Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 13
  • 90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -“YENİ REKORD”(?)

90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -“YENİ REKORD”(?)

admin 13/03/2026
qht-gilavar

 

Hər layihəyə cəmi 3 dəqiqə vaxt ayrıldığını fərz etsək, 602 layihənin müzakirəsi üçün ən azı 30 saat vaxt lazımdır. Maraqlıdır ki, bütün bu proses cəmi 1 saat 30 dəqiqə ərzində başa çatıb(?)

 Dünən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə formalaşmış Müşahidə Şurası ilk iclasını keçirib və 2026-cı il üzrə qrant müsabiqələrinin nəticələrini təsdiqləyib. Agentliyin yaydığı qısa açıqlamada qeyd olunur ki, böyük, orta və kiçik qrant müsabiqələrinin, eləcə də BP və Qarabağ Dirçəliş Fondu ilə birlikdə elan edilən müsabiqələrin nəticələri müstəqil ekspertlərin rəyləri nəzərə alınmaqla, kollegial qaydada müzakirə edilib və təsdiqlənib.

Kağız üzərində hər şey qaydasındadır. Hətta çox ideal görünür. Amma, bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumatlarla və məsələyə bir az sadə məntiqlə yanaşanda ortaya fərqli, qəribə bir mənzərə çıxır.

              Müzakirəyə çıxarılan layihələrin sayı 602-dir.

Normal praktika belədir ki, hər layihə ən azı iki müstəqil ekspert tərəfindən qiymətləndirilir. Bu rəylər əsasında Müşahidə Şurası layihələrə baxır, müzakirə aparır və qərar verir. Hətta ən sürətli və minimal müzakirə formatını götürsək belə, bir layihə haqqında qərar vermək üçün azı 3 dəqiqə vaxt tələb olunur. Kimsə əlavə fikir bildirmək istəsə, bu müddət asanlıqla 5–6 dəqiqəyə qədər uzana bilər.

Amma gəlin ən sadə hesablamaya baxaq: hər layihəyə cəmi 3 dəqiqə vaxt ayrıldığını fərz edək. Bu halda 602 layihənin müzakirəsi üçün ən azı 30 saat vaxt lazımdır.

Maraqlı məqam isə ondan ibarətdir ki, bütün bu proses cəmi 1 saat 30 dəqiqə ərzində başa çatıb(?)

Yəni təxminən 30 saatlıq müzakirə 90 dəqiqəyə yerləşdirilib.

Bu artıq sadəcə operativlik deyil. Bu, idarəetmə tarixində yeni bir rekord kimi təqdim edilə bilər. Çünkü donor və qrant idarəçiliyi praktikasında bu cür sürətli “kollegial müzakirə” nümunəsinə rast gəlmək çətindir.

İclasdan yayılan foto da vəziyyəti daha da düşündürücü edir. Masanın üzərində yüzlərlə layihənin müzakirəsinə uyğun sənəd yığını görünmür. Əksinə, hər kəsin qarşısında cəmi bir neçə hazır siyahı var. Bu isə istər-istəməz belə bir təəssürat yaradır ki, burada yüzlərlə layihənin analizi yox, artıq formalaşmış siyahının təsdiqi prosesi gedib.

Əgər əvvəlki illərin təcrübəsinə baxsaq, fərq daha aydın görünür. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dövründə 500–600 layihənin müzakirəsi üçün bir neçə gün davam edən iclaslar keçirilirdi. Layihələr ayrıca baxılır, müzakirələr aparılır, sonda isə yekun qərar qəbul edilirdi.

İndi isə görünür ki, idarəetmədə inanılmaz bir sürət əldə olunub. Bir neçə gün davam etməli olan proses artıq bir saat yarıma sığır.

Təbii ki, belə operativliyin iki izahı ola bilər. Ya biz qrantların qiymətləndirilməsi sahəsində tamamilə yeni və inqilabi bir metodun şahidi oluruq, ya da “müzakirə” adlandırılan proses əslində formal bir mərasimdən ibarət olub.

Çünki elementar hesab göstərir ki, 602 layihəni real müzakirə etmək üçün 90 dəqiqə kifayət etmir.

Bu halda ortaya çox sadə, amma ciddi bir sual çıxır: əgər qərarlar əvvəlcədən müəyyənləşdirilmişdisə, onda yüzlərlə QHT-ni niyə müsabiqə prosesinə cəlb etmək lazım idi?

Əgər müzakirə formal xarakter daşıyırsa, o zaman “kollegial müzakirə” ifadəsi sadəcə protokol cümləsinə çevrilir.(Yenixeber.org)

PAYLAŞIN:

Continue Reading

Previous: Deputatdan hökumətə təklif: Sabit ödənişlər sökülən bu ev sahiblərinə problem yaradacaq
Next: İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi?

OXŞAR MÖVZULAR

kreditkarti

“Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq

admin 08/05/2026
bus-tax

Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir?

admin 08/05/2026
cerime

Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir?

admin 08/05/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026
  • Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.