 2025-ci ildə Gəncədə Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunları öncəsi şəhərdaxili avtomobil yolları təmir edilsə də, artıq həmin yollarda problemlər yaranıb. Şəhərin Natavan, Məhsəti, Cavadxan qəsəbələrini, Nəriman Nərimanov, Nizami Gəncəvi prospektlərini, Niyazi Əhmədov, Üzeyir Hacıbəyov, Şahlar Hüseynov və başqa küçələri xüsusi qeyd etmək olar. O istiqamətdəki küçələrdə yolların bərbad durumu avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, nəqliyyat vasitələrinə texniki, sürücülərə isə maddi ziyan vurur. Yağntılı havalarda isə yollarda vəziyyət daha da ağırlaşır – məlumatlarda qeyd edilir.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi Oyunlarının açılış mərasimi Gəncədə sentyabrın 28-də baş tutub. Gəncə stadionunda keçirilən bağlanış mərasimi isə oktyabrın 8-də keçirilib. Göründüyü kimi Gəncə şəhərində cəmi 10 gün keçirilmiş idman mərisimindən əvvəl yollar təmir olunub. Bununla yanaşı dövlət büdcəsindən hər il Gəncə şəhərində yolların təmirinə milyonlarla manat vəsait ayrılır. Bəs onda Gəncənin yuxarıda qeyd olunan küçələrində və digər qəsəbələrində yolların vəziyyəti bərbad haldadır.

Aktualinfo.net bu mövzuya ötən il toxunmuşdu və bir daha xatırlatmaq istərdik ki,  Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-2023-cü illərdə təkcə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə küçə və prospektlərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin, abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 45 054 591 manat olan 9 satınalma müqaviləsi bağlayıb.

Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində yolların əsaslı təmir işləri satınalınması üzrə “GÖYGÖL TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 969.338,5 manat məbləğində satınalma müqaviləsini 14.11.2024-cü ildə bağlayıb.

Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə şəhərində yolların əsaslı təmiri işləri üzrə 2.897.827,35 manat məbləğində satınalma müqaviləsi “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə 18.06.2025-ci ildə bağlanılıb.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərfindən  yolların əsaslı təmiri işlərinin satınalınması  üzrə 9.847.742,45 manat məbləğində satınalma müqaviləsi “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə 22.11.2024-cü ildə bağlanılıb.

Göründüyü kimi Gəncə şəhərində hər il yolların əsaslı təmiri işlərinin satın alınması məqsədi ilə milyonlarla manat dövlət vəsaitləri ayrılsa da şəhərin yollarının bərbad vəziyyətdə olması ilə bağlı hər il yeni -yeni fotolar yayılır.

Bütün bunlarla bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən mediaya bildirilib ki, şəhərin adı çəkilən və daha bir neçə küçəsində avtomobil yollarında yaranmış problemlərdən xəbərdardırlar və ötən illərdə olduğu kimi bu il də mərhələli şəkildə təmir-bərpa işləri aparılacaq.

“Şəhərin bir neçə küçəsinin avtomobil yolu uzun illər öncə çəkilib, asfaltlanıb. Artıq həmin yolların bəzi hissələrində çöküntü, dağıntı və aşınma olub. Həmin yollarda təmir-bərpa işləri mərhələli şəkildə aparılacaq. Ötən il şəhər ərazisində bir neçə küçə və prospektdə asfaltlama işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılıb. Həmin yollarda da yaranmış problemlərin aradan qaldırılması ilə bağlı icra hakimiyyəti tərəfindən müvafiq müraciət ünvanlanıb”.

Göründüyü kimi Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmisi ağ yalan danışır. Təbii ki, şəhərin bir neçə küçəsinin avtomobil yolu uzun illər öncə çəkilib, asfaltlanıb. Maraqlıdır uzun illər dedikdə bu rəsmi şəxs neçə il nəzərdə tutub? İyirmi, otuz, yoxsa neçə il?

Digər tərəfdən yalnız satınalmaların portalından əldə etdyimiz məlumatlara görə Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi son 5 ildə yolların əsaslı təmiri işlərinə 50 milyon manatdan çox dəyəri olan rəsmi müqavilələr bağlanılıb. Onda bu pullar hara gedib?

Hələ Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən də şəhər ərazisində bir neçə küçə və prospektdə asfaltlama işləri aparılıb. AAYDA-nın da Gəncə şəhərinin müxtəlif ərazilərini əhatə edən küçə və prospektin yenidən asfaltlandığını da nəzərə alsaq buraya milyonların ayrıldlğını təxmin etmək olar. Belə olan halda Gəncənin yolları niyə bərbaddır. Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi bu açıqlama ilə kimin gözünə kül üfürür?

Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi son 5 ildə Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin aparılmasına milyonlarla manat dövlət vəsait xərcləyib. Təqdim olunan fotolardan da göründüyü kimi, yollar bərbad vəziyyətidədir. Sual yaranır. Gəncə şəhərində yolların əsaslı təmir işlərinə büdcədən ayrılan milyonlar hara gedir?

Qeyd edək ki,  Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinə 2018-ci ildən başçılıq edir. Avqust ayına onun başçı kimi fəaliyyətinin 8 ili tamam olacaq. Satınalmaların portalında açıqlanmış rəsmi məlumatlara görə son 8 ildə Gəncə şəhərində yolların əsaslı təmir işlərinə milyonlarla manat vəsait ayrılıb. Bu 8 ildə ayrılan vəsaitlərin hamısı Gəncədə yolların əsaslı təmirinə sərf edilsəydi belə bərbad bir vəziyyət də olmazdı. Görsənən odur ki, büdcədən ayrılan milyonlar Gəncədə yolların təmirinə yox, başqa yerlərə sərf edilib.

 

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: “Səhiyyə nazirinin özü də etiraf etdi ki…” – Qənirə Ataşovadan SƏRT AÇIQLAMA
Next: İrana qarşı yerüstü əməliyyat? – İsrail ““kürd kartı”nı işə salmağa cəhd edir, kürdlər isə…

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.