Skip to content
29/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 16
  • İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR

İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR

admin 16/03/2026
iran-lider

 

İranın yeni ali dini lideri Müctəba Xameneinin taleyi qeyri-müəyyən olaraq qalır. Bəzi mənbələr onun ağır yaralandığını və komada olduğunu iddia edir. Lakin Müctəba Xameneinin səhhəti qaydasında olsa belə, ABŞ və İsrail artıq onu “bir nömrəli hədəf” elan ediblər.

ABŞ Dövlət Departamenti yeni liderin yerini müəyyən etməyə kömək edəcək məlumat üçün 10 milyon dollar mükafat vəd edib. Bu gərginliyə rəğmən, İranın Moskvadakı səfiri Kazem Cəlali nikbinliyini qoruyur. Səfir Rusiya prezidenti Vladimir Putinin Tehranda keçiriləcək Xəzər sammiti çərçivəsində Müctəba Xamenei ilə ilk görüşünə hazırlaşdığını bildirir. Diplomatın sözlərinə görə, növbəti sammit 12 avqust 2026-cı ilə planlaşdırılıb və Tehran hələ ki, bu görüşün təxirə salınması barədə məlumat yaymayıb.

Müctəba Xameneinin rəsmi elanından altı gün keçməsinə baxmayaraq, xalq hələ də onun simasını görməyib. Dövlət televiziyasında ona aid olduğu iddia edilən uzun bir bəyanat oxunsa da, yeni lider hətta dini liderlər üçün ən mühüm hadisə sayılan “Qüds günü”ndə belə ictimaiyyət qarşısına çıxmayıb. CNN-in məlumatına görə, liderin “görünməzliyi” tərəfdarlarının coşqusunu azaltmayıb; minlərlə insan Ramazan ayının son günlərində ona sədaqət andı içmək üçün küçələrə çıxıb. Lakin onun yoxluğu qanunauyğun bir sual doğurur: Müharibə şəraitində ölkəni faktiki olaraq kim idarə edir?

Təxminən qırx il atasının kölgəsində qalan Müctəba hər zaman böyük təsir gücünə malik olsa da, aşkarlıqdan qaçıb. İndi isə rejimə sadiq din xadimləri bu qapalılığı bir fəzilət kimi təqdim etməyə çalışırlar. Məsələn, tanınmış vaiz Mahmud Kərimi “onun heç vaxt görünməməsi xarakterindən xəbər verir” deyərək, bu təcrid olunma halını təvazökarlıq və mənəvi güc kimi qələmə verir. Rejim tənqidçiləri arasında isə real görüntülərin yoxluğu lağlağı obyektinə çevrilib. Sosial şəbəkələrdə Müctəbanın karton fiqurlarından hazırlanan memlər yayılır, dövlət mediası isə real kadrlar əvəzinə Süni İntellekt (Sİ) tərəfindən yaradılan videolar paylaşır.

Bu videolarda neyron şəbəkələr heç vaxt baş verməmiş səhnələri canlandırır: yeni lider izdiham qarşısında çıxış edir, mərhum atasının yanında dayanır və ya öldürülmüş general Qasım Süleymanini qucaqlayır. Tehranda artıq onu ironiya ilə “Süni İntellekt Ayətullahı” adlandırırlar. Londonun “Chatham House” institutunun Yaxın Şərq proqramının direktoru Sanam Vakil hesab edir ki, rejim bir müddət Müctəbanın fiziki iştirakı olmadan da fəaliyyət göstərə bilər. Analitiklərin ümumi rəyi belədir: Hazırda Tehranda liderin şəxsiyyəti deyil, elitanın birliyi vacibdir. SEPAH kimi qüdrətli strukturlar, Müctəbanın kölgədən çıxıb-çıxmamasından asılı olmayaraq, hərbi strategiyanı böyük ehtimalla müstəqil şəkildə müəyyən edirlər./nocomment.az

PAYLAŞIN:

Continue Reading

Previous: Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib”
Next: Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…

OXŞAR MÖVZULAR

flag-abş-iir

“Reuters”: ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir

admin 29/04/2026
qrossi-raf

MAQATE: Nüvə fəlakəti riski Soyuq müharibə səviyyəsinə yüksəlib

admin 28/04/2026
tramp-mys

“Bu, Trampın başına gələ biləcək ən pis şeydir” – İran münaqişəsi “dondurulur”?

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026
  • Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir? 29/04/2026
  • Bankların kredit sirri açıldı — Bu peşə sahiblərinə şad xəbər 29/04/2026
  • Paşinyan seçilsə, Kreml nə edəcək? – Silayev 29/04/2026
  • Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır 29/04/2026
  • “Reuters”: ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir 29/04/2026
  • UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO 29/04/2026
  • “4 minə yaxın itkinin taleyi Azərbaycan cəmiyyəti üçün ən həssas məsələlərdəndir” – “Münaqişənin elə nəticələri var ki…” 28/04/2026
  • MAQATE: Nüvə fəlakəti riski Soyuq müharibə səviyyəsinə yüksəlib 28/04/2026
  • Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər 28/04/2026
  • Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı yenilik 28/04/2026
  • Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir 28/04/2026
  • Azərbaycanın nə qədər daxili və xarici borcu var? – Rəqəmlər açıqlandı 28/04/2026
  • “Bu, Trampın başına gələ biləcək ən pis şeydir” – İran münaqişəsi “dondurulur”? 28/04/2026

Sağlamlıq

derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.