Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 11
  • “Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026
adsea-1

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətin “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti nəqliyyat mexanizimlərinin icarəsi xidmətinin satın alınması üzrə 30.12.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Masabiqənin qalibi “RAPID SERVICES AZERBAIJAN” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 767.059 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 05.03.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, şərtlər toplusuna görə MMC-nin texnikaları Bakı, Sumqayıt, Şirvan, Gəncə, Mingəçevir şəhərlərində 0,3 kub ekskavator (qırıcı xətt ilə birgə) İli minimum 2020-ci olan 550 gün, 1 kub ekskavator (qırıcı xətt ilə birgə) İli minimum 2020-ci olan 140 gün, mini yükləyici ekskavator İli minimum 2020-ci olan 80 gün, mini ekskavator rezin tırtıllı İli minimum 2020-ci olan 80 gün, kran 50 ton İli minimum 2020-ci olan 10 gün, özüboşaldan 20m3 İli minimum 2020-ci olan 100 gün xidmət göstərəcəklər.

Qeyd edək ki, “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti bir satınalma müaviləsi də 11.12.2025-ci ildə “SN LOGİSTİCS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə doldurma materiallarının satın alınması üzrə bağlayıb. Bu müqavilənin dəyəri 664.694 manat təşkil edib. Şərtlər toplusuna görə qalib şirkət “Sutikinti” MMC-ni 400 m(3) tikintiyə yararlı çınqılla, 300 m(3) qum-çınqıl qarışığı ilə, 25.000 m(3) optimal tərkibli/ yol döşəməsi üçün tikintiyə yararlı qum-qırmadaş qarışığı ilə, 20.000 m(3) 40x70mm/ yol döşəməsi üçün tikintiyə yararlı mişar daşı qırıntısı ilə 20.000 m(3) tikintiyə yararlı mişar daşı ilə təmin etməlidir.

Burada xatırlamağımız yerinə düşərdi ki, bir neçə il öncə Abşeron yarıımadasında, Bakı şəhərinin ətraf qəsəbələrində mağistral su xəttlərinin yeniləri ilə əvəz olunması işləri birbaşa “Sutikinti” Müəssisəsinə həvalə edilmişdi. Həmin dövrdə mediada Zabrat, Binəqədi, Buzovna qəsəbələrinə çəkilmiş su borularının yenilənməsi işlərində külli miqdarda dövlət vəsaitlərinin mənimsənildiyi yazılırdı. Belə ki, yeni su borularının çəkilişi zamanı qazılmış tranşeyə əvvəlcə qum tökülməli, boru onun üstünə qoyulduqdan sonra yenidən qum əlavə edilməlidir. Amma “Sutikinti” Müəssisəsinin rəhbərliyinin göstərişlərinə əsasən boruların üstü qumla deyil adi torpaqla örtülüb. Əvəzində isə bir kubu 30 manata hesablanmış qumun pulu mənimsənilib. Məlumat verənlərin sözlərinə görə “Şaqman” markalı yük avtomobillərinin hər reysinə 900 manat silinib.

İndi kim zəmanət verə bilər ki, “SN LOGİSTİCS” MMC “Sutikinti” üçün aldığı qum-çınqıl adi torpaqla əvəz etməyəcək, və ayrılan altı yüz min manatdan çox dövlət vəsaitinin çoxunu təyinatından kənarlaşdırmayacaq?

Qeyd edək ki, bu satınalmanın ehtimal olunan qiyməti 1.051.629,77 manat müəyyən edilib.  “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Sutikinti” MMC açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş  “SN LOGİSTİCS”  MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, “SN LOGİSTİCS”  MMC 2022-2025-ci illərdə “Azərsu” ASC ilə çınqıl və qum-çınqıl qarışığının satın alınması üzrə ümumi dəyəri 1 688 193 manat dəyərində 4 satınalma müqaviləsi bağlayıb.  İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə 19.12.2025-ci ildə sözügedən MMC ilə tikinti sahəsi və yol döşəməsi üçün lazım olan mal-materialların satın alınması üzrə 987.660 manat məbləöində satınalma müqailəsi bağlayıb.

Qeyd edək ki, “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti uzun illər  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində “Sutikinti” Tresti kimi fəaliyyət göstərib. Trest heç də balaca bir idarə olmayıb və kifayət qədər işçi qüvvəsi, texniki bazaya malik olub.

Müəsisə vaxtılə “Azərsu” ASC-nin tələbatları və digər təşkilatlarla bağlanmış müqavilələr əsasında su və kanalizasiya qurğularının, mənzil və digər sosial obyektlərin tikintisi, təmiri və yenidən qurulması işlərini yerinə yetirməklə məşğul olub.Hər il dövlət tərəfindən, yəni “Azərsu” ASC tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi məqsədi ilə buraya milyonlarla manat vəsait ayrılıb.

2023-cü ilin yayında elektron mediada yer alan məlumatlara görə qurum ya ləğv olunma, ya da başqa bir müəssisəyə birləşdirilməsi prosesində olub. Həmin məlumatlara görə buna səbəb son illər müəsisədə aparılan yoxlamalar olub. Bildirilir ki, müəssisədə külli miqdarda dövlət vəsaiti talan edilib. Hətta buna görə “Azərsu” ASC-nin əvvəlki sədri Qorxmaz Hüseynov ciddi sorğu-suala çəkilib.  Çünki, mənimsəmələrin  böyük əksəriyyəti məhz onun dövründə olduğu iddia edilir. Onun adamı kimi isə qohumu, müəsisənin birinci müavini vəzifəsini daşıyan Nurəli Cəbrayılovun adı hallanırdı.

Göründüyü kimi vaxtıilə “Azərsu” ASC-nin tabeliyində olan “Sutikinti” Müəssisəsi kifayət qədər böyük bir qurum olub və balansında çoxsaylı müxtəlif texnikaları olub. Maraqlıdır bu texnikalar necə olub ki, indi “Sutikinti” MMC -yə texnikaları icarəyə götürmək zərurəti yaranıb.

2025-ci ilin iyulunda yayılan məlumatlarada isə “Sutikinti” Müəssisəsi adını və təşkilati-hüquqi formasını dəyişdiyi bildirilir. Qurum “İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti” Publik Hüquqi Şəxsin “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edib. Qeyd edək ki, həmin dövrdə sözügedən qurumun dövlətə 5 842.08 manat vergi borcu olub.

Qeyd edək ki, “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətn direktoru Orxan İmanlıdır. O, daha əvvəl Sumqayıt Melioservis İdarəsinin rəisi olub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 2024-cü ilin oktyabrından “Sutikinti” MMC-yə rəhbər təyin edilib. Xatırladaq ki, Sumqayıt Melioservis İdarəsi carı ilin fevralın 18-də ləğv edilib. Orxan İmanlının Sumqayıt Melioservis İdarəsini talaması barədə də məlumatlar yayılıb.

 

Aktualinfo.net

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda universitetlərin mühafizə xərci artırılıb – SİYAHI
Next: Mehriban xanım, Milli Onkologiya Mərkəzini rüşvət xərçəngindən xilas edin! – Müraciət

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.