Skip to content
02/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 10
  • Hörmüz kimin “boğazında qalacaq”? – “Artıq müharibənin nə vaxt bitəcəyini İran müəyyən edir”

Hörmüz kimin “boğazında qalacaq”? – “Artıq müharibənin nə vaxt bitəcəyini İran müəyyən edir”

admin 10/03/2026
hormuz-bz

 

İranda davam edən savaşın səbəb və məqsədlərindən birinin də neft olduğu heç kim üçün sirr deyil. Burada söhbət təkcə İranın özünün nəhəng neft ehtiyatlarından və bazara təsir imkanlarından yox, həm də İran sahillərindən keçən və dünya neft daşımalarının beşdə birinin həyata keçirildiyi Hörmüz boğazına nəzarətdən gedir…

Hazırda savaşdan əvvəl və onun ilk günlərində çoxlarının “İran buna cəsarət etməz” dediyi hadisə baş verir – İranı faktiki idarə edən SEPAH Hörmüz boğazını ABŞ və müttəfiqləri üçün demək olar ki, bağlayıb. Bunun İranın özünə də böyük iqtisadi ziyan vurmasına və daha böyük təhlükələr yaratmasına baxmayaraq, belə ziyanlar hazırda ölüm-dirim savaşı verən hakim zümrənin gözünə də görünmür… Bu arada SEPAH-ın rəsmi sözçüsü Sərdar Naini ABŞ Prezidenti Donald Trampın iddialarına cavab olaraq deyib: “İran Silahlı Qüvvələri, ABŞ ordusu və sionist rejiminin İran xalqına və onun infrastrukturuna qarşı davam edən təcavüzü qarşısında, növbəti xəbərdarlığa qədər bölgədən bir litr də olsun neft ixracına icazə vermir… İranın əlləri artıq müharibəni genişləndirmək üçün açıqdır”.

O bir qədər də irəli gedərək əlavə edib ki, “artıq müharibənin nə vaxt bitəcəyini İran tərəfi müəyyən edir”. Onun dediyinə görə, İran Silahlı Qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi “Gerald R. Ford”un Hörmüz boğazına gəlməsini “səbirsizliklə gözləyir” və əlavə edib ki, ABŞ-nin digər təyyarədaşıyan gəmisi olan “Abraham Linkoln” bölgədən 1000 kilometrdən çox məsafədə durmağa məcburdur.

Fars xəbər agentliyi də öz mənbələrinə istinadla bildirib ki, İran Hörmüz boğazına tam nəzarət edir. Agentlik iddia edir ki, boğaz ABŞ, İsrail və müttəfiqlərinin gəmiləri üçün bağlıdır, “və onlar bir litr də olsun neft daşıya bilməyiblər”. Eyni zamanda, agentlik qeyd edir ki, bu marşrut Çin və İrana “dost” ölkələr üçün açıqdır və enerji mübadiləsi problemsiz davam edir.

SEPAH sözçüsünün dediklərində və Hörmüzün İranın nəzarətində olmasına dair xəbərdə müəyyən dərəcədə həqiqət var. Məsələ ondadır ki, İran özü bu boğazda normal hərəkət edə bilməsə də, gəmiləri vurulsa da, başqalarını da hərəkət etməyə qoymaya bilir. Belə ki, boğazın sahili boyu quru ərazi İran qüvvələrinin tam nəzarətindədir və oradan istənilən “kol dibindən” adi kiçik PUA-lar və sadə dronlarla belə boğazdan keçən tankerləri vurmaq olur. Ona görə də ya ABŞ və İsrail bu quru ərazini bir neçə kilometr dərinliyə qədər tam nəzarətə götürməli, ya da İrana elə zərbələr vurmalıdır ki, Hörmüzdəki hərəkətə mane olmaqdan vaz keçməyə məcbur olsun.

Sahili ələ keçirmək üçün quru əməliyyatı lazımdır. Nə ABŞ, nə də İsrail buna ən azı fiziki olaraq gedə bilmir. Digər yandan, İrana vurulan zərbələrin indiyə qədərki miqyası hər nə qədər böyük olsa da, hakim rejim geri çəkilmir və Hörmüz boğazını vurmaq da daxil, əlindən gələn bütün vasitələrlə müqavimət göstərir. Odur ki, bu vəziyyətdə ABŞ-nin seçim imkanı elə də böyük deyil.

SEPAH rəsmi sözçüsünün yuxarıda qeyd etdiyimiz açıqlamalarından sonra Donald Tramp sosial media hesabı “TruthSocial”-da yazıb ki, Tehran Hörmüz boğazından neft tədarükünü dayandırarsa, ABŞ İrana “20 dəfə daha güclü” zərbə endirəcək: “Əgər İran Hörmüz boğazından neft axınını dayandıran hər hansı bir tədbir görərsə, Amerika Birləşmiş Ştatları onlara 20 dəfə daha güclü zərbə endirəcək”.

O əlavə edib ki, ABŞ həssas hədəfləri məhv etməyə hazırdır və bu da İranın bir millət və dövlət kimi bərpasını “demək olar ki, qeyri-mümkün” edir. Tramp xəbərdarlıq edib ki, “onların üzərinə ölüm, od və qəzəb yağacaq”: “Ümid edirəm və dua edirəm ki, bu baş verməsin. Bu, ABŞ-nin Çinə və Hörmüz boğazından istifadə edən bütün ölkələrə bir hədiyyəsidir. Ümid edirəm ki, bu jest minnətdarlıqla qarşılanacaq”. Yəni, İranın bütün neft infrastrukturunu darmadağın edə biləcəyinə və onun Çinlə neft əlaqələrini dayandıra biləcəyinə dair xəbərdarlıq edib. Bunun üçünsə müxtəlif daha dəhşətli silahlardan istifadə edilə bilər…

Bu arada Tehranın strategiyası ilə tanış olan İrandakı mənbə CNN-ə bildirib ki, İran Fars körfəzində ABŞ-nin müttəfiq ölkələrinə məxsus neft tankerlərinə və kommersiya gəmilərinə “təhlükəsizlik rüsumları” tətbiq etmək, yəni, “haqq qoymaq” planlarına malikdir. Mənbə CNN-ə deyib ki, “Qlobal neft qiymətlərini tənzimləyən vintləri biz əlimizdə saxlayırıq və ABŞ qiymətləri idarə etmək üçün addımlar atmağımızı uzun müddət gözləməli olacaq”.

Beləliklə, tərəflərin hər birinin Hörmüzə nəzarət üçün öz rıçaqları var. Onların hansının daha güclü, təsirli, davamlı və həlledici olacağı, yəqin ki, yaxın zamanda bəlli olacaq. Çünki boğaz məsələsi həll olunmadıqca, dünya iqtisadiyyatı ağır böhrana doğru sürüklənə bilər.

Bir daha xatırladaq ki, Hörmüz boğazı dünya neftinin təxminən 20%-ni və qlobal mayeləşdirilmiş təbii qaz tədarükünün 30%-ə qədərini idarə edir və planetin ən vacib enerji arteriyası hesab olunur.

Göründüyü kimi, Hörmüz uğrunda savaş ümumilikdə İran – ABŞ, İsrail savaşının vacib elementinə çevrilib və bu boğazın tərəflərin hansınınsa “boğazında qalacağı” ehtimalı getdikcə artır…  /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Yenə imtahan, yenə narazılıq: Çıxış yolu nədir?
Next: USTDA apreldə Azərbaycana üçüncü missiyasını göndərməyi planlaşdırır

OXŞAR MÖVZULAR

0c333aaa-4130-48dc-85a6-a475d1ba94c6

Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir

admin 01/05/2026
amerika

ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid…

admin 01/05/2026
abş-ukr

Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir?

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.