Skip to content
02/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 11
  • Mehriban xanım, Milli Onkologiya Mərkəzini rüşvət xərçəngindən xilas edin! – Müraciət

Mehriban xanım, Milli Onkologiya Mərkəzini rüşvət xərçəngindən xilas edin! – Müraciət

admin 11/03/2026
onkologiya

Bizdə hər şey satılır, bircə həvadan qeyri.
Bizdə hər şey tapılır, zülmə dəvadan qeyri.
Nikolaydan nə ki, qalmışdı, təmamən tükənib
Kasıbın heç nəyi yox, indi tavadan qeyri…

 

Rəhmətlik Baba Pünhan bu qəzəli yazanda ən azı 20-25 il əvvəl olub. İntəhası, bu şeirdəki reallıqdan nə dəyişib ki?! Əsrin dörddə biri geridə qalıb və Sabir demişkən, “biz hələ avtomobil minməyiriz”. Yəni bir az düzəliş etsək, biz hələ də bu əsrdə gestapoya bənzər bəzi xəstəxanalardan, müayinə-müalicə mərkəzlərindəki soyğunçuluqdan qurtula bilməmişik.

Ona görə mərhum Baba Pünhan yuxarıda düzgün göstərir ki,

Bizdə hər şey satılır, bircə həvadan qeyri
Bizdə hər şey tapılır, zülmə dəvadan qeyri.
Çün bu zəmanədə havadan başqa hər şey pulladır. İllah da adamların canı ilə əlləşdiyi, ölümlə mübarizə apardığı yerlərdə. O yer ki, ora diri girən ölü çıxır, ölü kimi gedən isə soğan qabığı kimi soyulub çıxır. Bilmirsən ağır xəstəliyin dərdini, yoxsa pulun dərdini çəkəsən.

Bəli, təssüf hissiylə bildirirəm ki ,bu gün Azərbaycan səhiyyəsinin ən qorxunc və qəssabxana mühiti Milli Onkologiya Mərkəzi kimi tanınmaqdadır. . Bunu şəxsi olaraq tək mən iddia etmirəm, bu Mərkəzə ayaq basan istənilən azərbaycanlını dindir, ah-vay eləsin, fəryad-fəğan qoparsın. Nə sirri-xudadırsa, məhz MOM ən acınacaqlı yer olaraq qalmaqdadır. Halbuki ilk növbədə bu Mərkəz rüşvət toksiklərindən təmizlənməli, AZAD olmalıydı.

Pulun yoxdursa, gəlmə, qəbir yeri al

Baxın, son illərdə səhiyyəmizdə nə qədər iş aparılıb. TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi birgə xeyli dəyişikliklər edib, həkimə, xəstəxanaya baxış kökündən fərqlənir, ələbaxan tibb işçisi yanaşması daha yoxdur.

Təbii ki, bu xidmətlərin və islahatların həyata keçirilməsində I Vitse-Prezident, özü də tibb sahəsinin insanı, oftalmoloq Mehriban Əliyevanın böyük siyasi iradəsi var. Onun nəzarəti və diqqəti nəticəsində səhiyyəmizdə böyük yeniliklər oldu, illərlə formalaşmış eybəcər qaydalar aradan qaldırıldı.

Lakin bu müsbət tendensiya, səhiyyəmizin rüşvət xəstəliyindən sağalması istiqamətində yürüdülən siyasət gəlib Milli Onkologiya Mərkəzinə çatmadı. MOM bəlkə də ölkədə istisna tibb müəssisələrindən və ya mərkəzlərindən biridir ki, hələ də pul, pul və yenə də pul əsas rol oynayır. Yəni pulun yoxdursa, bu mərkəzə gəlmə, get özünə qəbir yeri al. Çünki qapıdan girəndən həkim və müayinə otaqlarına qədər əlin cibində olmalıdır. Ona görə MOM-da kasıb onkoloji xəstələrə yer yoxdur. Ən dəhşətlidir budur ki, söhbət həyatda yaşamaq ümidi az olan xəstələrə münasibətdən gedir. Əslində, icbari tibbi sığortanın tətbiqinə elə bu Mərkəzdən başlamaq olardı.

Tibbi sığorta olmasa, bu eybəcərlik…

Buna görə də vətəndaşların çox saylı şikayyətləri, o cümlıdən şəxsi olaraq müraciətmizdə hörmətli Mehriban xanım Əliyevadan MOM-la bağlı tədbirlər görülməsi xahiş olunur. Müraciətmizdə deyilir ki, Mehriban xanımın himayəsi və göstərişi əsasında MOM tamamilə dəyişə bilər. Eyni zamanda, MOM-un direktoru, çox hörmətli akademik Cəmil Əliyevin də də müsbət töhfə verəcəyinə ümid var. Ümumiyyətlə, hörmətli akademikin bir direktor kimi bu mənzərəni MOM-a yaraşdırması da qəbuledilməzdir.

Öz nüfuzuna və adına layiq olaraq Onkologiya Mərkəzində islahatlar həyata keçirməlidir, ya da belə bir sistemdə işləməyə üstünlük verməməlidir. Ümüd edirik, çox hörmətli akademik müraciətimizi nəzərdən keçirərək diqqətə alacaqdır. O cümlədən Mehriban xanım Əliyevaya müraciətimizdə bildiririk ki, MOM rüşvətin xərçəng kimi yayıldığı bir yerdir. Burada hər bir müayinənin öz fantastik məbləği var. Kasıb əhali isə ödəniş etmək üçün borc-xərcə girir, sonra burada soğan kimi soyulur.
Vətəndaşlara isə deyirlər ki, hara istəsən şikayət elə. Bəli baş həkim Azad doktor olanlara göz yumur, şikayyət edənləri isə boş boş fəlsəfi nağıllar danışmaqla yola verir. Yəni pulsuz xidmət olmayacaq. O baxımdan icbari tibbi sığortanın real şəkildə tətbiqi və işləməsi vacibdir ki, olduqca ağır bir problem və yük cəmiyyətin də, səhiyyənin də üzərindən götürülsün. Hamıda böyük inam və əminlik var ki, yalnız Mehriban xanımın iradəsi ilə MOM-un eybəcər imici düzəldilə bilər.

Axı necə olur ki, ölkənin adı həmişə rüşvətdə, bazara çevrilməkdə hallanan dövlət xəstəxanaları indi normal fəaliyyət göstərir, MOM kimi bir mərkəz isə xarabazara dönüb.

Rüşvət metastaz verir, qanun isə deyir ki…

Qeyd edək ki, onkoloji xəstəliklər dünyada, o cümlədən də ölkəmizdə tüğyan etsə də, bu xidmətlər Azərbaycanda tibbi sığorta paketinə daxil edilməyib. Bundan sui-istifadə edən Milli Onkologiya Mərkəzi isə (MOM) xərçəng xəstələrinə tam olaraq ödənişli xidmət göstərir.Allah heç kimin güzarını bu xəstəxanaya salmasın, lakin məlum olur ki, MOM-a hətta qeydiyyat ödənişlidir. Bu, böyük utanc gətirən haldır.

Milli Onkologiya Mərkəzi isə (MOM) xərçəng xəstələrinə tam olaraq ödənişli xidmət göstərir.Allah heç kimin güzarını bu xəstəxanaya salmasın, lakin məlum olur ki, MOM-a hətta qeydiyyat ödənişlidir. Bu, böyük utanc gətirən haldır.

Bundan başqa, MRT müayinəsi, yoğun bağırsağın kolonoskapik müayinəsi, qanın ümumi analizi, rengen müayinəsi, EKT müayinəsi, şüa-terapiya, kimya-trapiya… Hamısı pulludur. Qiymətlər isə adamı dəhşətə gətirir. Xəstə rəqəmləri görəndə ölümü seçir, xəstə yaxını isə intihar həddinə çatır. Söhbət bu müayinələrin 150-300, hər seansın isə 300-600 manat olmasından gedir. Azərbaycanda hansı reallığa uyğundur? Kimin məvacibi buna imkan verə bilər? Bəlkə məmurların maddi gücü çatar, onlar da MOM-u yox, İsraili, Almaniyanı və başqa ölkələri seçərlər. Elə bu baxımdan ölkənin baş onkoloqu Azad Kərimli
MOM da gestapo rejimi və bazar mühiti formalaşdırıb. Açıq şəkildə burada rüşvət xərçəng kimi yayılıb və artıq metastaz verməkdədir.
Tibbi sığortanın bu xəstəxanada işləmədiyini başa düşdük, bəs Azərbaycan qanunları necə, MOM-da işləyirmi?! Bizdən soruşsalar, müşahidələrimizə və real yaşadıqlarımıza görə “yox” cavabını vermək məcburiyyətində qalırıq. Çünki şahidi olduqlarımız bunu təsdiqləyir. Bununla yanaşı, “Onkoloji yardım haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU-nun 4.3-cü maddəsində oxuyuruq: “Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir”. Qanunun bu qədər aydın yazıldığı halda dövlət tibb müəssəsi olan MOM-da bir pasientə belə ən ucuz xidmət ödənişsiz həyata keçirilmir.

Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.

Milli Onkologiya Mərkəzində ,, yeni il kompaniyası”

Ay məni qınayan, biz görmüşük ki, marketlərdə, bazarlarda bayram endirimləri olar. Biz görmüşük ki, bayramlarda parfümeriya mağazalarında, restoran və otellərdə endirim kampaniyası da olar. Hətta özəl klinikalarda belə çek-ap kampaniyaları da məntiqlidir. Lakin dövlətin müəssisəsi olan Milli Onkologiya Mərkəzində bayram endirimi ilk dəfə rastıma çıxırdı. Təsəvvür edin ki, MOM baş həkimi Azad dr. “ürəyiyumşaqlıq” edib, bayramlara görə endirim elan etmişdi. Ona görə də ödədiyim yüksək məbləğlərlə bağlı 150 manat geri qaytarıldı. Yeni il ərəfəsi olduğu üçün elə bil yeni il kompaniyasına düşmüşdim. “Bir qalanın sirri” filmində deyildiyi kimi, hörmətinizi görürəm xan…
Yəni MOM elə bir bazara çevrilib ki, istənilən endirim ediləndə edəndə sevinirsən. Ancaq bu yazını oxuyub sevinməyin, görünür, artıq endirim kampaniyası başa çatıb. Ancaq hörmətli xan həzrətləri ildə 1-2 dəfə “şok endirim” sözünü MOM-un girişinə yazdırıb yapışdırsa, pis olmazdı. Millətin çarəsiz, ölümlə mübarizə aparan biəlac təbəqəsi də heç olmasa “şok endirim”dən şad-xürrəm olardı. Bayramınız, yox-yox, qəzanız mübarək, endiriminiz bol olsun!!!

Bir sözlə, xalq Mehriban xanıma güvənir və ona səslənir ki, vətəndaşları və MOM-u bu rüşvət bəlasından XİLAS etsin. Ümid göydə uca Allaha, yerdə uca dövlətədir…/poliqon.info

PS : İranda siyasi hakimiyyətin idarə olunmasına oxşar olan Səhiyyəmizin idarə etməsinin -İran modelindən qurtulmasının zamanı çoxdan çatmışdır!

PAYLAŞIN:

Continue Reading

Previous: “Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb
Next: Aqrar sahə süni intellektlə necə idarə olunacaq? – Otuzdan çox modul müəyyənləşib

OXŞAR MÖVZULAR

şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026
zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.