Skip to content
01/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 14
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var?

Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var?

admin 14/03/2026
kend

 

BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Bu proqnoz qlobal miqyasda məskunlaşma strukturunun necə dəyişdiyini açıq şəkildə göstərir. Əslində, bu, təkcə demoqrafik dinamika deyil, həm də iqtisadi modelin, əmək bazarının, sosial münasibətlərin və infrastruktur planlamasının transformasiyası deməkdir.

Qlobal tendensiya fonunda Azərbaycan da istisna deyil. Son illərdə ölkəmizdə sürətli urbanizasiya gedir, kəndlər boşalır, əhali şəhərlərə köç edir. Rəsmi statistikaya əsasən, hazırda ölkə əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. Maraqlıdır, bu prosesin gələcəyi necə görülür? Narahatlıq üçün əsaslar varmı?

İqtisadi mərkəzləşmə şəhər əhalisinin sayını artırır

Millət vəkili Azər Allahverənov hesab edir ki, son illər urbanizasiya qlobal miqyasda sürətlə artıb: “İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sənaye və iqtisadi mərkəzləşmə şəhər əhalisinin sayının kəskin artmasına səbəb olur. Beynəlxalq demoqrafik mərkəzlər və ekspert qrupları artıq bu dinamikanın sosial nəticələri ilə bağlı narahatlıq ifadə edirlər. Halbuki bir neçə onillik əvvəl urbanizasiya templəri indiki qədər yüksək deyildi və şəhər əhalisinin sayı bu qədər sürətlə artırmırdı”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan da bu qlobal tendensiyadan kənarda qalmayıb: “Xüsusilə 1990-cı illərin ikinci yarısı və 2000-ci illərin əvvəllərində urbanizasiya tempi nəzərəçarpacaq dərəcədə artıb. Bu dövr Bakıda tikinti bumunun başladığı mərhələyə təsadüf edir. Paytaxt və digər iri şəhərlərdə tikinti sektorunun genişlənməsi minlərlə yeni iş yerinin yaranmasına gətirib çıxarıb və bu, regionlardan əmək ehtiyatlarının şəhərlərə axınını stimullaşdırıb. İnsanlar daha stabil və əlçatan məşğulluq imkanları üçün urban mərkəzlərə üz tutublar”.

A.Allahverənov urbanizasiyanın sürətlənməsində digər mühüm faktor kimi Ermənistan-Azərbaycan münaqişəsini göstərir. Onun fikrincə, ölkə ərazisinin beşdə bir hissəsinin uzun illər işğal altında qalması, təmas xətti boyunca yaşayan əhalinin təhlükə altında olması həmin bölgələrdə yaşayan insanların iri şəhərlərə köçünü qaçılmaz edib.

Böyük qayıdış fonunda yeni ssenari

Deputat sonrakı mərhələdə dinamikanın qismən dəyişdiyini vurğulayır: “İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri yeni mərhələnin əsas istiqamətini müəyyənləşdirib. Rəsmi məlumatlara görə, artıq 70 minə yaxın insan həmin ərazilərə qayıdıb. Böyük Qayıdış Proqramının birinci mərhələsi ilə 2026-cı ilin sonuna qədər təxminən 200 min nəfərin geri dönüşü nəzərdə tutulur. Bu, urbanizasiya tempinə təsir edən amildir, lakin şəhərlərdən kəndlərə kütləvi dönüş baş verməyib. Amma yenə də regionların inkişafına yönəlmiş iqtisadi və infrastruktur layihələri müəyyən əhali qruplarının geri qayıdışını stimullaşdırır və bu proseslərin dolayısı ilə dəstəklənməsini təmin edir”.

Deputat deyir ki, urbanizasiya daha çox Bakı üçün xarakterik olaraq qalır. Bölgələrdən digər iri şəhərlərə axın paytaxtla müqayisədə o qədər də intensiv deyil. Lakin məqsədyönlü islahatlar və regional iqtisadiyyatın şaxələndirilməsi nəticəsində bölgələr insanların yaşaması və işləməsi üçün daha cəlbedici məkana çevrilə bilər.

Urbanizasiya təzyiqlərini azaltmağın yolları

İqtisadçı-ekspert Eyyub Kərimli isə bildirir ki, urbanizasiya təkcə iqtisadi səbəblərlə bağlı deyil. Kənd əhalisinin şəhərlərə üz tutmasının arxasında həm də sosiallaşma, mədəni tədbirlərə yaxınlıq, keyfiyyətli yaşam mühiti və nəqliyyat imkanlarının əlçatanlığı kimi amillər dayanır. Ekspert vurğulayır ki, iri şəhərlərdə iqtisadiyyatın inkişafı, müəssisələrin şəhərlərdə yerləşməsi və sənayeləşmə prosesləri zəncirvari effekt yaradır. Daha çox əhali şəhərlərdə geniş bazar və tələb yaratdığı üçün müəssisələr şəhərə yaxın olmağa üstünlük verirlər. Bu isə insanları həm iş tapmaq, həm də daha rahat həyat şəraiti üçün urban mərkəzlərə cəlb edir.

E.Kərimli hesab edir ki, urbanizasiyanın qarşısını müəyyən qədər almaq üçün kəndlərdə şəhərə yaxın yaşam şəraiti təmin edilməlidir. Bunun üçün yol infrastrukturu, kommunikasiyalar, internet imkanları yaxşılaşdırılmalı, əyləncə və sosiallaşma imkanları genişləndirilməlidir. Fermer təsərrüfatlarının, kənd turizminin və ailəvi turizm imkanlarının inkişafı da insanların kəndlərdə qalmasını təşviq edə bilər.

Ekspert əlavə edir ki, ali təhsil müəssisələrinin bölgələrə yerləşdirilməsi də kəndlərin canlanmasına və əhalinin bölgələrdə qalmasına müsbət təsir göstərər. Belə tədbirlər urbanizasiyanın təzyiqini azaltmaq və kəndlərin iqtisadi-sosial cəlbediciliyini artırmaq üçün strateji əhəmiyyət daşıyır.

Bakı və Abşeronun yükü azala bilər

Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Etibar Bədəlov bildirir ki, hazırda rəsmi statistikaya görə, ölkədə şəhər əhalisinin payı 54,4 faizdir. Onun sözlərinə görə, bu rəqəmlər faktiki vəziyyəti tam əks etdirmir, çünki əhalinin böyük hissəsi Bakı və Bakıətrafı ərazilərdə toplanıb: “Son 25 ildə şəhər əhalisi təxminən 1,5 milyon nəfər artıb ki, bunun da bir milyondan çoxu Bakı və Abşerona düşür. Bakı aqlomerasiyasına baxdıqda, ümumi şəhər əhalisi artımının təxminən 70 faizi bu bölgəyə aid olur. Qeyri-rəsmi məlumatlara görə, Bakının əhalisi 4 milyona yaxındır. Abşeron iqtisadi rayonunda rəsmi 870 min nəfər əhali olduğu göstərilsə də, qeyri-rəsmi rəqəmlər bir milyona yaxındır”.

E.Bədəlov hesab edir ki, gələcəkdə şəhər əhalisi artmağa davam edəcək. İşğaldan azad edilmiş Qarabağ zonasında yeni şəhərlərin tikilməsi, həmçinin digər iri şəhərlərdə infrastrukturun inkişafı nəticəsində şəhər əhalisinin payı 10–15 il ərzində 80 faizə çatacaq. Bu isə Bakı və Abşeron yarımadasının yükünü nisbətən azaldacaq və demoqrafik balansı regionlar üzrə bərabərləşdirməyə imkan verəcək.

Tərk edilən kəndlərin gələcək taleyinə gəlincə, E.Bədəlov deyir ki, hazırda urbanizasiya prosesləri mənfi təsir göstərir: “Kəndlərin çoxu boşalır, əhali şəhərlərə üz tutur. Bu, mənfi xüsusiyyətdir. Bunun qarşısını almaq üçün dövlət proqramlarının geniş şəkildə həyata keçirilməsi lazımdır”. (“Kaspi” qəzeti)

PAYLAŞIN:

Continue Reading

Previous: Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir
Next: “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir”

OXŞAR MÖVZULAR

2022-07-14-09-19-40sJ0KhkqSemVvCuXPYZKD_file

Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq?

admin 01/05/2026
imtahan-yeni

Buraxılış imtahanının nəticələri elan olundu

admin 01/05/2026
f15b1c6c9789245a5e734e1063cce228_Untitled-1

Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.